Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnkişafdan qalmış (donmuş) hamiləlik
İnkişafdan qalmış (donmuş) hamiləlik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2347
Səs ver:

İnkişafdan qalmış (donmuş) hamiləlikDonmuş və ya inkişafdan qalmış hamiləlik hamiləliyin sona qədər catdırılmaması halının bir növüdür. İlkin mayalanmadan sonra embrion uşaqlığa çataraq onun daxili qişasına yapışır - implantasiya olunur, lakin bir müddətdən sonra onun inkişafı dayanır. Tələf olmuş döl yumurtası uşaqlıq daxilindəcə parçalanaraq ananın qanına sorulur ki, bu da ananın zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Bu hal 4 həftədən artıq davam edərsə, ananın sağlamlığı, hətta həyatı üçün ciddi təhlükə yaranır.
İnkişaf etməyən (donmuş) hamiləlik diaqnozu dəqiqləşərsə, heç bir halda özbaşına dölsalmanı gözləmək olmaz. Tələf olmuş dölu və onun bütün qişalarını uşaqlıq daxilindən dərhal xaric etmək lazımdır.
İnkişaf etməyən və ya inkisafdan qalmış hamiləliklərin səbəbləri sona qədər aşkarlanmamışdır. İlk növbədə bu, uşaqda olan ciddi genetik pozğunluq nəticəsində ola bilər. Bundan başqa, erkən hamiləlik dövründə dölün tələf olmasına qadın cinsiyyət orqanlarının infeksion xəstəlikləri, alkoqollu içkilərin qəbul edilməsi, siqaret çəkmə, narkotik preparatlardan istifadə edilməsi və əlverişli olmayan ekoloji şərait də təkan verə bilər.
Bir qayda olaraq, inkişaf etməyən (donmuş) hamiləlik ultrasəs müayinə zamanı aşkar edilir. Bu zaman dölün ölçüləri həqiqi hamiləlik müddətinə uyğun gəlmir və ya dölün ürək döyünməsi təyin edilmir.
İnkişaf etməyən hamiləliyin hər bir halında müxtəlif müayinələr aparmaqla dölün tələf olması səbəblərinin aydınlaşdırılmasını tələb olunur. Həkimlər inkişaf etməyən hamiləlik halından sonra 6-12 ay ərzində növbəti hamiləlikdən qorunmağı tövsiyə edirlər.
Bu müddət ərzində ciddi müayinələrdən keçmək, aşkar edilən xəstəlikləri müalicə etmək, səmərəli qidalanmaq, polivitaminlər qəbul etmək lazımdır. Bu dövrdə həkiminizlə, sizə daha çox uyğun gələn hamiləlik əleyhinə vasitələrin seçimində məsləhətləşin.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2347
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz