Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların tez uzanması üçün 10 effektiv üsul
Saçların tez uzanması üçün 10 effektiv üsul
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 1308
Səs ver:
Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır.
Müasir zamanın tələbləri  qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır. Solğun rəngli, parıltısız, kövrək və uzun zaman uzanmayan saçlar çoxları üçün problemə çevrilir. LiderXeber.com informasiya agentliyi olaraq bu məqalədə sizə saçların tez uzadılması üçün nələr etmək lazım olduğunu təqdim edirik:

Beləliklə, 1 -ci üsul.
Nikotin turşusu(B3 vitamini, PP vitamini, nikosinamid) bir çox saça baxım vasitələrinin tərkibində vardır. Bu maddə, uzanmanın güclənməsi və saçların möhkəmlənməsinə cavabdehdir. Adının siqaretlə heç bir əlaqəsi yoxdur. Onun sayəsində saçlar nəmlənir, saç  kökləri möhkəmlənir, qan dövranı yaxşılaşır və nəticədə saçların uzanması güclənir. Bu maddə ilə aparılan kursu sona qədər keçən insanlar, 1 ayda saçların 4 sm artmasını deyirlər. Nikotin turşusu apteklərdə satılır.
İstifadəsi: 30 gün ərzində nikotin turşulu ampulaları (gündə 1 ədəd) saçların dibinə sürtmək lazımdır. Sonradan 3-6 ay ara vermək məsləhətdir.
 
2 - ci üsul.
Bu siyahıda xardal maskası da ön sıralardadır. Xardal dərini isidərək, "yandıran" hiss yaradır və saç soğanağına qan axınını təmin edir.
İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.
 
3 - cü üsul.
Zeytun və gənəgərçək yağı(kastorka) saç ların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamiya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq  və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.

4 - cü üsul.
Uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:
- B qrup vitaminləri(B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.
- Biotin - onun azlığı saç tökülməsinə səbəb olur.
- İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.
- C vitamini baş dərisinin qan dövranını yaxşıılaşdırır və saç folikuluna kömək edir.
- E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövranının güclənməsinə səbəb olur.
- Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.

5 - ci üsul.
Baş dərisinə də detoks lazımdır. Trixoloqların fikirlərinə əsasən, baş dərisində toksinlərin yığılması və oksigen çatışmazlığı nəticəsində, dəri atonik və cansız olur. Bu səbəbdən, soğanaqların kövrəkliyi artır və onlar sağlam saç istehsal edə bilmirlər. Toksinləri çıxaran, folikulları qoruyan və stimullaşdıran məhsulları istifadə etməniz məsləhət görülür. Bir çox mərkəzlərdə "baş dərisini detoksı "xidməti təklif olunur. Ev şəraitində isə bunu yalnız detoks- şampununu istifadə etməklə edə bilərsiniz.

6 - üsul.
Saçların uzanması üçün enerji tələb olunur. Saç folikkulları isə bu enerjini  orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlə. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.

7 - ci üsul.
Mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin. Əks halda olmayan yerdə yeni bir problem yaratmış olarsınız.

8 - ci üsul.
Saçları yuduqda, baş dərisini  bir neçə dəqiqə masaj etmək məsləhət  görülür. Bu, saç folikullarını oksigenlə təmin edir. Saçların fensiz quruması daha yaxşı olar. Bunu heç deyilsə yay aylarında etmək lazımdır.

9 - cu üsul.
Saçların ən aşkar uzdılma üsulu, onları 7-8 ay ərzində kəsməməkdir. Lakin, o qədər də rahat üsul deyil. Belə ki bu müddət saçlara olan baxım 2 dəfə artıq olmalıdır. Bu aylar ərzində mütləq olaraq, maskalar, yuylduqdan sonra sürtülən qoruyucu və qidalandırıcı sprey və kremlədən istifadə etmək lazımdır. Bu üsulla siz, həm saçların uzanmasını aşkar görəcəksini, həmçinin maskalar və digər vasitlərlə saçlarınıza qulluq etməklə  onlara sağlam və gözəl görkəm verəcəksiniz.

10 - cu üsul.
Beləlilkə son üsul da həmçinin baş dərisi ilə əlaqəlidir. Artıq məlum olduğu kimi baş dərisi üçün yaxşı qan dövranı lazım olduğundan, baş dərisi isə öz növbəsində folikkulara bir başa təsir etdiyindən, daxilə qəbul etdiyiniz məhsullardan əlavə xarici təsiri olan vasitələrə də əl atmaq olar. Belə ki, kosmetik vasitələrdən sayılan ampulalara diqqət yetirin. Bunlardan nanə və ya çay ağacı cövhəri çox məsləhət görülür. Bundan əlavə saç inkişafını stimullaşdıran şampunlar, baş dərisinin pilinqi üçün istifadə olunan skrablar da öz nəticəsini göstərmiş olacaqlar.


Şərhlər: 9
Baxılıb: 1308
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
avarka sr
mende nikotin,xardal,yaqlardan 2 ildi isdifade edirem.kare olan sacim artiq belden awaqi kecib)))
10 mart 2016 22:10
# 9
lilit
Uzun sac sevirem uzanirda ama uzun deyilde orta da cox yarawir ))
4 mart 2016 21:42
# 8
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
vipbetul
ehtiyagim yoxdur
4 mart 2016 19:47
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
heyatim_menim
nekatik tursusunu mene tovsiye etmisdiler amma istifade etmemisem.gerek tapsirim alsinlar gorum tersiri nece olacaq/tesekkur
4 mart 2016 17:24
# 6
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
lale.veliyeva19
mende uzun sac sevirem ama uzanmir 18
4 mart 2016 17:11
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Sara035
Uzanib sacim cox sevirem uzun saclari,qulluqda edirem fenle hec vaxt qurutmamiwam,ama telim nazik kovrekdi tez qirilir
4 mart 2016 15:23
# 4
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Vuska87
Men mektebde oxuyanda uzun sacdan xowum gelirdi.istirdim sacim uzun olsun.dayim deyirdi vedreni suyla doldur as sacinnan Dartib uzadacag.mende inanirdim
4 mart 2016 14:39
# 3
cindirella
duz deyirler mende ederem mence olar
4 mart 2016 12:59
# 2
BARBI
saclarin uzanmasi ucun yaglardasn istifade etmek lazimdir.
4 mart 2016 12:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz