loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Erkən yaşda saçların ağarmasının səbəbi nədir?
Erkən yaşda saçların ağarmasının səbəbi nədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1020
Səs ver:
Saçlarınız erkən yaşda ağarmağa başladı? Bunun səbəbləri və ağarmanın necə önünə keçiləcəyini sizin üçün yazdıq. Biz qadınlar üçün saçlarımızın ağarması ağlımızda təhlükə siqnallarının çalmasına səbəb olur. Xüsusilə də erkən yaşlarda saçlarımız ağarmağa başladısa. Çünki saçın ağarması yaşlanmanın əlaməti olaraq qəbul olunur.
Adətən 35 yaşdan sonra görünən saç bəyazlaması bəzən 20 yaşlarında da ortaya çıxa bilər. Saç ağarması piqment yaradan hüceyrələrin artıq saça rəng verməməsindən qaynaqlanır. Bunun səbəbi isə genetikdir. Bəzən də bədən müqavimətinin zəiflədiyi hallarda saç ağarması müşahidə edilə bilər. Üçüncü faktor isə irqdir. Araşdırmalar göstərir ki, ağ irqdə Afrikalılar və Asiyalılara nəzərən saç ağarması daha erkən yaşda baş verir.
Bəs xüsusilə erkən yaşdakı saç ağarmasının qarşısını almaq üçün nə etmək olar? Xüsusilə stresdən uzaq bir həyat sürmək lazım gəlir. Stress əgər genetik səbəblər yoxdursa, saçın ağarmasına səbəb olan ən önəmli faktor sayılır. Çünki stress saça rəng verən melanin ifrazına birbaşa təsir edir.
Qidalanma da saç ağarması ilə birbaşa əlaqəlidir. Xüsusilə yetərli B12 və B9 vitaminləri, sink, biotin və E vitamini qəbulu olmadıqda saçların piqmentlərinin itməsi baş verir. Bu vitamin və mineralları qidalardan ala bilərsiniz. Həmçinin qidalanmanızda yüksək səviyyədə antioksidanta malik olan yaşıl yarpaqlı tərəvəzlərə, qırmızı rəngli tərəvəz və meyvələrə üstünlük verə bilərsiniz.
Bununla yanaşı siqaret çəkməyin də saç bəyazlamasının bir digər səbəbi olduğu aparılan araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır.

Şərhlər:
Baxılıb: 1020
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz