Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl və qalın saçları hamı arzulayır
Gözəl və qalın saçları hamı arzulayır
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 1067
Səs ver:
Saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması və ya düzləşdirilməsi isə bu prosesi daha da sürətləndirir. 

Saç ustası Kəmalə Zeynalovanın sözlərinə görə, saçın tökülməsi təbii prosesdir: \"Bəzən xanımlar bir-iki teli daraqda qalan kimi həyəcan keçirir, saçlarının töküləcəyini düşünürlər. Gün ərzində 50 tükün tökülməsi adi haldır. Bu halda həyəcan keçirməyə ehtiyac yoxdur. Əgər saçlar çox tökülürsə, bu halda narahat olmağa dəyər. Saçlar normadan çox tökülməyə başlayanda hər dəfə saça daraqla çəkəndə darağın üstündə qalır, yastığın üzərinə tökülür\" deyən K.Zeynalova əlavə edib ki, saçlar müxtəlif səbəblərə görə tökülə bilər. Onun sözlərinə görə, pis qidalanmaq, maddələr mübadiləsinin pozulması, genetik faktorlar, çəkinin kəskin aşağı düşməsi, dərman qəbulu, hormonal pozğunluqlar, yuxusuzluq, depressiya, stress və ruh düşkünlüyü, yanlış qulluq, saçların tez-tez rənglənməsi, fenlərdən istifadə saçların tökülməsinə səbəb olur. 

Xanımlar saçlarının tökülməsini istəmirlərsə, həyat tərzinə fikir verməlidirlər. Belə ki, düzgün qidalanmadıqda, siqaret çəkdikdə və spirtli içki içdikdə saçlar tökülməyə başlayır və insan səhhətində tədricən ciddi problemlər yaranır. Bununla yanaşı, saçlara düzgün qulluq da vacibdir. \"Çalışın ki, saçlarınızı yuyanda şampunu yaxşı yaxalayasınız. Saçı qurutduqdan sonra ehtiyatla daramaq lazımdır. Yaş saçı isə daramaq məsləhət deyil. Belə ki, bu zaman saçlar asanlıqla qırılır. Saçı qurudarkən də dəsmalla çox sürtmək onların qırılmağına, gözəlliyinin və parıltısının itməsinə gətirib çıxarır. Kimyəvi yolla saçların burulması, düzləşdirilməsi və rənglənməsi isə saçların qənimidir. Bu proseslərdən sonra saçlar gözəlliyinin və sayının yarısını itirir\". 

Saçların gözəlliyini bərpa etmək üçün saç ustası bir-iki məsləhət də verib: \"Yatmazdan əvvəl başın dərisini masaj edin. Bunun üçün xüsusi masaj daraqları da ala bilərsiniz. Masaj başın dərisinin qan dövranını yaxşılaşdıracaq. Nəticədə saçların kökləri xeyli vitamin qəbul edəcək. Unutmayın ki, daraqları vaxtaşırı sabunla yumaq lazımdır. Darağı başqasına vermək və ya başqasının darağı ilə saçı daramaq da düzgün deyil. Belə etdikdə, müxtəlif dəri xəstəliklərinə yoluxa bilərsiniz. Səliqəsiz adamın darağını istifadə etdikdə isə saça bit də düşə bilər\". 

Müntəzəm olaraq saça qulluq üçün nəzərdə tutulan maskalar da etmək olar. Lakin saç üçün maska, şampun və başqa vasitələr seçdikdə keyfiyyətlisinə üstünlük verilməlidir. \"Ən yaxşısı - təbii maskalar düzəltməkdir. Həm də təbii yolla düzələn maskalar daha effektiv olur. Saça parıltı və gözəllik verən, misal üçün, zeytun yağı və yumurta sarısından hazırlanan maska tətbiq edə bilərsiniz. Bunun üçün 1 çay qaşığı zeytun yağını, 1 yumurta sarısını, 1 çay qaşığı limon suyunu qarışdırıb saçın dibinə sürtüb 1-2 saat saxlayıb yuyun. Saçın tökülməsinin qarşısını almaq üçünsə, 1 litr qaynadılmış suya 2 xörək qaşığı bal əlavə edib başın dərisinə massaj edərək sürtmək olar. Aloye bitkisinin suyu da saç tökülməsinə qarşı çox effektivdir. Aloyenin suyunu hər gün başın dərisinə çəkib, üstündən xüsusi yuyunmaq üçün olan papaq geyinib bir saat saxlayın. 

Ümumiyyətlə, saç üçün nəzərdə tutulan maskaların əksəriyyətində yumurta sarısı var. Belə ki, saçın sağlamlığı üçün yumurta sarısı ilə olan maskalar çox xeyirlidir. 2 yumurta sarısını, 1 xörək qaşığı bal, konyak və gənəgərçək yağını blenderə əlavə edib qarışdırın. Alınan qarışığı nəm saçlara çəkib başınızı isti bir şeylə bağlayıb 1 saat saxladıqdan sonra yuyun. Xardalın əlavə olunması ilə hazırlanan maskalar da saça çox xeyirlidir. 1 yumurta sarısını 1 xörək qaşığı xardalla qarışdırıb saça çəkib yarımsaat saxlayın\". 

Saçın yaxalanması üçün bitkilərdən dəmləmələr də istifadə etmək olar. Bunun üçün çobanyastığı, gicitkan bitkilərini dəmləmək olar. Saça qulluq üçün ən rahat üsul isə şampunlara meyvə və badam yağının əlavə olunmasıdır. \"Lakin nəzərinizdə saxlayın ki, maskalaırn tərkibini tez-tez dəyişmək olmaz. Maska ilə müalicə isə 12-15 dəfə üçün nəzərdə tutulmalıdır. Bir müddət fasilə verəndən sonra isə yenidən başlamaq olar\". 

Həmsöhbətimizin sözlərinə görə, düzgün qidalanmadan saça maska çəkməklə saçın tökülməsinin qarşısını almaq mümkün deyil. Belə ki, nə yeyiriksə, o, nəinki saçımızda, həm də dərimizdə və əhvalımızda da əks olunur. Bu səbəbdən də, daha çox meyvə, tərəvəz, göyərti, ağartı məhsullarını yemək, cəld yeməklər, süni qida və içkilərdən uzaq durmaq lazımdır. Ümumiyyətlə, saçın parlaqlığı və uzunluğu üçün vitaminlər çox əhəmiyyətlidir. Pəhriz saxladıqda isə saç yaxşı qidalana bilmir və gözəlliyini itirir. 

Müsahibimiz əlavə edib ki, bəzən saçların tökülməsi ciddi xəstəliyə də işarə ola bilər: \"Əgər saçların tökülməsinin qarşısını almaq olmursa, həkimə müraciət etmək lazımdır. Həm də unutmayın ki, bizim zahiri görünüşümüz daxilimizi də əks etdirir. Odur ki, pis fikirlərdən, bədbinlikdən və stresdən uzaq durmağa çalışın\".


Şərhlər: 8
Baxılıb: 1067
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
narmiwka_15
menim sacim cox nazikdi ve tokulur
27 aprel 2016 15:50
# 8
Be Happy))
vipbetul
saclarimla baqli hec bir prablemim yoxdur
27 aprel 2016 00:01
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
saclarim tokulmur ama nazikdiler
26 aprel 2016 23:05
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Aybə
Saçlara qulluq etmək çox çətindir həm vaxtın olmalıdı həmdə səbrin.Mənim saçım tökülmür ama nazikdi şüydü
26 aprel 2016 22:18
# 5
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
evli.mutlu.cocuklu
Şükür ki sacımla bağlı problemim yoxdu
26 aprel 2016 21:24
# 4
YalniZ-ArZu
Faydali meslehetlercun,tewekkurler.
26 aprel 2016 20:44
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Doguşdan sora dehşet tokulurdu .şukur Allaha indi azalib yene
26 aprel 2016 20:28
# 2
Her şeye gore şukur
BARBI
Sac tokulmesi ciddi problemdir. Her seyle bagli ola biler. Ona gore tebii baximlardan istifade etmeliyik
26 aprel 2016 19:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz