Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların karyeradakı rolundan xəbəriniz var?
Saçların karyeradakı rolundan xəbəriniz var?
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 853
Səs ver:
Saç rənginin və düzümlərinin karyerada uğur qazanmağa təsir göstərdiyini bilirdinizmi?
 
Mütəxəssislər imici formalaşdıran ən böyük ünsürün saç olduğunu iddia edir. Bu səbəbdən, doğru saç forması ilə karyerada asanlıqla yüksəlmək mümkündür.
 
Dünyaca məşhur ulduzların saç ustası Eşli Havyer karyera qurmaq üçün ən ideal saç stillərini belə sıralayır:
 
1. Qızılı saçlar
Məşhur moda mütəxəssisi, küçə dəbinin kraliçası Teylor Tomasi Hill qazandığı uğurlara məhz alovu xatırladan, qızılı saçları sayəsində qovuşub. Teylor saçlarını bu rəngə boyadıqdan sonra karyerasında sürətlə yüksəldiyini özü də etiraf edir.
 
2. Kare saç
"Vogue” jurnalının əfsanəvi rəhbəri Anna Vintur illərdir ki, eyni saç stilindən istifadə edir. Onun qısa, kare saçları bir çox xanımın məhz belə saç düzümünə müraciət etməsinə səbəb olub. Anna Vintur özünə yaraşan saç stilini tapıb, ondan daim istifadə etməyin həm karyeraya, həm də şəxsi həyata yaxşı təsir etdiyini deyir.
 
3. Yana ayrılmış saçlar
İllərdir ki, eyni saç stilindən istifadə edən ulduzlardan biri də "Friends” serialı ilə məşhurlaşan Cennifer Enistondur. Aktrisa yana ayrılmış, klassik düzümdəki saçlarından vaz keçməyi düşünmür. Bu saç stili Cenniferlə o qədər bütünləşib ki, hətta Amerikada saç ustaları bu düzümü "Cennifer Eniston saçı” adlandırır. 
 
4. Tünd saçlar
Runi Mara, Leyton Mister kimi aktrisalar artıq böyüdüklərini və daha ciddi rollara çəkilmək istədiklərini göstərmək üçün saçlarını tünd rəngə boyamağa başlayıblar.
Bu həm də aktrisaların daha öncə rol aldıqları seriallardakı imiclərinin unudulmasına yardım edib.
 
5. Sarı saçlar
Beyons "Destiny's Child” qrubundan ayrılıb öz karyerasını qurmaq istəyəndə saçlarını sarıya boyatmışdı. Sarı saçların cazibəsindən Merilin Monro kimi ulduzlar da istifadə edib.
 
6. Qısa saç
Qısa saç kəsimləri hamıya yaraşmır. Ancaq üz cizgilərinizin qüsursuz olduğunu düşünürsünüzsə, bu saç düzümünə müraciət edə bilərsiniz. Hollivudun ən diqqətçəkən aktrisalarından olan Enn Hetuey saçlarını qısa kəsdirərək artıq romantik komediyalar əvəzinə, ciddi işlərdə rol almaq istədiyini elan etdi.
 
7. Uzun saçlar
Yaşından daha gənc görünmək istəyənlər isə uzun saça üstünlük verir. Cennifer Lopez, Salma Hayek və Sofiya Verqara kimi ulduzlar məhz uzun saç sayəsində həm gənc, həm də seksual görünürlər.
 
8. Kəkil
Kəkil saxlamaq da riskli addımdır, hər kəsə yaraşmır. Ancaq yaraşdığı insanların karyerada uğur qazanmasına kömək edir. Məsələn, aktrisa Zoui Deşanel digər ulduzlardan seçilməsində məhz kəkillərinin yardımçı olduğunu etiraf edir.


Şərhlər: 10
Baxılıb: 853
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
neri
burda yazilan sozlerle razilasmiram..mrnce dexli yox sacin kariyeraya.
28 mart 2016 19:05
# 10
Sert
ayka95
saclarim uzundu amma bunun kareyere hec dexli yoxdu
27 mart 2016 22:31
# 9
ulduz
Kekili sevirem ancaq tokmeye hocselem yoxdu. Ola biler. Turk aktirasali qizil rengli saclarını göre şampun reklamlarindan milyon qazanirlar
27 mart 2016 22:04
# 8
Aycelice
saclarim o qeder formaya salmisamki hercure kesdirmisem.. ama reng qoymaga hec risk elemirem
27 mart 2016 19:24
# 7
Marta
Sac rengim tund formasi karedir. Yarasdigini dusunurem))
27 mart 2016 18:16
# 6
Немного терпения, и у тебя все получится..
vipbetul
saclarim her zaman qisa olur
27 mart 2016 17:57
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
maraqlı idi...
27 mart 2016 16:52
# 4
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
BARBI
Kuren sacliyam sac formamda karedir. Mene cox yarasir. Bunun karyeraya dexli oldugunu bilmirdim
27 mart 2016 16:37
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
BR
tesekuller........
27 mart 2016 16:17
# 2
narmiwka_15
mence hec dexlisi yoxdu sacla karyeranin yenede twk
27 mart 2016 16:09
# 1
Be Happy))
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz