Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəngli saçların baxımı...
Rəngli saçların baxımı...
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4623
Səs ver:

Həyatının bir dövründə saçını rəngləməyən  xanım demək olarki yox idi... Halbuki iş yalnız boya etməklə qalmır, sonrasında boyalı saça lazımlı diqqəti göstərmək lazımdır.Buda  boyalı saçların baxımıyla əlaqədar başlıca sualların cavabları...
1. Rəngləniyərkən saç təmizmi yoxsa çirklimi olmalı?
Saçınızın təmiz ya da çirkli olması fərqinə varmaz. Hər iki vəziyyətdə də yaxşı nəticə ala bilərsiniz. Ancaq boya etmədən əvvəl saçınızda jele, , sprey, köpük kimi saç şəkilləndiriciləri varsa fırça köməyiylə təmizləməlisiniz. Çünki şəkilləndiricilər saça kafi miqdarda boyanın nüfuz etməsini mane olar. Boyanın qalıcılığı qısa davamlı olar.
2. Saç boyası saçı tökərmi?
Boya, saçı tökməz. Mövsüm dəyişikliyi, fizioloji narahatlıqlar, nizamsız bəslənmə kimi şərtlər saçın tökülməsinə səbəb olar.
3. Dəriyə bulaşan boyalar necə təmizlənər?
Saç boyasını tətbiqə başlamadan əvvəl saç diblərinə nəmləndirici krem tətbiq oluna bilər. Gözləmə müddəti sonunda saçlar yuyunmadan əvvəl və ya yuyunduqdan sonra nəmli bir pambıqla boyanın dəridən təmizlənməsi asanlaşar. Nəmləndirici krem tətbiqi unudulsa, sabunlu bir bez ya da pambıqlı köməyi ilə boya təmizlənə bilər.
4. Qaş və kirpik boyana bilərmi?
Qaş və kirpiklər heç bir boya ilə rənglənilməz. Əgər qaşlarınızı rəngləmək istəyirsinizsə, xüsusi olaraq hazırlanmış qaş- kirpik boyalarını istifadə edin.
5. Boya nə qədər zamanda tətbiq olunmalı?
Saç, ayda təxminən 1 sm uzanar. 4 ilə 5 həftə ara ilə saç diblərini rəngləmək və saç uclarına rötuş etmək lazımdır.
6.Xınalı saçı  olanlar boya edə bilərmi?
Xına saçı örtər və saç üzərində bir təbəqə meydana gətirər. Xınanı saçdan çıxarmaq isə mümkün deyil. Bu səbəblə saçınızda xına varsa saç boyası istifadə etməyin.
7. Saç rənginin daha diqqətə çarpan olması üçün saç boyasından çox oksidasyon kremi istifadə edilsə nə olar?
Boya qutusunun içindəki reseptdə yazılan miqdar və nisbətlər ən sağlam nəticə almaq üçün idealdır. Bu səbəblə fərqli bir qarışıq tövsiyə edilməz.
8. Rəng seçərkən nələrə diqqət yetirməli?
Saçı rəngləndirmədən əvvəl istənən nəticəyə çatmaq üçün əldə edilmək istənən rəngin çox yaxşı müəyyən olunması lazımdır. Rəng təyin etməsi edərkən daha əvvəl rənglənilməmiş saçlar üçün; saçlarda ağ yoxsa və ya azsa, təbii rəngindən bir ton açıq rəng seçilməlidir. Daha əvvəl boyanmış saçlar eyni rəngə və ya tünd rəngə boyana bilər. Ancaq boyalı saçları olduğundan daha açıq rəngə rəngləmədən əvvəl dekolore (saçın rəngini açma) əməliyyatının tətbiq olunması lazımdır. Bu şəkildə arzulanan saç əldə edilmiş olunar.

 



Şərhlər:
Baxılıb: 4623
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz