Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonra qadının sağlamlığında dəyişikliklər
Doğuşdan sonra qadının sağlamlığında dəyişikliklər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1806
Səs ver:

Doğuşdan sonra tez-tez qəbizlik əmələ gəlir. Əgər bağırsaqların normal işləməyə başlaması sizdən bir neçə gün tələb edərsə, bundan heç də məyus olmayın. Bu normal haldır.

Rasionunuza bişmiş çuğundur, alma, qara gavalı, kişmiş, əncir və ərik qurusu, kəpək çörəyi daxil edin.

Çoxlu maye için, duru qida bağırsaqların daha asan boşalmasına imkan yaradır. Hərəkətsizlik bağırsaq fəaliyyətinin azalmasına gətirib çıxarır, buna görə də imkan daxilində qısa gəzintilər edin və ya yataqda uzanarkən sadə idman hərəkətləri edin. Lazım olarsa, işlətmə dərmanları və ya rektal şamlardan istifadə etmək olar.

Bir çox hallarda doğuşdan sonra hemorroidal düyünlər əmələ gəlir (babasil). Bu zaman nəcis ifrazının müntəzəm olmasına diqqət yetirin, hər dəfə bayıra gedəndən sonra arxa dəliyi ilıq su ilə təmiz yuyun. Belə hallarda həkiminiz sizə xüsusi rektal şamlar da təyin edə bilər. Rasionunuza maqneziumla, S, K, P vitaminləri ilə zəngin olan qida məhsulları daxil edin.

Hərdən, xüsusilə də doğuş ağır keçdikdə, sidik ifrazında çətinliklər əmələ gəlir. Sidik kisəsinin müntəzəm boşaldılması uşaqlığın daha tez yığılmasına kömək edir. Buna görə də, çətin də olsa, doğuşdan 6-8 saat sonra sidik kisəsini boşaltmaq zəruridir. Sidik kisəsini fəallaşdırmaq üçün siz imkan daxilində yataqdan tez durmalı, bir qədər gəzişməlisiniz. Əgər siz metal ləyəndən istifadə edirsinizsə, xahiş edin ki, onu bir qədər qızdırsınlar. Ləyəndən uzanmış vəziyyətdə deyil, oturaq vəziyyətdə istifadə edin. Tələbat yarandıqda isə sidik kisəsini nazik rezin borucuqdan (kateter) istifadə etməklə boşaldırlar. Çox nadir hallarda sidiyi saxlaya bilməmək kimi vəziyyət müşahidə olunur. Bu zaman sidik qeyri-ixtiyari, hətta cüzi gücənmə zamanı ifraz olunur.

Ürək-qan damar sistemi tərəfindən tez-tez rast gəlinən fəsadlardan biri aşağı ətraf damarlarının tromboflebitidir. Tromboflebit damar daxilində trombun (qan laxtası) əmələ gəlməsi nəticəsində damar divarlarının iltihablaşmasıdır. Tromboz təhlükəsi ürək-qan damar sistemi xəstəlikləri, damarların varikoz genişlənməsi, piylənmə, hamiləliyin ikinci yarısının toksikozları zamanı daha da artır. Çox zaman tromboflebit sonrakı 2-ci və 3-cü günlərə təsadüf edir. Xəstəlik kəskin, ayaqda güclü ağrılarla, bədən hərarətinin 39-400C-yə qədər qalxması, titrəmə ilə başlayır. Bir gündən sonra ayaqda şişkinlik əmələ gəlir. Zədələnmiş ayaqda soyuqluq, qarışqa yeriməsi hissi yarana bilər.

Doğuşdan sonra yumurtalıqlarda dəyişikliklər baş verir. Artıq doğuşdan bir neçə həftə sonra follikullar yetişməyə başlayır. Süd verməyən və bəzi süd verən qadınlarda menstrual tsikl bərpa olunur. 80% qadınlarda bütün südvermə dövründə menstruasiya olmur, lakin bu bütün hallarda sonsuz dövr sayılmır. Bəzən menstruasiya tsikli bərpa olunmamış qadın hamilə qala bilər. Buna görə də hamiləliyin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.

Süd vəziləri 2-3-cü günlərdə ilkin süd ifraz edir ki, bu da zülal, vitamin, anticisimlərlə zəngin olub, körpəni müxtəlif infeksiyalardan qoruyur. Doğuşdan 3-4 gün sonra süd vəzilərində qan dövranı güclənir. Bu zaman süd vəziləri gərginləşir və həcmcə böyüyür. Bədən hərarətinin bir qədər yüksəlməsi müşahidə oluna bilər. Bütün bunlar südün əmələ gəlməsi üçün hazırlıq dövrünə təsadüf edir. Bu prosesin stimulyasiyası və südün geri çəkilməməsi üçün körpəni əmizdirmək çox vacib şərtdir. Çünki bu zaman döş giləsi qıcıqlanır, bu isə baş beyində süd ifrazı mərkəzinin oyanmasına gətirib çıxarır. Nəticədə isə ana südünün həcmi çoxalır. Bu səbəbdən körpəni əmizdirmək üçün südün ifraz olmasını gözləmək düzgün deyil. Körpəni dərhal doğuşdan sonra ilkin südlə əmizdirmək çox xeyirlidir.

Süd vəzisinin iltihabı olan mastit xəstəliyi döş gilələrinin çatları zamanı zərərli mikroorqanizmlərin vəzə daxil olması nəticəsində baş verir. Bu xəstəliyin profilaktikası üçün hamiləlik vaxtı vəziləri əmizdirmək prosesinə hazırlamaq və döş gilələrini təmizlikdə saxlamaq lazımdır. Mastit zamanı çox vaxt yalnız bir vəzi zədələnir. Xəstəlik kəskin başlanır. Süd vəzisinin həcmi böyüyür, ağrılar əmələ gəlir, zədələnmiş nahiyədə dəri qızarır, bədən hərarəti 390J-yə çatır. 1-2 gündən sonra həmin nahiyədə bərkimə əmələ gəlir. Düzgün müalicə zamanı bərkimə tezliklə sorulur. Müalicə aparılmazsa, iltihablaşmış sahə irinləyir və cərrahi müdaxilə vasitəsilə irin xaric edilir. Bu halda xəstə vəzlə körpənin əmizdirilməsi dayandırılmalı, süd ya sağılmalı, ya da südsoranla sorulmalıdır. Yalnız südün sterilliyə analizi verildikdən sonra körpəni yenidən əmizdirməyə başlamaq olar.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 1806
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz