Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçlarınızı yumşaltmaq üçün maska
Saçlarınızı yumşaltmaq üçün maska
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 966
Səs ver:
Saçlarınızın nəmliyini itirməsi və tez-tez fenləmək nəticəsində yüksək istiliyə məruz qalması saç tellərinizin sərtləşməsinə səbəb olur. Saçlar fenləmək, boyamaq, rəngini açmaq kimi proseslər, hava şəraiti, stress və qidalanma nəticəsində asanlıqla zədələnir. Bütün qadınlar saçlarının həmişə baxımlı və yumşaq olmağını istəyirlər. Yediyiniz qidalar bəzən saçlarınızı kifayət qədər nəmləndirmir. Buna görə təbii maskalarla saçlarınıza nəmlilik qazandıraraq daha baxımlı, yumşaq və sağlam olmasına nail ola bilərsiniz.

Yumşaq və sağlam saçlara sahib olmaq üçün nə etməliyik?
- Doğru bilinən yanlışlardan ən birincisi saçları hər gün yumağın faydalı olduğudur. Hər gün yumaq saçlarınızın nəmini itirməsinə, beləliklə də sərtləşməsinə və qırılmasına səbəb olur.
- Saçlarınızı durulayarkən isti və ya soyuq su əvəzinə soyuğa yaxın ilıq su istifadə etməlisiniz. Soyuq su saçların parıldamasını təmin edir.
- Saçlarınızı yuduqdan sonra uzun müddət qurudan fenin istiliyinə məruz qalmaması üçün suyunu dəsmal ilə yaxşıca qurulayın. Saç qurudan feni mümkün qədər qısa müddət istifadə edin.
- Həftədə bir dəfə evdə hazırlaya biləcəyiniz maskalardan istifadə edin.

Belə maskalardan birini sizə təqdim edirik.
Tərkibi:
- 1 çay qaşığı bal
- 1 çay qaşığı zeytun yağı
- 1 çay qaşığı lavanda yağı
- 1 çay qaşığı dəfnə yarpağı
- 1 çay qaşığı hind yağı

Hazırlanması və tətbiqi:
Ərzaqların hamısını təmiz bir qabda bal yumşalana kimi qarışdırın. Sonra bu qarışığı saçlarınıza tətbiq edin və nəm bir dəsmalla bağlayıb 30 dəqiqə saxladıqdan sonra yuyun. Bu maskanı davamlı olaraq həftədə bir dəfə istifadə etdiyiniz zaman fərqi hiss edəcəksiniz.


Şərhlər: 8
Baxılıb: 966
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fidan ALYEVA
Heleki ehtiyacim yoxdu saclarim yumuwaq ve pariltilidi
21 mart 2016 08:17
# 8
.O.F.S.
vipbetul
saclarim yaxsidi
21 mart 2016 01:38
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Əvvəllər saçlarım tökülməsin deyə paltar sabunundan istifadə etmişdim o saçlarımı dəhşət qurutmuşdu,daha sonr yayda dənizə getdiyim üçün saçlarımı o dərəcədə ki,daramaq belə olmurdu dəniz suyu saçlarımı bərbat günə salmışdı,müxtəkif şampunlardan balizamlardan istifadə etdikdən sonra yumuşalmağa başladı ,indi elə problemim yoxdu.Quru saçlardan əziyyət çəkənlər üçün faydalı məlumatlardı tşklər.
20 mart 2016 23:45
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
S.Heydarova
Saçlarım cox qurudu...təşəkkür
20 mart 2016 22:27
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
YARIM QALMIS XEYALLAR
Tam menim ehtiyacim var saclarim cox qurudur
20 mart 2016 20:27
# 4
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
BARBI
Saclarim cox yumusaqdir. Sacin yumusalmasi ucun tebii yaglardan istifade edilmelidir
20 mart 2016 20:06
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
cox sagol xebere gore
20 mart 2016 19:53
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
_damla_
Çox maraqlı xəbərdir.Təşəkkürlər!
20 mart 2016 19:15
# 1
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz