Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həcmli saçlar üçün 6 praktik tövsiyə
Həcmli saçlar üçün 6 praktik tövsiyə
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 887
Səs ver:
Nazik və sönük saçlarınızı daha dolğun göstərmək istəyirsinizsə, tövsiyələrimizə diqqət yetirin və bu tövsiyələrə əməl edərək saçlarınızın daha dolğun və həcmli görünməsinə nail olun.

1. Saçlarınızdan şampunu yaxşı yuyun.
Saçlarınızın həcmli görünməsini təmin etmək üçün ilk öncə saç tipinizə uyğun şampun və saç kremi seçməlisiniz. Saçlarınızı yuyarkən şampunu yaxşı durulamağa xüsusi diqqət yetirin. Çünki saçda şampun qalması onların sönük görünməsinə səbəb olur.

2. Maya maskası tətbiq edin.
Yaş mayanın içindəki biotin maddəsi, saçların daha həcmli görünməsini və tez uzanmasını təmin edir. Saçlarınıza kökündən ucuna qədər qulluq etmək üçün həftədə bir dəfə bu maskadan istifadə edin. Saçlarınıza çatacaq qədər yaş mayanı süd ilə qarışdırın və bu qarışığı saçınızın diblərinə masaj edərək tətbiq edin. İri dişli daraqla darayıb, selofan ilə bağlayın. İki saat gözlədikdən sonra birinci durulayın sonra isə şampunla yuyaraq maskanı saçınızdan təmizləyin.

3. Quru şampundan istifadə edin.
Axır vaxtlar dəbdə olan quru şampun saçları həcmli göstərməkdə olduqca təsirlidir. Quru şampundan istifadə etmək saçlara dolğunluq qazandırmaqla yanaşı saçınızın istədiyiniz formada qalmasına da şərait yaradır.

4. Saçlarınızı tərsdən də qurudun.
Saçlarınızı yuyub dəsmal ilə yaxşıca nəmini götürün. İri dişli daraqla daradıqdan sonra fen ilə qurulayın. Ancaq feni 30 sm uzaqdan tutun ki, saçınızı yandırmasın. Qabaqlarını qurutduqdan sonra başınızı aşağı əyin və feni saçınızın arxasına tutaraq tərsdən də qurudun. Saçlarınızı arxaya atdıqda isə saç spreyi vurub həcmini sabitləyin.

5. Dalğalı saç modellərinə üstünlük verin.
Düz saçlar bir çox qadının sevdiyi saç tiplərindəndir. Ancaq nazik saçlı olanlar üçün təəssüf ki, bu saç tipi uyğun deyil. Saçlarınızı həcmli göstərmək üçün dalğalı saç modellərindən istifadə etməlisiniz. Unutmayın ki, kişilər də ən çox iri dalğalı və yumşaq görünən saçları xoşlayırlar.

6. Biotin ilə zəngin qidalar yeyin.
Saçlarınızın daxildən qidalanması da dolğun görünməsi baxımından olduqca əhəmiyyətlidir. Bunun üçün kök, yumurta, balqabaq, ərik kimi beta karotin və biotin ilə zəngin olan qidalardan çox yeməyinizi tövsiyə edirik.


Şərhlər: 9
Baxılıb: 887
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
saclarim hecimlidir
19 aprel 2016 02:19
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BR
melumata gore tesekuller....
19 aprel 2016 01:45
# 8
Ayka I-va
lazimli melumata goretwk
18 aprel 2016 11:43
# 7
Biriwka
cox saq olun,lazimli melumatdir 01
18 aprel 2016 01:01
# 6
S.Heydarova
saclarım həcimlidir
17 aprel 2016 21:53
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
tenha cicek
mawallah saclarim hem qalin hem de hecmlidir bir sey etmeyime ehtiyyac yoxdur
17 aprel 2016 21:39
# 4
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Cindrella
Qidalanma ve diger melumatlar duzgun qeyd edilib.Sacim nazikdir ancaq duz formali saclari sevirem .
17 aprel 2016 20:25
# 3
BARBI
Maya maskasi saca hecm verir. Cox effektlidir
17 aprel 2016 20:25
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Angela7
Buradakı məsləhətlərin çoxuna əməl edirəm, təşəkkürlər.
17 aprel 2016 19:11
# 1
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz