Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə saç rənglənməsinin incəlikləri
Evdə saç rənglənməsinin incəlikləri
Göndərən: Pure Love
Şərhlər: 4
Baxılıb: 1064
Səs ver:
1.Seçiminizi yaxşı edin
Daha əvvəl heç qalıcı boya sınamadınızsa əvvəl keçici bir boya seçicinik yaxşı olacaq. Beləcə bəyənmədiyiniz bir nəticə əldə etdiyinizdə geri dönməniz asanlaşar. Bədəninizə uyğun gələcək və təbii saç rənginizdən iki ya da üç ton tünd olacaq bir rəng seçin. Ağlıq ya da bozluqları da diqqətə alacaqsınız, bir neçə ton tündlük yaxşı bir bağlama funksiyası yerinə yetirəcək.
Əks halda bu bölgələrdə maraqlı turunculuqlarınız ola bilər. Təbii boyayla boyanmış bir saça kimyəvi boya tətbiq olunduğunda, qutuda ifadə edilən müddətdən daha uzun bir tətbiq müddətinə ehtiyac vardır. Kimyəvi əsaslı boyanın qüvvətlənən saça nüfuz etməsi və bunu aşması daha uzun sürər. Gözlənilən nəticəni almaq bəzən bir neçə sınaqla mümkün olar.

2.Saçlarınızın vəziyyətini qiymətləndirin
Saçınızı rəngləmədən əvvəl, nə halda olduqlarını nəzarət edin. Saçınız nə qədər sağlam olsa, alacağınız nəticə də o qədər yaxşı olacaq. Bu səbəblə boyama əməliyyatını reallaşdırmadan əvvəlki həftə, saçınıza bir neçə dəfə baxım edin. İçində, saçları gücləndirən B vitamini, pantenol, E vitamini, avokado və ya Hindqozu yağı kimi nəmləndirici maddələr saxlayan məhsulları sınayın.
Əgər saçlarınız çox quru və köhnəlmişsə və qırıqlar varsa, o zaman saçı rəngləmək çox yaxşı bir fikir olmağa bilər. Saçlarınızı bir az kəsdirib, bir müddət baxım tətbiq etmək və boyanı sonraya buraxmaq daha yaxşı olacaq. Saçlarınızı boyaydıqdan sonra da ayda iki dəfə baxım etməyə davam edin.

3.Doğru rəngi seçin
Müvəffəqiyyətin açarı doğru rəngi seçməkdir. Parlaq gün işığında təbii saç rənginizə yaxşıca baxın. Daha sonra gözlərinə və dəri rənginizə uyğun gələn, bunları tamamlayan bir rəng seçin. Məsələn: əgər dəriniz sarımsı və ya buğda tonlarındadırsa o zaman qırmızı, şabalıd rəngi, mis və ya qırmızı - qəhvə tonlarını seçim edə bilərsiniz. Dəriniz ağ və ya qırmızıdırsa, o zaman küllü rəngləri və bej tonlarını sınayın.

4.Bir üsul təyin edin
Professionallar, yarı qalıcı və ya yuyununca çıxan boyalarla başlamağı təklif edir. Bunlar daha yüngül məhsullardır və ümumiyyətlə 28 yumağa qədər dözərlər. Qalıcı boya istəyirsinizsə, damlamayan düsturları seçim edə bilərsiniz. Ayrıca qurumuş olan uclar üçün, boya əvvəli baxım paketi olanları seçim edə bilərsiniz. Rəngləməyə başlamadan əvvəl, qutu üzərindəki təlimatları mütləq oxuyun. Beləcə tətbiqiniz daha asan olar və allergiya ehtimalını da sala bilərsiniz.

5.Rəngi qorumaq üçün
Saçınızı rəngləyib forma verdikdən sonra, əldə etdiyiniz rəngi qorumaq istəyəcəksiniz. Saç rənginizi uzun müddət mühafizə etmək üçün günəş və xlordan uzaq durun, saç qurutma maşını, feön və maşa kimi istiliyi çox olan alətləri çox istifadə etməkdən qaçın. Bunlar həm rəngin atmasına, həm də saçın köhnəlməsinə səbəb olarlar. Saçınızı parlaq və nəmli tutmaq üçün xüsusilə boyalı saçlar üçün çıxarılmış şampun, saç kremi və baxım məhsullarını tətbiq edin.

Bunlara diqqət:
• Başlamadan əvvəl mütləq istifadə bələdçisini yaxşıca oxuyun.
• Rəngləməyə başlamadan əvvəl bütün vəsaitlərin tam olduğundan əmin olun.
• Köhnə bir köynək geyin və köhnə bir dəsmal istifadə edin.
• Saçınızın ətrafındakı dərinin ləkələnilməməsi üçün bir az vazelin çəkin, ancaq saça bulaşdırmamağa diqqət edin.
• Boya çəkərkən mütləq əlcək istifadə edin.
• Saçları bölərkən və boyanı dağıdarkən geniş ağızlı bir daraq istifadə edin.
• Dəriyə bulaşan boyanı yaş dəsmal, şampunlu və ya dəri təmizləyicili pambıq ilə silin.
• Rəngin tutması üçün saatı nizamlayın.

Saç boyalarının xüsusiyyətləri
• Təbii boyalar (bitki mənşəli boyalar) saç telinin içinə nüfuz etməz və ağ saçı tam olaraq bağlaya bilməz. Ancaq saça bir işıltı və dolğunluq qazandırar. Bu səbəbdən saça baxım etmələri səbəbiylə üstünlüklüdür. Əgər saçınızı rəngləmək deyil də yalnız qüvvətləndirmək istəyirsinizsə, neytral qına tətbiq edə bilərsiniz.
• Təbii boyaların xüsusiyyəti sintez ilə əldə edilmiş boyalarınkına nisbətlə çox daha kiçik olan molekullarıdır. Bu xüsusiyyət onların saç telinin bütününə və xüsusilə saç telini meydana gətirən qabığa nüfuz etmələrini təmin edər. Beləcə birbaşa boyaların etdiyi kimi saç rənginin ümumisiylə inteqrasiya olunarlar.
• Təbii boyalar şampunlamayla yox olar. Nizamlı olaraq istifadə edilsə sıxlıqları artar. Çünki saçda hələ də var olan boyanın üzərinə yapışarlar. Beləcə təbii boyalar, saçın ümumi bütünlüyünü pozmadan saç rənginin sabit tutula bilməsi baxımından faydalıdır.
• Kimyəvi boyalara nisbətlə daha uzun bir gözləmə müddətiylə tətbiq olunmalıdırlar. Bu müddət ümumiyyətlə bir saat olmasına baxmayaraq, hər şey saçınızın təbii rəngi və keyfiyyətinə bağlı olaraq diqqətlə tətbiq olunmalıdır. Məsələn: açıq rəng saçda ‘kök turuncusu' kimi bir nəticə istəmirsinizsə, tətbiq müddəti qısa tutulmalıdır.


Şərhlər: 4
Baxılıb: 1064
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Demey olarki hardasa 4-5ildirki sac boyasindan istifade etmirem.
24 oktyabr 2016 23:05
# 4
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
sac renginden isdifade edenler oxusun
23 oktyabr 2016 21:33
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Sac renginnen istifade etmirem.SAc boyasi saci yandirir
23 oktyabr 2016 20:52
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GUNAY---
evde ozum elemerem qorxaram sacimi yandiraram
23 oktyabr 2016 19:06
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz