Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçları hər gün yumaqla bağlı mütəxəssis fikirləri
Saçları hər gün yumaqla bağlı mütəxəssis fikirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1020
Səs ver:
Bir marketə daxil olduğunuz zaman hər büdcəyə uyğun fərqli xüsusiyyətlərdə şampunlar tapmaq mümkündür. Xüsusilə 80-ci illərdən sonra sürətlə artan istehlak dəliliyindən, reklamların və fərqli mütəxəssislərin məsləhətlərindən də təsirlənərək "sağlam saçlara sahib olmaq üçün şampun" istifadəsinin çox artdığı bir dövrə qədəm qoyduq. Modern cəmiyyətlərdə iş həyatı az qalsın saçların hər gün yuyulmasını da gərəkli hala gətirdi.

Bütün bunların əksinə bir tərəfdən də təbii olana yönəlməyə çalışdıq. Kosmetikanın bədənimizə zərər verəcək kimyəvi maddələrlə zəngin olması, hər gün çimməyin dünyada su israfı yaratdığı kimi bir çox fikirlər ortaya atıldı. Bir digər dəbdə olan mövzu isə saçları hər gün şampunla yumağın doğru olub olmamasıdır. Bununla əlaqəli olaraq şampunsuz saç necə təmizlənir sualı da gündəmə gəldi. Beləliklə də "quru şampunlar” yarandı.
Bəs bu iddiaların qaynağı nədir? Saçları hər gün yumaq olarmı?
Saçların hər gün yuyulması mövzusunda mütəxəssis fikirləri müxtəliflik göstərir. Birinci qrup saçların hər gün yuyulmasının doğru olmadığını deyir və bunun səbəbini kimyəvi maddələrin saçlar üçün çox faydalı hesab olunan maddələri yox etdiyini, baş dərisini qurudaraq dəri həssaslığı və kəpək problemi yaratdığını bildirir. Saçları günaşırı, hətta 2 gündə bir yumağın doğru olduğunu bildirən mütəxəssislər sadəcə çox nəmli bir iqlimdə yaşayırsınızsa və çox incə saçlarınız varsa saçlarınızı hər gün yuya biləcəyinizi deyirlər.
İkinci qrup mütəxəssislər isə saçın mütləq hər gün yuyulmalı olduğunu deyirlər. Onların fikrincə sağlam saç dərisi ilə sağlam saç kökləri bir-biri ilə əlaqəlidir. Bu qrupdan olan mütəxəssislərin fikrincə saçların daha tez uzanması üçün saçları yumaq çox önəmlidir.


Şərhlər:
Baxılıb: 1020
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz