Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçlarınızı korlamaqda sizə kömək edən 8 vərdiş
Saçlarınızı korlamaqda sizə kömək edən 8 vərdiş
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 1014
Səs ver:
Qadın gözəlliyinin ən əsas göstəricilərindən biri də məhz saçlardır. Sağlam və parlaq saçlar hər kəsin diqqətini çəkə bilər. Lakin, bir çox hallarda biz özümüz də dərk etmədən saçlarımıza ziyan vururuq. Bunu müxtəlif vərdişlərimiz sayəsində edirik. Gündəlik həyatda bir çoxumuzun etdiyi və saçlarımıza ziyan vuran həmin vərdişlərdən yaxa qurtarmaq lazımdır.

Qadınlar.biz sizə saçlarınızı korlayan vərdişləri təqdim edir:

Hər gün saç yumaq
Əlbəttə təmiz görünmək və özünü təmiz hiss etmək əladır. Lakin, bu sizin saçlarınıza ziyan vurur. Çox yağlı və ağırlaşan saçınız yoxdursa, hər gün saçınızı yumaqla ancaq onları korlaya bilərsiniz. Saçlar adətən 2-3 gündən bir yuyulmalıdırlar. Çünki, saçlarınıza hər gün su və şampunun dəyməsi, saç dərisinin saçı qorumaq üçün istehsal etdiyi təbii yağ qatının pozulmasına və saçınızın daha da ağırlaşaraq, korlanmasına səbəb olur.

Saçların qaynar su ilə yuyulması
Saçlarınızı çox isti su ilə də yumaq onlara ziyan vurur. Bu yağlanma və saç tökülməsi kimi problemlərə yol aça bilər. Qaynar su saçın dərisini qurudur və strukturunu pozur, qaşınma və qabıqlanma kimi problemlər yarada bilir.

Saç kremindən səhv istifadə etmək
Saçlarınıza qulluq prosedurlarında ən çox istifadə etdiyiniz məhsul da saç kremi olur. Balzamlardan səhv istifadə edərək saçınızın dibini yumşaldır, onların tökülməsinə yol açırsınız. Ən doğrusu az miqdarda saç kremi götürərək, saçlarınızın ancaq uclarına çəkmək və daha sonra yaxşı-yaxşı yaxalamaqdır. Beləliklə saçlarınızın ucları daha möhkəm və sağlam olacaq.

Uzun müddət eyni şampun və balzamın istifadəsi
Peşəkar saç ustalarının da dediyi kimi, eyni saç məhsullarını uzun müddət istifadə etmək olmaz. Çünki dəriniz uzun müddət istifadə etdiyiniz şampunun tərkibinə qarşı bir müddət sonra tamamilə təsirsiz qalmağa başlayır. Əgər saç məhsullarından maksimum dərəcədə fayda almaq istəyirsinizsə, özünüz üçün iki fərqli məhsul seçin və mütəmadi olaraq dəyişdirərək istifadə edin.

Saçların yaş-yaş daranması
Bir çoxumuz duşdan çıxan kimi saçlarımızı dərhal daramağa üstünlük veririk. Lakin bilmək lazımdır ki, saçlar yaş olduqda daha çox qırılmağa meylli olur. Buna görə də yaş saçları daramamaq lazımdır. Xüsusilə nazik dişli daraqlardan istifadə etməyin. İri dişli daraqlarla saçınızı ehmalca açın və tam quruduqdan sonra istədiyiniz kimi darayın.

Saçları dəsmalla sərt şəkildə qurulamaq
Daha əvvəl də qeyd etdiyimiz kimi, saçlar yaş olduqca qırılmağa çox meylli olur. Ona görə də, dəsmalla saçlarınızı quruladıqda çox ehtiyatlı olun. Biz adətən hamamdan çıxan kimi, saçlarımızı dəsmalla möhkəm qurutmağa çalışırıq və bu an saçlarımızı nə qədər qırdığımızı da dərk etmirik.

Vaxtaşırı saç kəsdirməmək
Uzun saçlar bir çox qadının arzusudur. Lakin bu saçlar sağlam görünüşdə deyilsə, onların uzun olması da gözəl görünməsinə səbəb olmayacaq. Vaxtaşırı saçlarınızı kəsdirin və bununla da saç qırılmalarının qarşısını alın. Bunu maksimum hər 3 aydan bir etməyə çalışın.

Fenin çox istifadəsi
Saçınıza edə biləcəyiniz ən böyük pisliklərdən biri də, onu mütəmadi yüksək temperatura məruz qoymaqdır. Buna görə də, hər gün saçı fenləmək kimi bir vərdişiniz varsa, buna son qoymalısınız. Çünki fendən mütəmadi istifadə saçın keratin bütünlüyünü pozur və saçlarınızın bioloji yaşını sürətlə yüksəldir. Həftədə maksimum 2 dəfə istifadə etməyə çalışın.


Şərhlər: 7
Baxılıb: 1014
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tewekkurler melumata gore
14 iyul 2016 10:26
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
hamisini edirem fonn :
27 iyun 2016 14:25
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
bunlari bilirem
26 iyun 2016 22:28
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Demek olarki hamisini edirem. Bezileri saclarimizi korluyur. En pisi her gun sac yumaqdir
26 iyun 2016 21:21
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
YalniZ-ArZu
Şərh
Sitat: Aysel
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

Aynen canim.
26 iyun 2016 20:47
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Onun_Mələyi
bunlarin hamsini bilirdim.ve etmiremde...saclarim duzdu uklatqa lazim qelmir.umimiyetle balzam istifade etmirem.saclari yumwaldsada onlari tokur..sadece krem oda her bawmi yuduqda deyil.tebii maskalara ustunluk verirem.sadece colkam kesiydi(qabaqi )birce utu ile colkami utluyurem..tewekkurler xeber ucun
26 iyun 2016 20:02
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
26 iyun 2016 19:33
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz