Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçlarınızı yağlanmadan xilas edin
Saçlarınızı yağlanmadan xilas edin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1396
Səs ver:
Saçların həddən artıq yağlılığı çox böyük problemdir.
Bu həm insanın xarici görünüşünü korlayır, həm də saçların çox güclü tökülməsinə səbəb olur. Bu problemi həll etmək çətin olsa da mümkündür.

1. Qidalanmanıza fikir verin. Bu əsas şərtlərdən biridir. Çox yağlı, qızardılmış, hisə verilmiş, şirin qidalardan imtina edin, sağlam qidalanın, kifayət qədər su için.
2. İlk növbədə saçları düzgün yumaq lazımdır. İsti və soyuq sudan istifadə etməyin. İsti və soyuq su piy vəzilərinin fəaliyyətini daha da gücləndirir. Saçlarınızı ilıq su ilə yuyun.
3. Yağlı saçlar üçün olan xüsusi şampunlardan istifadə edin. Belə şampunların tərkibinə çobanyastığı, aloe, gicitkən, kalendula, palıd qabığı, qatırquyruğu kimi bitkiləri daxil edirlər. Bu bitkilər saçların yağlalığını azaldır.
4. Saçları yuduqda baş dərisini dırnaqlarla qaşımayın. Bu piy vəzilərin fəaliyyətini gücləndirir. Baş dərisini barmaqların ucları ilə yüngül massaj edin.
5. Balzam, saç kondisionerləri, lak, müxtəlif gel və köpüklərdən istifadə etməyin. Şotka daraqdan imtina edin, adi daraqdan istifadə edin.
6. Mümkün qədər az hallarda fendən istifadə edin.
7. Saçlarınızın yağlılığını azaldacaq maskalardan istifadə edin. Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır:

– Kosmetik gil (ağ, göy) ilıq su ilə xama konsistensiya alınana kimi qarışdırılır və baş dərisinə massaj hərəkətləri ilə çəkilir. Maskanı 2 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.
– Xardal tozunu ilıq su ilə qarışdırın, saçların dərisinə çəkin və 5-10 dəqiqədən sonra saçlarınızı yuyun.
– Çovdar çörəyi suda isladıb sıyıq vəziyyətinə çatdırın və saçlara çəkin. 10 dəqiqədən sonra saçlarınızı yuyun.
– 1 yumurta sarısı, 1/2 limonun şirəsi, 1 çay qaşığı bal, 1 diş sarımsaq (əzin və şirəsini istifadə edin) qarışdırın və saçların köklərinə çəkin. Sonra saçlarınızı plyonkaya və üzərindən dəsmala bükün və 1 saatdan sonra saçlarınızı yuyun.
– Yumazdan əvvəl saçların köklərinə qatığın çəkilməsi yaxşı effekt verir, yağlılığı azaldır.
– Yumazdan əvvəl baş dərisinə aloe şirəsini çəkin və 20 dəqiqədən sonra saçlarınızı yuyun.
– Saçları yuduqdan sonra müalicəvi bitkilərin dəmləmələri ilə yaxalayın. Bu çox effektlidir. Çobanyastığı, palıd qadığı, kalendula, nar qabığı, mayaotu toxumu istifadə edin. Bitkidən 3 xörək qaşığı götürüb 1/2 l qaynar suda dəmləyin, soyudun, süzün və təmiz saçları yaxalayın.
–  Saçları yuyandan sonra 1 l ilıq suya 1 çay qaşığı sirkə əlavə edin və saçları yaxalayın. Naşatır spirtindən də istifadə etmək olar. 1 l ilıq suya 1 çay qaşığı naşatır spirti götürülür.


Şərhlər:
Baxılıb: 1396
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz