Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların tökülməsi və kəpəklənməsi ilə bağlı təbii maskalar
Saçların tökülməsi və kəpəklənməsi ilə bağlı təbii maskalar
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2459
Səs ver:
 Saçlarımız müəyyən mövsümlərdə, hava çirkliliyi, irsi olaraq, boya və perma kimi xarici təsirlərdən ötəri köhnələr ya da tökülməyə başlayar. Saçlarımızın baxıma ehtiyacı olduğunu anlamaq çətin deyil əslində. Əgər saçlarınız ; cansızlaşdı, tökülməyə başladı, qırıqlar meydana gəldi, incəldi və həcmini itirdisə aşağıda olan təklifləri tətbiqin zamanı gəlmiş deməkdir.


 1.) Gicitkən Otu ilə Saçlarınızın Tökülməsini Önləyin.

Bunun üçün tətbiq edə biləcəyiniz üsullardan biri gicitkəndir. Bir neçə tətbiqin  sonunda saçlarınızda meydana gələn dəyişiklərin fərqini görəcəksiniz.

Bu işəm başlamadan əvvəl əllərinizə əlcək geyməyi unutmayın. 2 sap gicitkəni yuyub təmizlədikdən sonra  sapları və yarpaqları ilə birlikdə kiçik bir qaba qoyun.

Əgər gicitkənləri qaba sığdırmaqda çətinlik çəkirsinizsə sapları ilə birlikdə bir neçə parçaya bölə bilərsiniz.

Üzərinə 1 su stəkanı qaynar suyu tökün. Ocağın altını açıb, 3 - 4 dəqiqə qədər  qaynadın.

Qaynadıqdan sonra ocağın altını bağlayıb 10 dəqiqə qədər dəmlənməyə buraxın.

Dəmlənən gicitkənin suyunu bir süzgəc köməyiylə  süzün;  hətta sıyığında qalan suyu da əliniz ilə basaraq süzün.

Süzülən bu suyu saç diblərinizə barmaq uclarınız ilə masaj edərək sürtün.

  Bu tətbiqi nizamlı olaraq hər gün bir həftə boyunca etsəniz saçlarınızın tökülməsi dayanır və saçlarınız köhnə sağlamlığına qovuşar. Əgər bir həftənin sonunda tökülmə dayanmadısa müalicə müddətini uzada bilərsiniz.

 

2.) Badam Yağı tökülməyi Dayandırır

Tətbiqi asan olan bir üsul:

 Saçlarınızın tökülməməsi üçün iki gündə bir saç diblərinizə masaj edərək badam yağı sürtün. Tezliklə saçlarınızın necə canlanacağını görəcəksiniz.

 

3.) Zeytunyağı, Darçın və Bal Saçlarınızın Tökülməsinin qarşısını alır

Bir qabın içində iki şorba qaşığı zeytunyağı, bir yemək qaşığı bal və bir çay qaşığı darçını yaxşıca qarışdırın.

Həftədə iki dəfə saç diblərinizə masaj edərək sürtün.

On beş dəqiqə gözlədin.

Saçlarınızı uyğun bir şampunla yuyub yumşaq bir dəsmal ilə nəmini alın və saçlarınızı özbaşına qurumağa buraxın.

 

4.)Zeytinyağı Saç Tökülməsini  Önləyir.

Üç qaşıq zeytunyağını bir qabın içində ocağa qoyaraq bir az isidin.

Barmaq uclarınızla masaj edərək saç diblərinizə sürtün.

İsti suyun içinə batırıb sıxdığınız nəmli bir dəsmal ilə saçlarınızı qucaqlayaraq dəsmal soyuyana qədər gözləyin.

Dəsmalı çıxardıqdan sonra on beş dəqiqə daha gözləyin və saçlarınızı uyğun bir şampun ilə yuyub durulayın.

 

5.)Şirin (tatlı) Badam Yağı və Hindistan Yağı                            

Bir şüşənin içinə 9-10 qaşıq şirin badam yağı, 9-10 qaşıq hindistan yağını qatıb 10 dəqiqə yaxşıca çalxalayın.

Yatmadan saçlarınızın diblərinə masaj edərək sürün və saçlarınızı bir dəsmal ilə sarıyın.

Səhər qatranlı sabun və ilıq su ilə yuyun.

 

6.)Alma Sirkəsi ilə Kəpəklərdən Xilas olun

Saçlarda kəpəklənmə bir çox adamın ortaq problemidir. Əgər saçlarınızda kəpəklənmə varsa tünd rəngli bir geyimləri geyməkdən qorxarsınız çünki kəpəklər tökülərək özünü göstərərlər. Yalnız bu qədər deyil zərəri, birdə saç dərisində qaşıntı yaradarlar. Bu problemdən xilas olmaq əslində çox asandır.

Sizə tək lazımlı olan həqiqi alma sirkəsidir.

Kiçik bir qabda 2 litr suya yarım çay stəkanı ( kiçik çay stəkanlarından) sirkəni töküb, qarışığını hazırlayın.

Sonra bu qarışıqla saçlarınızı durulayın.

Saçlarınızın həm parlaq, həm də yumşaq olduğunu görəcəksiniz.

Nizamlı istifadə etdiyinizdə isə kəpəkdən və qaşıntıdan də xilas olmuş olacaqsınız.

 

QEYD : Alma sirkəsinin pis iy verəcəyindən ötəri qorxmayın, çünki saçlarınız quruyana qədər o qoxu uçacaq..


Redakte etdi: Pretty girl



Şərhlər:
Baxılıb: 2459
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz