Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir gəlinlər üçün saç düzümləri
Müasir gəlinlər üçün saç düzümləri
Göndərən: Fialka
Şərhlər: 3
Baxılıb: 943
Səs ver:
Hər gəlin toy günü gözəl və valehedici olmaq istəyir. Zərif və düzgün seçilmiş gəlinlik paltarı, ən əsası, səliqəli saç düzümü qüsursuz gəlin obrazı yaratmağın ən birinci şərtidir.
 
Romantik və yaddaqalan obraz yaratmaq üçün dizaynerlər saç aksessuarlarından istifadə etməyi məsləhət görür. Onların gəlinlər üçün təqdim etdiyi saç aksessuarları gözəlliyi ilə insanı heyran edir.
 
Saç sancaqları
Aksessuar seçimi genişdir. Gəlinin saçını bəzəməyin ən sadə və əlverişli üsulu gözəl saç sancaqlarıdır. Bu rahat və praktik aksessuar həm gəlinin saç düzümünü möhkəm  saxlayacaq, həm də ona bəzək verəcək. Saç sancaqlarının strazlar, gül-çiçək və mirvari ilə bəzədilmiş bir çox variantları var. Lələkli sancaqlara da rast gəlinir. Bunların hər biri fərdi obraz yaratmağa qadirdir: zərif, romantik, vintaj... Bir sözlə, sancaqlar zərif gəlin obrazının ayrılmaz hissəsi olacaq!
 
Saç  lentləri
Atlaz, tül və ipək  lentlər də gəlin saçı üçün gözəl bəzək sayılır. Bu ilin yeni tendensiyasına muncuqlar, strazlar və s. dekorativ elementlərlə işlənmiş saç lentləri daxildir. Gözlənilməz fakturalar və əlavə elementlərlə bəzədilmiş lentlər kreativ gəlin obrazı yaratmaq istəyənlər üçün əvəzolunmaz detaldır.

Dekorativ çələng və...
Çələng və "abodok”lar da son dərəcə zərif, incə gəlin obrazı yaratmağa imkan verən ən populyar aksessuarlardan biri sayılır. Bu cür aksessuarlar xüsusilə qısa saçlı gəlinlərə istənilən obrazı yaratmağa yardım edəcək. 
 
Gəlin tacı
Gəlin tacları zərif şahzadə obrazını yaratmaq üçün ideal seçimdir. Əgər siz təmtəraqlı və möhtəşəm görünmək istəyirsinizsə, bu, uğurlu variantdır. Lakin tac seçiminə xüsusi diqqətlə yanaşmaq lazımdır. Bu aksessuar gəlinin digər elementləri ilə ahəng təşkil etməlidir.  Bu səbəbdən, klassik tacları daha incə və müasir variantlarla əvəzləyin.
 
Müəmmalı vual
Bu aksessuar fransız və ya Qərb üslubunda gəlin obrazı yaratmaq istəyən qızlar üçün ideal saç bəzəyi olacaq. Ümumiyyətlə, vual bu gün duvağı əvəz edən unikal bəzək əşyasıdır. Bu romantik və sirli element ümumi görünüşə xüsusi məlahət verir. Bu zaman zərif və aristokrat obraz yaranır.
 
Tər güllər
Təzə güllər gəlinin təbii gözəlliyini vurğulayacaq. Onlar sizin tərzinizə zəriflik və romantika qataraq, təmtəraqlı obrazı yumşaldacaq. Bu bəzəyin yeganə mənfi cəhəti tez solmasıdır. Odur ki, saç üçün gül seçərkən ən dözümlü gül növlərinə üstünlük verin.
 
Fatalar
Bu gün müasir gəlinlər duvaq yerinə saçın arxasında çalma kimi bağlanmış fatalar seçirlər. Bu gözəl bəzək qısa və uzun saç düzümündə eyni dərəcədə gözəl görünür. Onların köməyilə siz çox incə, zərif və romantik obraz yarada bilərsiniz.


Şərhlər: 3
Baxılıb: 943
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: vipbetul
toya hazirlasan gelniler oxusun
6 iyun 2016 15:23
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
toya hazirlasan gelniler oxusun
5 iyun 2016 21:01
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Gelinlikde ferqli sac aksesuarlari cox sevirem. Xususi yarasiq verir
5 iyun 2016 20:17
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz