Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kəpəyin effektli müalicəsi
Kəpəyin effektli müalicəsi
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 786
Səs ver:
Kəpəklə mübarizədə xüsusi müalicəvi şampunlar çox yaxşı kömək edir. Bu şampunların üzərində xüsusi qeyd olur \"kəpəyə qarşı\" (\"от перхоти\"). 

Kəpək çox deyilsə, tərkibində bu kimi maddələr olan müalicəvi şampundan istifadə edin: 

- salisil turşusu (şampunun üzərinda \"salicylic acid\" yazılır) 
- kükürd (sulfur) 
- sink pirition (zinc pyrithione) 
- qatran (tar). 

Salisil turşusu və kükürd kəpəyi əridir. Sink və qatran baş dərisi hüceyrələrinin bölməsini ləngidir. Kükürd və sink kəpəyin əmələ gəlməsinə səbəb olan göbələklə mübarizə aparır. 
Müalicəvi şampunun tərkibində sadaladığımız maddələrdən biri və ya bir neçəsi ola bilər. Ən yaxşı seçim tərkibində salisil turşusu və kükürd olan müalicəvi şampundur. Belə şampunlar apteklərdə və supermarketlərdə satılır. 

Hər gün 2 həftə ərzində saçlarınızı müalicəvi şampunla yuyun. Şampunu saçlarınızda 5-10 dəqiqə saxlayıb axar suyun altında yaxşı yaxalayın. 

Adətən 2 həftə ərzində kəpək xeyli azalır. Bu halda effekti saxlamaq üçün saçlarınızı daim həftədə 2 dəfə müalicəvi şampunla yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz. 

Əgər kəpək azalmırsa, daha güclü vasitələrdən istifadə edin. Belə xüsusi müalicəvi şampunların tərkibində 1%-li ketokonazol (ketoconazol) və ya selen sulfid (selenium sulfide) ola bilər. Belə şampunlar apteklərdə və ya supermarketlərdə satılır. 

Belə şampunla saçlarınızı 2-4 həftə ərzində həftədə 2 dəfə yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz. 

Saçlarınızı yuduqda müalicəvi şampunu 5 dəqiqə ərzində saçların üzərində saxlayın və sonra yuyun. 

2-4 həftədən sonra kəpək xeyli azalmalıdır. Bu halda saçlarınızı müalicəvi şampunla 2 həftədə 1 dəfə yuyun (şampun qurtarana kimi). Daha sonra tərkibində salisil turşusu, kükürd, sink pirition və ya qatran olan müalicəvi şampun alın və bu şampunu daim həftədə 2 dəfə istifadə edin. 

Əgər müalicə effekt vermirsə, dermatoloqa və ya trixoloqa (saç xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) müraciət edin. Bu adi kəpək deyil, daha ciddi dəri xəstəliyi ola bilər.


Şərhlər: 7
Baxılıb: 786
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyli
bir ara wanpunumu deyiwdim dehwet kepek saldi bawim sonra yene qayitdim oz wanpunuma
24 aprel 2016 16:24
# 7
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
vipbetul
ehtiyagim yoxdu maraqliydi
23 aprel 2016 14:44
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Sampunmu bu yaxinlarda deyisdim hedsiz derecede kepek geldi. Cox peşman oldum
22 aprel 2016 21:11
# 5
SENSİZ
Qizimin bawinda var idi. Zeytin yaqiyla sacin diblerine masaj etdim indi maq yoxdu bawinda .Cox effekt verir saclari yumuwaq hemde parlaqliq verir.saclari yumazdan 20 deqiqe qabaq.
22 aprel 2016 20:44
# 4
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Tomris Müslümova
Saça düzgün qulluqdan,seçdiyimiz şampundan və fəsildəndə asılıdır.İndiki fəsildə ən yaxşı çarə gicitkəndir.
22 aprel 2016 20:26
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Miss_Oxatan
gerek emin olasan wampunlarin uzerine yazilanlar dogrudur ya yox.her wampunun uzerine yazilanlar duz olmur.ona gore de evvel gerek mutexessise muraciet edesen ve onun meslehetiyle aptekden alinan wampun istifade edesen.
22 aprel 2016 19:38
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Kepek deri problemidir. Bu usullar tesir etmeye biler. En yaxsisi dermatoloqa muraciet etmekdir
22 aprel 2016 19:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz