Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saç probləmlərinin praktik həlli....
Saç probləmlərinin praktik həlli....
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2127
Səs ver:

 

 

Saçınızla əlaqədar çətinliyiniz varmı? Çox quru ya da çoxmu seyrəkdir?  Saç problemlərinizin sadə həlləri var….

 

1. Çox quru saçlar

Şampunu yalnız əllərinizlə yaş saçın diblərinə  paylanın və yüngülcə yedirin.Yaxalarkən saçın içindən axacaq olan şampun, saçları təmizləmək üçün kifayətdir. Beləcə saçlarınızın bir az daha qurumasını önləmiş olarsınız.

2. Normal saçlar

Şampunu dairəvi hərəkətlərlə saça yedirin, dərhal ardından yaxşıca durulayın. Əgər başınızda şampun artığı qalsa, saçlarınız matlaşar və quruyar. Qayda : Şampuanlamaq üçün sərf etdiyiniz vaxtın üç misli qədərini yaxalamaq üçün istifadə edin.


Saç probləmlərinin praktik həlli....


3. İlıq su ilə yaxalayın

Saçlarımız həssas olduqlarından, çox isti suyu sevməzlər. İlıq su, saçların zərər görməməsi üçün idealdır. Hətta bacara bilənlər, saçlarını soyuq su ilə yumalıdır. Soyuq su , saçlara mükəmməl bir parlaqlıq verər.

4. Ən yaxşı fen strategiyası

Saçları yuduqdan sonra diqqətlə ayırın. İsidilmiş bir dəsmalla qurudun. Feni ən aşağı nizama gətirib, saçları çox  - çox qarışdırmadan tam quruyana qədər fenləyin, sonra fenü daha yüksək istiliyə gətirib, yumru bir fırçayla şəkilləndirmə işinə başlayın. Feni saçınızdan ən az 15 santimetr uzaq saxlayın.

5. Nəzakətli olun

Yaş saçlar, yüngülcə şişmişlər. Bu səbəbdən tez qırıla bilərlər. Daramaq üçün ayrı dişli, mümkünsə kauçuk və ya taxtadan, əl istehsalı bir daraq istifadə edin . Ucuz plastik daraqları seçməyin.

6. Çoxmu stresslisiniz?

Saçlarınızı yuyarkən başınıza masaj etsəniz, xoşbəxtlik hormonlarınızı aktiv edərsiniz. Barmaq ucları ilə dairələr çəkərək, gicgahlardan saç diblərinə doğru masaj edin. Oradan təkrar qulaqlara doğru enin. Sonra peysərinizə doğru davam edin. Bunları edərkən dərin dərin nəfəs alıb verin.

7. Ön fikirləri unudun

Yağlı saçların hər gün yuyulduqları zaman daha tez yağlanırla  əlaqədar nağılları unudun. Əgər özünüzü daha baxımlı hiss edəcəksinizsə, hər gün duş ala bilərsiniz. Əhəmiyyətli olan, yumşaq bir şampun istifadə etməniz. Şampunu saçınızda gözlətməyin və dərhal yuyun.

8. Saç kremi

Kremi xüsusilə saçın aşağı sallanan qisimlərinə və uclarına sürün. Saç diblərindəki ilk 3 santimetrə gəlməməsini təmin edin. Diblərdə çıxan yeni saçların əlavə bir qulluqa  ehtiyacı yoxdur.

9. Çox seyrək saçlar

İncə telli saçlar, yağlı məhsulları qəbul edə bilməz.Ən yaxşısı, nəmli (və ya quru) saçlara nəmləndirici sprey sıxmaqdır. Sprey,  elektrik meydana gəlməsini və saç tellərinin 'uçuşmasına maneə  olar.

10.. Tətildə qulluq

Tətildəykən saçlarınız formaya girmirsə, bu vəziyyət olduğunuz yerdəki suyun ehtiva etdiyi mineral nisbətindən qaynaqlana bilər. Həll üçün saçlarınızı yuduqdan sonra içmə suyu ilə durulayın.

11. Saç maskaları

Maskalar, xüsusilə isti mühitlərdə saça daha yaxşı nüfuz edərlər. Ən idealı, müalicəvi  maskanı dəsmalla nəmini götürdüyünüz saçınıza, incə dəstələr halında sürərək yedirin. Sonra saçınızı isti fenle istilədin və başınızı alüminium bir falqa kağızı ilə sarın, üstünə də isidilmiş bir dəsmal örtün. Ən az yarım saat təsir etməsini gözləyin. Çox təsirli bir başqa üsul da, buxarlı mühitdə saç maskası tətbiq etməkdir (yenə eyni şəkildə dəsmal altında)

12. Doğuşdan güclü və qalın saçlar

Bu tip saçlar şəkil aldıqlarında sanki yuxu kimidir. Lakin şəkil almaq istəməzlər və üsyankardırlar. Doğru strategiyayla onları hökmünüz altına ala bilərsiniz: a) Hər gün yumayın,həftədə  1-2 dəfə yumaq kafi. b) Hər yumadan sonra saç kremini sürün və hər dörd yumada bir maska tətbiq edin.

 

Tərcümə etdi və hazırladı: PURE LOVE



Şərhlər:
Baxılıb: 2127
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz