Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keysər kəsiyi əməliyyatı
Keysər kəsiyi əməliyyatı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9600
Səs ver:
Keysər kəsiyi ümumi narkoz altında qarın divarı və uşaqlıqda kəsik aparılaraq dölün çıxarılmasına yönəldilən cərrahiyyə əməliyyatıdır.

Bu müdaxiləyə yalnız ananın və körpənin həyatı üçün ciddi təhlükə yaradan amillər üzündən təbii doğuşun qeyri-mümkün olduğu zaman əl atılır:

- təbii doğuşun qeyri-mümkünlüyü (dölün başı və qadının çanaq ölçülərinin uyğunsuzluğu, doğuş yollarında maneələr, şişlər, dölün alın, üz, köndələn gəlişi);

- ananı və ya körpəni xilas etmək üçün doğuşu tez bitirmək zərurəti (qanaxma, uşaqlığın cırılma təhlükəsi, dölün kəskin bətndaxili hipoksiyası (oksigen çatışmazlığı);

- hamiləliyin davamı ana və ya körpə üçün təhlükəlidirsə, onun məcburi dayandırılması (ağır nefropatiya, ciftin qanaxma ilə qismən qopması);

- qadının bəzi somatik xəstəlikləri.

Cərrahiyyə əməliyyatından qabaq gigiyenik duş qəbul etmək lazımdır. Rahat yatıb yuxunuzu alın. Bunun üçün həkimlə məsləhətləşdikdən sonra həyəcanı dəf etmək üçün sakitləşdirici bir dərman qəbul etmək olar. Əməliyyatdan qabaq axşam yeməyi çox yüngül olmalıdır. Əməliyyat günü yemək və içmək olmaz. Cərrahiyyə əməliyyatından sonrakı ilk günlər kifayət qədər ağrılı olur. Adətən bir həftədən sonra qadının ümumi vəziyyəti yaxşılaşır, buna baxmayaraq ilk 6 həftə ərzində fiziki gərginlik qadağandır.

Keysər kəsiyindən sonra uşaqlıqda hamiləliyin inkişafına mane olmayan çapıq qalır. Əvvəllər mama-ginekoloqlar belə hesab edirdilər ki, doğuş zamanı heç olmasa bir dəfə Keysər kəsiyi aparılmışsa, sonrakı doğuşlar yalnız bu yolla mümkündür. Hal-hazırda bu baxışlar artıq köhnəlmiş hesab edilir. Əgər bilavasitə doğuş zamanı Keysər kəsiyinə ehtiyac olmazsa, mama-ginekoloqlar növbəti doğuşları təbii yolla aparmağa cəhd göstərirlər. Lakin Keysər kəsiyinə dar çanaq, yüksək arterial təzyiq, şəkərli diabet, ürək qüsurları, ifrat görmə pozğunluqları kimi səbəblər üzündən göstərişlər olubsa, növbəti doğuşda da Keysər kəsiyi tətbiq olunacaq. Bu əməliyyatın bir neçə dəfə aparılması həkimlər tərəfindən məsləhət görülmür (1-2 dəfə).

Adətən həkimlər təkrar Keysər kəsiyi əməliyyatının ən azı 3 ildən sonra tətbiq olunması məsləhət görürlər. Hər halda, sizə mütəxəssisin məsləhəti zəruridir.

Bəzi «müasir» qadınlar Keysər kəsiyinə heç bir obyektiv göstəriş olmadan yalnız doğuş travması və ya sadəcə doğuşun özündən qorxaraq bu əməliyyatın aparılmasını təkid edirlər. Onlar nəzərə almalıdırlar ki, Keysər kəsiyi əməliyyatı mürəkkəb əməliyyatlardan sayılır və bəzən (çox nadir hallarda olsa da) ananın ölümü ilə nəticələnə bilər. Keysər kəsiyi əməliyyatından sonra baş verə biləcək ağırlaşmalar aşağıdakılardır:

- qanaxma;

- əməliyyatdan sonrakı infeksion xəstəliklər, ilk növbədə uşaqlığın selikli qişasının iltihabı  endometrit (20%);

- peritonit - qarın divarın (peritonun) iltihabı (0,5-1.0%).

Qeyd etmək lazımdır ki, ikinci Keysər kəsiyi əməliyyatından sonra baş verə biləcək ağrılaşmaların ehtimalı daha da çoxalır. Keysər kəsiyi keçirmiş və uşaqlıq divarında çapıqlar olan qadınlar yenidən hamilə olduqda çapığın aralanması əlamətlərini bilməlidirlər: ağrı, dartılma, yanğı, çapıq nahiyəsində sancı. Bu əlamətlərdən heç olmasa biri meydana çıxarsa, dərhal "təcili yardım” çağırmaq lazımdır.


Şərhlər:
Baxılıb: 9600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz