Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz formanıza görə saç kəsiminizi təyin edin
Üz formanıza görə saç kəsiminizi təyin edin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1917
Səs ver:
Üzünüzün forması hansına daha uyğun gəlir? Dairəvi, kvadrat, ürək şəklində, yoxsa oval?
Əlbəttə ki, hər kəsin üz quruluşu fərqlidir. Buna görə də öz üzünüzü yuxarıdakı formalardan heç birinə bənzətməyə bilərsiniz. O zaman üzünüzün formasını müəyyən etmək üçün aşağıdakı qeydlərə nəzər salın: - Üzünüz həm uzun həm də genişdir? O zaman siz ya dairəvi ya da kvadrat üz quruluşuna sahibsiniz.
- Üzünüzün uzunluğu genişliyindən daha çoxdursa, o zaman üzünüzün quruluşu oval formadadır.
- Çənəniz kəskin xətlərə məxsus və ya kvadrat formalıdırsa, onda sizin üz quruluşunuz kvadrat hesap olunur.
- Çənəniz iti formalıdırsa və geniş alnınız varsa, böyük ehtimalla siz ürək formalı üz quruluşuna sahibsiniz.
Üz quruluşunu dəqiq müəyyən etdikdən sonra sıra sizə ən çox yaraşan saç kəsimini seçməkdədir.
1. Kvadrat üz quruluşu:
Kvadrat üz diqqəti güclü çənəyə və sərt cizgilərə çəkəcək saç kəsinləri ilə daha gözəl görünə bilər. Buna alternativ olaraq sərt bucaqlar diqqəti gözlərinizə və dodaqlarınıza çəkmək üçün tərtib olunmuş kəsimlərlə yumşaldıla bilər. Çənə səviyyəsindəki küt saç kəsimi kvadrat çənənin gözəlliyini vurğulayaraq üzə mükəmməl bir forma verir. Uzun və dalğalı saçlar üzdəki bütün formanı nizamlı göstərir. Uzun, düz saçlar kvadrat üzlə ziddiyyət yaradır ki, bu da üzə çox gözəl görüntü verir. Bundan əlavə üzünüzün alt qisminə çox diqqət çəkərək üzünüzü daha geniş göstərən yüksək qısa saç kəsimlərindən qaçın.
2. Oval üz quruluşu:
Oval üzünüzə uyğun qatlı kəsimi tətbiq edin. Oval üzlər belə kəsimlərdə mükəmməl görünürlər. Qatlı kəsim, çolkalı kəsim, dalğalı saç düzümü uzun üzlərin gözəl görünməsinə yardım edir. Çox uzun ya da çox qısa saç kəsimindənsə, orta boy saç kəsimi üzünüzün daha az uzun görünməsini təmin edir. Çolkalı, düz saç kəsimi oval üzlülər üçün gözəl bir seçimdir. Bu saç kəsimləri gözləri ortaya çıxarır və iti çənənizlə üzünüzü tamamlayır. Çiyin səviyyəsində qatlı kəsim oval şəkildəki üzlərin ən gözəl hissələrini üzə çıxararaq diqqəti çənəyə çəkməyi bacarır. Əgər saçınızı qısa kəsdirmək istəyirsinizsə, çox qısa saç kəsimi yerinə bəzi hissələrin daha qısa, bəzi hissələrin isə daha uzun olduğu bir kəsimi sınaya bilərsiniz.
3. Ürək formasında üz quruluşu:
Orta boy və uzun saç ürək formasındakı üz üçün ideal bir seçimdir. Çənənin ətrafındakı hissəni dolduraraq üzünüzdə nizam yaradır. Bu üz formasında yanağın altında bitən qatlar almacıq sümüklərini vurğulayır. Yandan ayrılan saç kəsimləri isə gözləri ortaya çıxarır və alnı daha kiçik göstərir. Çolkalı, qısa saç kəsimi zərif çənənizi ortaya çıxardığından və gözlərin daha böyük görünməsinə səbəb olduğundan ürək formasındakı üz üçün mükəmməl bir seçim ola bilər.
4. Dairəvi üz quruluşu:
Üzünüzün yuvarlaq və yumşaq görünüşünü ortaya çıxarmaq üçün zərif saç kəsimlərini seçin və dağınıq saç kəsimlərindən uzaq olmağa çalışın. Orta uzunluqdakı saç kəsimləri sizin üz quruluşunuza uyğun gələcəkdir. Qulaqlarınızın altına düşən qısa qat saç kəsimlərini də seçə bilərsiniz. Ən uzun saç qatınız isə çənənizdən bir-iki barmaq aşağıda olmalıdır. Uzun kəsimlər də üzünüzün ətrafında mükəmməl görünəcəkdir. Çünki uzun kəsimlər üzünüzün daha uzun görünməsinə səbəb olur. Üzünüzün dairəviliyi ilə ziddiyyət yaratmaq üçün uzun dalğalı modellər tətbiq edin. Asimmetrik saç kəsimləri dairəvi üzlü şəxslər üçün cəsur və gözəl bir hərəkət ola bilər. Uzun və çolkalı saç kəsimi dairəvi üzünüzün ətrafında kəskin xətlər yarada bilər. Küt saç kəsimi də seçimlər arasındadır. Alma yanaqlarınızı ortaya çıxaracaq və gözlərinizi daha böyük göstərəcək qısa saç kəsimi də seçə bilərsiniz.


Şərhlər:
Baxılıb: 1917
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz