Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dieta saxlamaq saçınızı tökür
Dieta saxlamaq saçınızı tökür
Göndərən: Barbaris
Şərhlər: 2
Baxılıb: 289
Səs ver:
Qadının gur, parlaq saçları onun gözəlliyinə əlavə gözəllik qatdığı kimi kişinin də bu özəlliklərə sahib olması onun qadının gözündəki cazibədarlığını artırır. Lakin, təəssüflər olsun ki, müəyyən yaşdan sonra kişilərin əksəriyyəti saçlarının əvvəlki kimi gur olmadığından, get-gedə seyrəlməyindən şikayətlənirlər. Lakin artıq bunun da çarəsi tapılıb. Hər cür xəstəliyə qarşı dərman tapmağa çalışan tibb mütəxəssisləri bu problemin də həll yolunu tapıblar.

Bəs saç tökülməsinin səbəbi nədir?
Bu sual yəqin ki, sizin üçün də maraqlıdır. Mütəxəssislərin sözlərinə görə, saç tökülməsi 90% genetik yolla keçən xəstəlikdir. Tibb mütəxəssisi Özdən Kasımoğlunun fikrincə, bəziləri saç kremlərinin, çox papaq taxmağın saç tökülməsinə səbəb olduğunu söyləyirlər. Amma bunlar reallıqdan uzaq fikirlərdir. Saç tökülməsinin əsas səbəblərindən biri də saç köklərinin kimyəvi reaksiyalar zamanı bədənimizdə meydana gələn DHT hormonuna qarşı həssaslığıdır. Yəni, sizdə bu hormonun faiz dərəcəsi nə qədər yüksək olarsa, saçınızın tökülmə riski də bir o qədər çox olar.

Saç tökülməsinə qarşı vasitələr bu məsələdə bizə necə kömək edə bilər?
Mütəxəssislərin fikrincə, bu zaman istifadə edilən saç tökülməsinə qarşı vasitələr DHT hormonun çoxalmasının qarşısını alır. Bu isə öz növbəsində saçın çoxalmasına, saç köklərinin inkişafına səbəb olur. Ancaq bu zaman diqqət etməli olduğumuz bir məsələ də var. Bilməliyik ki, saç tökülməyə başladıqdan 3-5 il sonra saç kökləri ölməyə başlayır. Aydın məsələdir ki, dərmanların ölmüş saç kökləri üzərində hər hansısa effekti ola bilməz. Buna görə də həkiminizin məsləhət gördüyü saç tökülməsinə qarşı vasitələrdən nə qədər tez istifadə etməyə başlasanız, o qədər uğurlu nəticə əldə edərsiniz.

Saç tökülməsinin digər bir səbəbi- Dieta
Saç köklərinin inkişafı bizim qəbul etdiyimiz qidalardan, vitaminlərdən çox aslıdır. Buna görə də əgər siz ağır dietaya başlamısınızsa, yəni, saçın inkişafı üçün lazım olan vitaminlər qəbul etmirsinizsə, bu get-gedə saçınızın tökülməsinə səbəb ola bilər. Buna görə də çalışın ki, hər hansısa bir dietaya başlamazdan öncə həkiminizlə bunun əks təsirləri barəsində də müzakirələr aparasınız.
Bu qədər sadə, əziz kişilər. Artıq qadınınızı heyran edən gur saçlara sahib olmaq sizin əlinizdədir. Məsləhətlərimizə əməl edin, tezliklə bu problemdən qurtulun.


Şərhlər: 2
Baxılıb: 289
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
dieta saxladiqda orqanizmanin fealiyyeti deyisir
11 may 2016 12:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Dieta saxlamaq butun orqanizmi zeifledir. Tekce sac tokulmesi ile kifayetlenmir. Ona gore dieta ederken her seyden az az yemek lazimdir
8 may 2016 03:55
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz