Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçları düzləşdirmək üçün təbii vasitələr
Saçları düzləşdirmək üçün təbii vasitələr
Göndərən: NoName
Şərhlər: 18
Baxılıb: 2540
Səs ver:
Saçınızı düzləşdirmək üçün istifadə etdiyiniz kimyəvi maddələrin saçınız üçün olduqca zərərli təsirləri vardır. Bundan əlavə düzləşdirmək üçün fenlərdən istifadə etmək də saçınızın quruyub qırılmasına səbəb olur. Buna görə də biz sizə saçınızı düzləşdirmək üçün təbii vasitələrdən istifadə etməyi tövsiyə edirik. Evinizdə olan bir çox məhsullardan davamlı şəkildə istifadə etməklə saçınızın yumşaq və düz olmasını təmin edə bilərsiniz. Bu təbii vasitələri sizə təqdim edirik:

Hindistan qozu
Bir ədəd Hindistan qozunu sürtgəcdən keçirib içinə limon suyu əlavə edin. Bunu soyuducuda bir neçə saat saxladıqdan sonra saçınıza çəkin. İsti bir dəsmalla başınızı bağlayın. Bu formada 1 saat gözlədikdən sonra şampun ilə saçınızı yuyun və yaxşıca qurulayın. Beləliklə, saçınızın buruqları daha idarə ediləbilən hala gələcək və saçınız yumşaq olacaqdır.

Qızğın yağ müalicəsi
Bu müalicə üsulu saçın yumşaq və düz olmasına kömək edir. Zeytun yağı ilə Hindistan qozu yağını qarışdırın. Başınızın dərisinə və saçınıza bu qarışığı masaj edərək çəkin. Sonra isti dəsmalla saçınızı bağlayın. Ən az 45 dəqiqə gözlədikdən sonra şampunla yuyun. İstəsəniz bir neçə gün sonra zeytun yağını badam yağı ilə əvəz edə bilərsiniz.

Süd
Saçı düzləşdirməkdə süd ən yararlı vasitələrdəndir. Bir sprey şüşəsinə süd tökün və saçınızın tamamına püskürdün. Yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.

Süd və bal
Südün içinə bal töküb məcun halına gələnə kimi qarışdırın. Daha təsirli olması üçün içərisinə çiyələk və banan da əlavə edə bilərsiniz. Bu qarışığı saçınıza çəkib bir saat yarım saxlayın. Sonra şampunla yaxşıca yuyun.

Yumurta və zeytun yağı
Hər ikisi də ən yaxşı saça qulluq vasitələrindəndir. 2 yumurtanı çalın və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Bu maskanı saçınıza çəkib ən az bir saat saxlayın. Sonra şampunla yuyun.
Bu təbii saç düzləşdirmə üsullarından bir neçə ay davamlı şəkildə istifadə etdikdən sonra saçlarınızdakı fərqi aydın görəcəksiniz. Lakin bu zaman səbrli olmalı, həftədə ən az iki dəfə bu üsullardan hər hansı birini tətbiq etməlisiniz. Ancaq bu vaxt istədiyiniz nəticəni əldə edə bilərsiniz.


Şərhlər: 18
Baxılıb: 2540
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Saclarim dalgalidir yuyub qurutduqda cox gozel gorunur ukladkaya hec ehtiyac qalmir arada duzlewdirmek istedikde bu maskalardan istifade edecem sonuncu maska neyinki saci duzlewdirmeye umumiyyetle sacin kokune gorunuwu ve pariltisi ucun xeyirli ve efektiv bir maskadi
20 aprel 2016 11:57
# 18
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
son bahar
Saclarim dalgali saclardi...hemise yuduqdan sonra uklatka edirem sevmirem dalgali buruq saclari sevmirem
20 aprel 2016 09:04
# 17
...
Sara035
Qivrimdi saçim hec xowlamiram:(her kes deyir duzlewdirme qivrim yarawir insan olmadigini arzulayir esasda sacda,bir iki maskani edecem gorum duzlewirmi sacim cox nazikdi
20 aprel 2016 01:43
# 16
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
ulduz
Saclarimi evde hörgü edirem. Coldede qisda papaq olur deye horurem. Amma sacimi yudumsa mütləq uklatka etmeliyem ozumden asili deyil her defe ziyandi etmirem desemde edirem. Yazilan mehsullarda son derece efektlidi
20 aprel 2016 01:18
# 15
vipbetul
saclariarim duz hecimlidir
19 aprel 2016 23:50
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
menim sacim tamamen duz olmasada duze hesabdi))hafif dalgalidi
19 aprel 2016 22:58
# 13
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ülü16
Məndədə buruqdu. Amma çox nazikdir. Arada düzləşdirirəm saçımı. Doğurdanda bir-iki dəfə düzəldəndən sonra saçlar quru olur. Ancaq şampunum yaxşıdı bir az kömək edir.təşəkkürlər maskalar üçün. Əlaa07
19 aprel 2016 22:44
# 12
ayka95
Fenden tez tez istifade edirem
19 aprel 2016 21:44
# 11
Antikvar
Artıq havalar istiləşdiyinə görə papaqlardan azad olmuşuq )bu səbəbdən saçlarımı arada fenlə düzləşdirirəm,ziyanlı olduğunu bilə bilə istəmədəndə olsa bu vastələrdən istifadə edirik.Verilmiş maskaları bəyəndim,bu vastələr nəinki düzləşdirmək fikrimcə xeyridə saçlara çox olar yoxlayaram,təşəkkürlər.
19 aprel 2016 21:35
# 10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fi-Ra
Saclarima fen vurmuram. Sonuncu defe ne vaxt duzlesdirmiswm yadimda deyil. Oz sacimin tebii gozel buruqlari var. Aciq qpymaq isteyende seliqeye saliram buruqlari gozel gorunur. Istifade etmek olar bu maskalardan. Hem de saci canlandirar. Ne de olsa fenden qat-qat yaxsidi. Tesekkurler
19 aprel 2016 21:27
# 9
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
lale.veliyeva19
edəcəm saçlarımın düz olması üçün fenliyirəm təbii olsaydı yaxşı olardı
19 aprel 2016 21:01
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

narmiwka_15
edecem sudnen inwAllah tam duz olar
19 aprel 2016 20:56
# 7
Be Happy))
tenha cicek
maraqlidi amma fenle daha asandi
19 aprel 2016 20:52
# 6
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Kölge
Maraqlidi tşk.....
19 aprel 2016 20:41
# 5
Her şeye gore şukur
Tomris Müslümova
Yaz gəldisə evdə dura bilmirəm.İstiyirəm hər gün harasa gedim.Buna görədə saçımı ya buruqluyuram yada uklatka edirəm.Qışda heç yerə getmirəm deyə ancaq hörükdə qalır sağlam olur.Amma tez-tez fendən istifadə saça saç qıran salır.Zərər verir.İnanmıram ki,bu vasitələr saçımı istədiyim kimi düzləşdirə.Çünki saçım qalındı həmdə uzun.Təşəkkürlər.
19 aprel 2016 20:28
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Barbaris
Twk saclarim buruqdu..maraqli xəbərdir
19 aprel 2016 19:45
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Saclarim duzdur. Bu usullara ehtiyac yoxdur.
19 aprel 2016 19:22
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
Aaaa maraqli idi mende sudle yuyacam
19 aprel 2016 19:17
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz