Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqdüşmənin səbəbləri və qarşısının alınması
Uşaqdüşmənin səbəbləri və qarşısının alınması
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3747
Səs ver:

Uşaqdüşmələr hamiləliyin kəsilməsinin ən geniş yayılmış növüdür. Araşdırmalara görə, tibbi qeydə alınmış hamiləliklərin 10-25%-i düşüklə nəticələnir. Bir qayda olaraq düşüklər uzun sürən prosesdir. Onun bir neçə mərhələsi və ya növü olur. Adətən istənilən düşüyü sadəcə «düşük» adlandırsalar da, hər birinin öz adı və xarakteristikası var:

  1. Zəruri və ya natamam düşük: Bu zaman qanaxma və uşaqlıq boynunun açılışı ilə müşayiət olunan qarın və bel nahiyəsində ağrı hiss edilir. Döl pərdəsi cırılarsa, düşük zəruridir. Əgər düşük natamam olarsa, qanaxma və ağrılar davam edə bilər.
  2. Tam düşük: Embrion və ya mayalanma uşaqlıqdan çıxdığı zaman düşük tam hesab edilir. Bu zaman qanaxma və ağrı keçir. Tam düşüyü UZİ təsdiq edir.
  3. Baş tutmayan düşük: Bir çox qadın düşük halını bu haqda bilmədən keçirir. Baş tutmayan düşük zamanı rüşeym ölür, amma döl uşaqlıqdan çıxmır. Bunun səbəbi məlum deyil. Amma bu prosesi hamiləlik əlamətlərinin və UZİ nəticəsində dölün ürək döyüntüsünün olmaması ilə müəyyən etmək olar.
  4. Təkrar düşük: Bu halda ilk üç ayda 3 və daha artıq düşük baş verir. Bu problemdən qadınların 1%-i əziyyət çəkir.
  5. Anembrioniya: Bu, dölün yoxluğudur. Mayalanmış toxum hüceyrəsi bətnə girsə də, döl inkişaf etmir.
  6. Uşaqlıqdankənar hamiləlik: Toxum hüceyrəsi uşaqlıqda deyil, başqa yerdə, çox zaman uşaqlıq borusunda yerləşir. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. Belə hamiləlik ananın sağlamlığı üçün böyük təhlükə törədə bilər.
  7. Xorionadenoma: Bu mayalanma prosesində genetik səhv zamanı, yəni uşaqlıqda anomal toxumanın böyüməsi zamanı baş verir. Bu zaman rüşeym inkişaf etməsə də, hamiləlik əlamətləri hiss olunur. Yəni menstruasiyanın kəsilməsi, güclü ürəkbulanma, hamiləlik testinin müsbət cavabı və s.
Uşaqdüşmənin səbəbləri
Düşük müəyyən olunmayan müxtəlif səbəblərdən baş verə bilər. İlk üç aylıqda düşüyə səbəb xromosom anomaliyası, yəni dölün qeyri-standart xromosom dəsti olur. Xromosom anomaliyasının böyük qismi toxum hüceyrəsi və ya sperma qüsurunda, həmçinin hüceyrə bölünməsindəki müvəqqəti problem zamanı meydana gəlir.
Mütəxəssislər düşüyün əsas səbəbləri kimi aşağıdakıları göstərirlər: hormonal problemlər, infeksiyalı xəstəliklər və ya qadındakı sağlıq problemləri, qeyri-sağlam həyat tərzi (aktiv siqaretçəkmə, narkotik asılılıq, pis qidalanma, kofeindən sui istifadə, radiasiya, toksik maddələrlə kontakt), toxum hüceyrəsinin uşaqlığa səhv düşməsi, ananın yaşı və travması. Həmçinin düşüyə səbəb olacaq faktorlara intim əlaqəni, ağır fiziki işi də aid etmək olar.
Düşüklərin qarşısını necə almaq olur?
Hərçənd çox vaxt uşaqdüşmənin səbəbi xromosom anomaliyasıdır, bu problemi həll etmək həkimlərin əlində deyil. Amma həkimlər hamiləlikdən öncə və hamiləlik vaxtı sağlamlığın qorunması üçün bir neçə məsləhət verirlər:
  • Mütəmadi olaraq idmanla məşğul olun.
  • Sağlam qida rejiminə keçin.
  • Streslərdən uzaq olun.
  • Çəkinizi normal həddə saxlayın.
  • Gündəlik foliy turşusu qəbul edin.
  • Siqaret çəkməyin.
Hamiləlik haqda öyrəndikdən sonra uşağın normal inkişafı üçün həyat tərzinizdə bəzi dəyişikliklər etməlisiniz:
  • Qarın nahiyəsinə ağırlıq salmayın.
  • Siqaret çəkməyin.
  • Alkoqollu içkilərdən imtina edin.
  • Reseptsiz buraxılan hər bir dərmanı qəbul etməmişdən öncə həkimlə məsləhətləşin.
  • Kofeinin qəbulunu məhdudlaşdırın və ya ümumiyyətlə, ondan imtina edin.
  • Zərərli atmosferdən uzaq olun – radiasiya, infeksiyalı xəstələrlə kontakt, rentgen şüalanması.
  • Travmalı iş və ya idmanla məşğul olmayın.
Uşaqdüşmənin əlamətləri: beldə ağrı, çəkinin azalması, sancı, tez-tez qarınişləməsi, qəhvəyi və ya al-qırmızı qan axıntısı, ürəkbulanma, ağ-çəhrayı seliyin əmələ gəlməsi, hamiləlik əlamətlərinin itməsi, döş həssaslığının itməsi.
anspress.com
Redakte etdi: PRETTY GIRL


Şərhlər:
Baxılıb: 3747
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz