Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçınızı boyatmazdan əvvəl bilməyiniz lazım olan 10 məqam
Saçınızı boyatmazdan əvvəl bilməyiniz lazım olan 10 məqam
Göndərən: Narın Yağış
Şərhlər: 12
Baxılıb: 751
Səs ver:
Saçlarımız xarici görünüşümüzün ən əhəmiyyətli parçasıdır. Onun zəifləməsini, qurumasını və hətta boyanın təsiri ilə zərər görməsini arzulamarıq. Buna görə də saçımızı boyatmazdan əvvəl nələrə diqqət yetirməyimizin lazım olduğunu ətraflı araşdırdıq.

Hansı boyalar istifadə edilməməlidir? Rəng seçilərkən nələrə diqqət edilməlidir? Xına zərərlidirmi? Hamiləykən saç boyatmaq olarmı? Bütün bu sualları saç mütəxəssisi Uğur Alevyılmazdan cavablandırır. Saçlarınızı boyadarkən diqqət yetirməyiniz lazım olan 10 əhəmiyyətli məqam bunlardır:

1. Əvvəllər heç boyadan istifadə etməyən bir adam boyaya başlamalıdırmı? Yoxsa bəzi saça qulluq maskalarından istifadə etməlidir?
Əgər ağ saçları yoxdursa, amma dəyişiklik etmək istəyirsə, cüzi kölgələrdən istifadə edilməsi ən doğrusudur. Tamamilə dəyişiklik etmək istəyirsə, mümkün olduğu qədər ana rəngdən uzaqlaşmadan boya ilə saçda dəyişiklik edilə bilər. Saçları boyamadan öncə hər hansı bir allergiyasının olub-olmadığını öyrənmək vacibdir.

2. Boyadan istifadə edərkən boya növünə diqqət etməniz məsləhət görülür. Tanımadığınız firmanın boyası ilə saçınızı boyatmayın. Boyanın təbii olması və boyanın içindəki ammonyak nisbətinin aşağı olması saç sağlamlığı baxımından çox əhəmiyyətlidir. Səhv boya seçimi saçı qurudar və saçın zərər görməsinə səbəb ola bilər.

3. Saça tətbiq olunacaq rəng seçilərkən saçınızın formasına və dəri rənginizə ən uyğun rəngi seçmək lazımdır. Dəri rənginizə uyğun gəlməyən tünd rəng sizi yaşca daha böyük göstərər və sizə sərt bir görünüş verər.
Əgər saçda ağ tüklər yoxdursa və saçlarınıza tez-tez rəng qoymaq istəmirsinizsə, ən azından ana rəngə yaxın rəng seçmək təklif edilir.
Saçda ağ tük çoxdursa, açıq tonlardan istifadə etmək daha doğrudur, beləcə, ağ tüklər çıxdığı zaman tez nəzərə çarpmaz.

4. Hamilələrə ilk üç ayda saçlarını boyatmamaları təklif edilir. Hamilələr qoxulara qarşı həssas olduğu üçün saçların boyanmaması məsləhətdir. Üç aydan sonra da hamiləlik boyunca təbii boyalardan istifadə edilməlidir və əgər münkündürsə boyanın saçda saxlanma müddəti az olmalıdır.
Hamilələr saçları üçün boyadan başqa balyajlardan istifadə edə bilərlər, çünki balyaj edilərkən saçın dibi ilə əlaqəsi olmur.
Hamilələr arxayın olmaq üçün saçlarını boyatmazdan öncə mütləq həkimləri ilə məsləhətləşməlidirlər.

5.
Dəb olduğu üçün qışda tünd, yazda açıq rəng qoyulmalıdır deyə bir qayda yoxdur. İnsanın üzü və saç quruluşuna görə rəng seçimi ən yaxşısıdır. Unutmayın, saçlarınızı yazda açıq, qışda tünd rəngdə boyadaraq təkrar əvvəlki rəngə qaytarmaq saçınızı zəiflədə bilər. Zəifləmiş, görünüşünü itirmiş saçı kəsməkdən başqa çıxış yolu qalmır.

6. Qadınlar əsasən belə düşünür: "Xına saçları qalınlaşdırır, parlaq edir və zərərsizdir". Amma heç də belə deyil. Çünki saç teli balıq gövdəsi kimidir və onun üzərində pulcuqlar vardır. Xına, saç telini sadəcə üzdən rəngləyir və onların bağlanmasına səbəb olur. İnsan saçının qalınlaşdığını zənn edər, əslində saç telinin üzərində bir təbəqə meydana gəlir, hətta bu zaman saç hava almır və zamanla qurumağa başlaylr. Ona görə də xına qoymaq məsləhət deyil.

7.
Diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli məsələ boya alarkən qutularının üzərindəki rənglərə baxıb almamağınızdır. Çünki ümumiyyətlə boya maddəsi ilə üzərindəki saç rəngi uyğun gəlmir. Buna görə də boya kataloquna baxıb bildiyiniz növləri almağınız tövsiyə edilir. Ümumiyyətlə, boyanı təlimatda yazılan vaxtdan daha çox saxlamaq kimi səhvlərə də yol verilir. Qutunun üzərindəki göstərişlərə mütləq əməl etmək lazımdır.

8. Boyadan istifadə edərkən hər dəfə bütün saçın boyanmaması lazımdır. Boya yalnız yeni çıxan dib qisminə sürtülməlidir. Əgər saçın parlaq olmasını istəyirsinizsə, saça uyğun gələn rəng şampunları və kremləri tətbiq oluna bilər. Hər səfərində saça boya çəkilib, saxlanması saçı çürüdər.

9.
İstədiyiniz rəng məsələsində qərarsız olsanız, saç ustanıza bəyəndiyiniz və bəyənmədiyiniz rəng tonlarının şəkillərini göstərin. Ən yaxşı nəticəni o zaman əldə etmiş olarsınız. Saç ustanız "Mənim öhdəmə burax, ən yaxşısını edəcəyəm" desə belə diqqətli olun, sonra bəyənmədiyiniz bir saç rəngi ilə qarılaşa bilərsiniz.

10. Saçınızın rəngi üz quruluşunuzu fərqli göstərə bilər. Açıq tonlar insanı yaşlı, tünd tonlar cavan göstərir. Məsələn, saçınızın təpə hissəsinin həcmli görünməsini istəyirsinizsə, saçınızın öz rəngindən bir az daha açıq rənglənməsi, ya da təbii bir balyaj edilməsi daha yaxşı olar. Unutmayın, üzünüzdə bəyəndiyiniz və ya bəyənmədiyiniz yerləri saçınıza tətbiq olunan rəng tonları ilə daha qabarıq edə bilər və ya əksinə, gizlədə bilərsiniz.


Şərhlər: 12
Baxılıb: 751
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Balacam
Menim ewitdiyime gore dediler temiz saca qoyanda boya daha tez yanir sac.kirli olmalıymış sac.birde bizde iwde qiz var yumurta qatir boyaya ki sacinin dibleri yanmasın
29 avqust 2016 21:23
# 12
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
TuralSebnem
o cur uzun qara saclarimi zay etdim bu zehrimar kraskalarla stresler yawadim indi wukur nelerden sonra uzanib arxama duwur hecvaxt kraska vurmaraaam!
22 avqust 2016 12:27
# 11
ş
YalniZ-ArZu
Bunlari bilirdim.Xna haqqinda yazilanlara geldikde ise,sacima bir ara cox xna qoydum ve saclarim cox korlandi,gucle evvelki veziyyetine qayitdilar.Xnani ara sira qoymaq zererli ola bilmez,amma dalbadal surekli wekilde qoyanda saclara ziyani deyer,ozum wahidem.
21 avqust 2016 22:33
# 10
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Sacin tebii rengi qadinin cavanligi demekdi.
21 avqust 2016 22:08
# 9
Her şeye gore şukur
vipbetul
yalniz xinayla baqli olan qismi maraqli oldu menimcun
21 avqust 2016 21:50
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
narmiwka_15
men boyadan istifade elemirem hec vaxtda eleemk fikrim yoxdu
21 avqust 2016 21:50
# 7
Be Happy))
Fialka
Boyadan istifadə edən xanımlar üçün faydalı məsləhətlərdir amma saç rəngimi dəyişmək kimi bir fikrim yoxdur hələki çünki təbii rəngi qane edicidir həmdə zərər verəcək vasitələrdən uzağam)..
21 avqust 2016 20:04
# 6
MODABAZ
Saclarımı boyamaram ama uclarına reng vura bılerem
21 avqust 2016 20:02
# 5
Heyata daim gulmek lazimdii
Barbaris
menim saclarim ombre--di, ag tuk yoxdu sacimda hele) yazilanlardan bilmirdim coxunu
21 avqust 2016 19:30
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
son bahar
mende boyadan edirem caliwiram keyfiyetli boyadan isdifade edim .Oz sac reng tundu men biraz aciq qehveyi tonlardan isdifade esirem sac rengimi en tez uc aydan bir deyiwirem
21 avqust 2016 19:15
# 3
...
rəmsə
Saçımda qətiyyən ağ tük yoxdu,ama ara sıra dəyişiklik edib boyatdırmağı sevirəm.Hal hazırda bir müddətdirki uzundu saçlarım,ombre rənglətdirmişəm,yəni ən azından yazıldığı kimi bilirəmki təkcə uclar boyanıb.Ama dəyişdirmək istəyirəm qısa kəsdirib,bal rəngi elətdirmək istəyirəm,görümdə.
Qeyd olunanları bəzilərini bilirdim,ama xınanın saça ziyan olduğunu qətiyyən bilmirdim...
21 avqust 2016 19:12
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Saclarimi hec vaxt boyatmagi dusunmurem. Boya saclara zererlidir
21 avqust 2016 19:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz