Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam saçlar üçün vacib olan vitaminlər
Sağlam saçlar üçün vacib olan vitaminlər
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 715
Səs ver:
Saçlarımızın sağlam şəkildə uzanması, tökülməməsi, qırılmaya məruz qalmaması və parlaqlığını itirməməsi üçün bir sıra vitaminləri nizamlı olaraq qidalar vasitəsilə qəbul etməliyik.

Saçların sağlamlığı üçün ən vacib vitaminlər:

E vitamini
Yeni saç hüceyrələrinin yaranması, olan hüceyrələrinsə daha da inkişaf etməsinə səbəb olan bu vitamin, orqanizmdə yetərincə olmadıqda saçlar gec uzanır, qırılır və tökülür. Ona görə də nəzərə alınmalıdır ki, buğda, yulaf, kahı, kərəviz, ispanaq, soya paxlası, qarğıdalı yağı, qoz, arı südü, tərə, qarğıdalı, cəfəri və kələm E vitamini mənbəyidir.

A vitamini
A vitamini saçların uzanmasına kömək edir. Bu vitaminin orqanizmdə əksikliyi saç tökülməsi, saç kökünün quruması və kəpək yaranmasına gətirib çıxarır. Yumurta sarısı, kartof, ispanaq, brokoli, kök və mərcimək A vitamini deposudur.

B vitaminləri qrupu
B3 vitamini qan dövranını nizamlayır. Bu vitamin orqanizmdə kifayət qədər olmadıqda saçlar gücsüzləşir, incəlir və daha tez tökülür. Ton balığı, toyuq, qırmızı ət B3 vitaminiylə zəngindir.
B7 vitamini saç üçün lazımi zülal , keratinin yaranmasında əsas rol oynayır. Yumurta sarısı, qaraciyər, yaşıl yarpaqlı tərəvəzlər, tut B7 vitamini qaynağıdır.
B9 (fol turşusu) saç əmələ gətirən hüceyrələrin yenilənməsini təmin edir, bu vitaminin çatışmazlığı zamanı isə saçlar gec uzanır. Portağal, brokoli və yaşıl yarpaqlı tərəvəzlərin tərkibi bu vitaminlə zəngindir.
B12 vitamini isə saç köklərini oksigenlə zənginləşdirir, kifayət qədər oksigenlə təmin edilməyən saç kökləri isə inkişaf etmir. Ən əhəmiyyətli B12 qaynağı qırmızı ətdir.

C vitamini
Saçlarda kollagenin yaranmasını tənzimləyən C vitamini çatışmazlığında saçlar tez qırılmağa başlayır, vizual olaraq da parlaqlığını itirir və gücsüz görünür. Bu vitaminlə bol olan məhsullar: Portağal, qreyfrut, naringi, kivi, brokoli, çiyələk və pomidor.


Şərhlər: 8
Baxılıb: 715
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aybə
Vitaminlərin hamısı xeyirlidir insana.
7 aprel 2016 22:46
# 8
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
BR
MELUMATA GORE TESEKULLER
6 aprel 2016 23:06
# 7
vipbetul
saclarimin vitamie ehtiyagi yxdur
6 aprel 2016 21:51
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
saclarim saglamdi ama hec bir maska istifade etmirem
6 aprel 2016 11:40
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Saclarim saglamdir. Aptekden alib bu vitaminleri qarisdirib maska olaraq istifade edirem
6 aprel 2016 10:05
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
S.Heydarova
maragli oldu tesekkur
6 aprel 2016 09:25
# 3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
qanadli melek
Bu vitaminler balaca wuwelerde aptekde satilir olardan cox istifade etmiwem ama efektini gormemiwem
6 aprel 2016 09:23
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ulduz
Ən çox xeyirli e vitamindir
6 aprel 2016 09:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz