Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Payızda saçlara necə qulluq etmək lazımdır?
Payızda saçlara necə qulluq etmək lazımdır?
Göndərən: Tomris Müslümova
Şərhlər: 9
Baxılıb: 374
Səs ver:
Yaydan sonra saçlarınız necədir: ucları haçalanıb, tez qırılır, parlaqlığını itirib? Bunları aradan qaldırmaq üçün bir neçə məsləhətə əməl edin.

1. Haçalanmış uclardan xilas olmağın ən sadə üsulu bərbərə getmək və saçın uclarını kəsdirməkdir.

2. Quru saçları hər gün yumaqla yaxşı nəticə əldə etmək olmaz, əksinə, çalışın bunu 3-4 gündənbir edəsiniz. Şampun seçərkən bitki tərkibli şampunlara üstünlük verin, bu cür şampunlar saçlarınızın quruluğunu aradan qaldıracaq.

3. Başınızın dərisini yüngül hərəkətlərlə masaj edin. Bu, qan dövranını yaxşılaşdıracaq və saçlarınız daha yaxşı qidalanacaq.

4. Hər dəfə saçlarınızı yuduqdan sonra müxtəlif maskalardan və kondisionerlərdən növbə ilə istifadə edin. Yaddan çıxarmayın ki, maskaları və şampunları seçərkən saçınızın növünü (quru, yağlı, normal) nəzərə almalısınız.

5. Pivə ilə suyun yarı-yarıya qarışığından hazırlanmış losyonla və yaxud limon şirəsi əlavə edilmiş su ilə saçlarınızı yaxalayın. Bu cür prosedurlar saçlarınıza parlaqlıq verəcək.

6. Saçlarınızı qurulayarkən yumşaq dəsmallardan istifadə edin və suyu dəsmala sadəcə hopdurun.

7. Tərkibində badam və qoz yağı olan şampunlar günəş şüalarından qurumuş saçları nəmləndirir. Əgər saçlarınız həddən artıq quruyubsa, gündə 2-3 dəfə 1 xörək qaşığı (x/q) qarğıdalı yağı için. Bu, saçlarınızın normal rəngini və keyfiyyətini bərpa edəcək.

8. Kəpəyə qarşı mübarizənin yeni metodları 

Dünyada hər üç qadından biri kəpəkdən əziyyət çəkir.Başda daimi yaşayan göbələk münbit şəraitə düşdükdə sürətlə artmağa başlayır və bu da kəpəyin yaranmasına gətirib çıxarır. Münbit şərait dedikdə stress halları, müxtəlif pəhrizlər, xəstəlik və s. başa düşülür. Bir sözlə, orqanizmdə immunitetin zəifləməsi başda kəpəyin çoxalmasına səbəb olur. Bəzi hallarda kəpək orqanizmdə yetərincə su olmadıqda əmələ gəlir. Bu zaman sadəcə gündə 1,5-2 litr su içməklə kəpəyin əmələ gəlməsinin qarşısını almaq olar.

Kəpəkdən xilas olmaq üçün yalnız kəpəyə qarşı şampun kifayət etmir. Hər şeydən əvvəl yemək rasionunuza diqqət yetirməlisiniz. Qızardılmış, duzlu, şirin yeməkləri azaltmalı, tərkibində B vitamini olan ərzaqlardan gündəlik menyunuzda istifadə etməlisiniz. Bu ərzaqlara banan, ciyər, qoz, kök və s. aiddir. Əgər kəpək həddən artıq çoxdursa, kosmetoloqa müraciət edin. O, sizə saçınıza uyğun hazırlanmış xüsusi şampunlar təklif edə bilər. Bundan əlavə, xalq təbabətinin köməyindən də istifadə edə bilərsiniz:

1. 50 q soğan qabığını 1 litr qaynar suda 20-30 dəqiqə müddətində dəmləyib saçlarınızı yuduqdan sonra yaxalayın. Amma nəzərdə saxlayın ki, açıqrəngli sacların rəngi dəyişə bilər. 

2. 1:1 nisbətində spirt və su qatışığına aloye şirəsi əlavə edin, başınızın dərisinə sürtün. 

3. 100 q gicitkəni 100 q suda dəmləyin, saçlarınızı yuduqdan sonra yaxalayın.

4. 2 çay qaşığı çobanyastığını 1 litr suda 5 dəqiqə qaynadın. Həftədə 2-3 dəfə bu məhlulla saçlarınızı yuyun. Müalicə kursu 10-15 dəfədən ibarətdir. 2-3 həftədən sonra təkrar edə bilərsiniz. 

Payızda saçtökülmənin qarşısını necə almalı?
1.1 x/q spirtlə 1 yumurtanın sarısını çalın və saçlarınızın dibinə sürtün. 40 dəqiqə gözlədikdən sonra əvvəl isti su, sonra dəmlənmiş çobanyastığı ilə yaxalayın. 

2.1 x/q bal, 1 x/q aloye şirəsi, 1 ç/q sarımsaq şirəsini qarışdırın. 1 yumurtanın sarısını əlavə edin və başınızın dərisinə sürtün. 20 dəqiqə saxlayıb şampunla yuyun. Gicitkən dəmləməsi ilə yaxalayın. Bunu bir ay müddətində həftədə 2-3 dəfə etdikdə saçlarınızın tökülməsi dayanacaq. 

3.Yeməyinizə fikir verin. Vitamin çatışmazlığı da saçların tökülməsinə səbəb olur.


Şərhlər: 9
Baxılıb: 374
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
maragli melumatti tesekuller
19 aprel 2016 18:37
# 9
S.Heydarova
saclarima cox diiqqet edirem gukkuq edirem
8 aprel 2016 21:43
# 8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
qanadli melek
Saclarim qurudu maskalar edirem sampun secerken quru ve zedelenmis oldugunu nezere aliram
8 aprel 2016 21:37
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Asya
Gozel meslehetlerdi bunlarr..etmek olar..men saclarimi tez tez yumuram.caliwdigim qeder saclarima daha cox qulluq edirem,parlaq olsun deye.duzdu men de maskalari ve sampunlari sacima uygun secirem.maskalardan caliwdigim qeder tez tez istifade edirem,faydasini da gorurem.cox Wukur sacim da kepek olmur.Tewekkurlerr faydali meslehetlerdi hamisi
8 aprel 2016 21:01
# 6
Antikvar
Birinci yazılan məsləhəti qabaqlarda etdim,saçlarımın uclarında azacıq saçqıranların olduğunu sezdim ,saçlarımı iki yerə bölüb uclarını kəsdim )Saçlarım yağlı olduğundan limon tərkibli şampunlardan istifadə edirəm.Əvvəllər maska edərdim saçlarıma uzanması üçün artıq etmirəm həm hövsələm yoxdu,həmdə artıq istədiyim uzunluğu əldə etmişəm:)təşəkkürlər.
8 aprel 2016 20:53
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
guler19
Saçlarıma qulluq edirem. Xüsusende soyuq havalarda saçlara xüsusi diqqet göstermeliyik 124
8 aprel 2016 20:49
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
vipbetul
saclarimla baqli prablemim yoxdur
8 aprel 2016 20:21
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Tebii vasitelerden cox istifade edirem. Sacima xususi gozellik verir
8 aprel 2016 19:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
tewekurller xebere gore
8 aprel 2016 19:20
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz