Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zədələnmiş saçlara evdə peşəkar qulluq
Zədələnmiş saçlara evdə peşəkar qulluq
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 1976
Səs ver:
Saçların boyanması, fendən istifadə,  sprey, mus kimi saç şəkilləndiriciləri sayəsində saçlarımız zədələnir, zəifləyir və sağlamlıqlarını itirir. Təkcə bu məhsullar deyil, həm də, günəş şüaları, ekoloji çirklənmə, düzgün qidalanmamaq da bu zədələnmələrə gətirib çıxardır. Zədələnmiş və zəif saçlarınızı bərpa etmək istəyirsənizsə 2 üsulu nəzərdən keçirtməlisiniz: birinci təbii yağlar və ikinci isə gözəllik salonlarından peşəkar kömək almaq. Amma bəzən çoxlarımızın gözəllik salonlarından kömək almağa vaxtımız və imkanımız olmur. Biz sizə bu işdə kömək etməyi düşünürük. Bunun üçün sizə evdə zədələnmiş və zəif saçlarınıza peşəkar qulluq təqdim edirik.
 
Təbii yağlar və mətbəxdəki möcüzəniz
Təbii yağlar və mətbəxdəki məhsullarla ən az gözəllik salonlarından alınan təsiri evdə qulluq edərək də ala bilərsiniz. Nəticədə həm pulunuz cibinizdə qalar, həm də, saçlarınıza tətbiq etdiyiniz məhsulun tərkibinə də, nəzarət edə bilərsiniz. Amma bilin ki, evdə etdiyiniz qulluq salonlarda edilən qulluğa nisbətən gec təsir göstərə bilir və zamanınızı alır.

Saçlarınız qırılmasın, güclü olsun deyə, yumurta maskası istifadə edə bilərsiniz. Bunun üçün 1 ədəd yumurtanı yaxşıca çalın və 1 ç.q. bal əlavə edin, yenidən yaxşıca qarışdırın. Sonra saçlarınıza kökdən uca çəkin. 15-20 dəqiqə saxlayıb ilıq su və şampunla yuyun.
Saçları və qurumuş baş dərinizi nəmləndirmək üçün zeytun yağı, hind qozu yağı əlavə edib qarışdırın. Sonra saçlarınıza və dərinizə 10-15 dəqiqə masaj edərək çəkin, 30 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Nəticədə saçlarınız yumşalacaq. Bu təbii qulluğu həftədə 1-2 dəfə edə bilərsiniz. Təsirini 3-4 həftə sonra görə bilərsiniz.
Quru, zəif və zədələnmiş saçlar üçün digər bir maska isə avokado maskasıdır. Maskanı hazırlamaq üçün 1 stəkan zeytun yağı, 1 ədəd əzilmiş avokado və 1 ç.q. balı götürüb yaxşıca qarışdırın. Sonra saçlarınıza çəkib 30 dəqiqə saxlayın. Avokado olmasa banan da istifadə edə bilərsiniz.  Saçlarınızın ucu tez-tez qırılarsa axşam evə gəldikdən sonra saçlarınızın ucuna zeytun yağı çəkin.


Şərhlər: 6
Baxılıb: 1976
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
saclarim mohkemdir
28 iyun 2016 22:28
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Teşekkur..........
28 iyun 2016 22:03
# 5
Her şeye gore şukur
Fialka
Hansısa xüsusi bir maskadan istifadə etmirəm sadəcə bütün zərərli ola biləcək təsirlərdən uzağam yəni ehtiyac duymadıqca da etmirəm , baxım olaraqda kokos , arqan kimi müxtəlif tərkibli bitki yağlarından istifadə edirəm .
Faydalı məsləhətlər üçün təşəkkür.
28 iyun 2016 21:38
# 4
Onun_Mələyi
yumurta ve bal maskasnı çox etmişem.artıq saclarmda şükür problemim yoxdu.tebii yaqlar olduqca faydalıdır.tewekkurler tomka bacı
28 iyun 2016 20:12
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 iyun 2016 19:11
# 2
BARBI
Saclarim zedelenmeyib. Tebii yaglardan mende istifade edirem. Effekt verir
28 iyun 2016 19:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz