Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı nəyi və nə qədər yeməli?
Hamiləlik zamanı nəyi və nə qədər yeməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2919
Səs ver:

Hamiləlik zamanı nəyi və nə qədər yeməli?

 Hamiləlikdən öncə fiziki məşqələlərlə hansı intensivliklə məşğul olmağınızdan, habelə hamiləlikönü çəkinizdən – artıq çəkili və ya az kilolu olmağınızdan asılı olaraq hamiləlik dövründə sizə əvvəlkindən 300-500 kalori artıq qəbul etmək gərəkdir ki, özünüzün və gələcək körpənizin adekvat qidalanmanız təmin olunsun. Oturaq həyat sürən hamilə qadına 300 kalori əlavə qida kifayət etdiyi halda, aktiv fəaliyyətdə olan, gün ərizində uşağa baxan, ev işlərilə məşğul olan gələcək ana rasionuna daha 500 kalori əlavə etməlidir. Təəccüblənəcəksiniz, amma 300-500 kalori o qədər də çox deyil. Məsələn, 2 stəkan azyağlı süd və bir dilim yağ çəkilmiş çörək cəmi 300 kalori qidalılığındadır. 3 stəkan eynən azyağlı südlə 2 dilim yağ çəkilmiş çörək isə 500 kaloridir.

Diqqət! Bu rəqəmlər hamiləlikdən əvvəlki rasionunuza əlavə olunan qidaya aid olub heç də gündəlik qidanızın 300-500 kalori olması anlamına gəlmir! Baxmayaraq ki, hamiləlik dövründə əlavə kalorilərə olan ehtiyac yalnız 20% artır, bununla belə orqanizmin bəzi qida maddələrinə olan ehtiyacı 50, hətta 100%-dək yüksələ bilər. Beləliklə hamiləlik zamanı Sizə əvvəlkindən bir az çox qida qəbul etmək lazım olsa da ərzaqların seçiminə xüsusilə diqqət etmək vacibdir. Başqa sözlə hamiləlik dövründə yeməyin miqdarını bir az artırmaqla diqqətinizi həm də onun keyfiyyətinə yönəltməlisiniz. Bu o deməkdir ki, ərzaqlardan elələrinə üstünlük vermək lazımdır ki, onlarda 1 kaloriyə daha çox qidalı maddələr düşür. Yəni əsasən zülal, kalsium, dəmir kimi elementlərlə zəngin olan az kalorili ərzaqlara meyl etmək gərəkdir. Bu cür ərzaqlardan hamilə xanımlar arasında daha geniş yayılanlarından bir neçəsinin adlarını çəkək:

- Yağsız kəsmik

- Yağsız yoğurt

- Tofu (soyadan alınan və zülallarla zəngin olan kəsmik)

- Balığ

- Paxlalılar– lobya, yaşıl noxud, nut (türk noxudu)

- Yumurta

- Hindi əti

İndi isə xüsusən hamilə xanımlar üçün hazırlanan bir salat resepti ilə tanış olun: Lazımi ərzaqlar: 240q yağsız kəsmik, 120q öz suyunda olan Tuna balığı filesi, 120q paxla, 120q nut (türk noxudu), 3 fincan tünd-yaşıl latuqa kahısı. Bütün bunları yaxşı-yaxşı qarışdırıb üzərinə limon sıxılır. Bu salatın qida dəyəri 600 kaloridir. Ondan 75 qramı zülal (gündəlik zülal normasının 1/3), 350 mq kalsium (gündəlik normanın təqribən 20%), 8-9 mq dəmir (gündəlik normanın təqribən 20%). Bundan başqa salata ətir üçün 1 xörək qaşığı soyuq sıxılmış zeytun yağı (daha 125 kalori) və son ştrix kimi üzərinə 1 xörək qaşığı çiy qabıqsız günəbaxat tumu (+ 80 kalori) əlavə etmək olar. Bu salat qidalı və faydalı olmaqla bərabər həm də kifayət qədər doyumludur. Bəzi xanımlar bir dəfəyə bütün salatı yeyə bilməyəcəklərini düşünüb ya yarım porsiya hazırlayırlar, ya da salatı gün ərizində bir neçə dəfəyə yeyirlər.

Nuş olsun!

 

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 2919
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz