Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qış aylarında saçlarınızı uzatmaq üçün məsləhətlər
Qış aylarında saçlarınızı uzatmaq üçün məsləhətlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2040
Səs ver:
Qış mövsümündə saç uzatmaq yaya nəzərən daha asandır. Bu il qış aylarında nə edə bilərəm ki, yaya qədər saçlarım uzansın sualını özünüzə verirsənizsə, aşağıdakı üsullardan istifadə edərək saçlarınızı qısa müddətdə uzada bilərsiniz.

1. Saçdakı saçqıranları təmizlədin
Saçqıranlar, saç tellərinin hava almasının qarşısını alır və saçları gücsüzlədirir. Saçlarınızın mütəmadi olaraq uclarını kəsdirsəniz, saçqıranlardan saçınız azad olar və tez bir zamanda uzanar.

2. Saçın diblərini masaj edin
Saçınızı yuyan zaman saçlarınızın diblərini masaj edərək yuyun. Masaj qan dövranını sürətləndirir və bu səbəbdən də saçlarınız tez bir zamanda uzanır.

3. Saçlarınızı təmiz saxlayın
Saçın diblərinin hava alması çün saçlarınız təmiz olmalıdır. Əsasən də saçlar yağlı, kəpəkli və kirli olanda, saçlarınız nəfəs almır və uzanması yavaşlayır.

4. Saçlarınızın qurumasının qarşısını alın
Hər gün şampun istifadəsi saçların qurumasına gətirib çıxarır. Saçların quruması uzanmanın qarşısını alan əsas amillərdən biridir. Əgər hər gün yuyursunuzsa, şampunlamaq yerinə durulamağınız kifayətdir.

5. Saça qulluq yağlarından istifadə edin
Evdə özünüz də hazırlaya bilərsiniz və ya apteklərdən hazır şəkildə saçlar üçün xüsusi yağlar əldə edə bilərsiniz. Əsasən bu yağlardan istifadə edin ki saçlarınız nəmli qalsın və daha sürətli uzansın. Tərkibində zeytun yağı, hindistan qozu yağı, gicitgən otu yağı, avokado yağı olan maskalardan istifadə etsəniz, saçlarınızın uzanmasına faydalı olacaq.

6. Düzgün qidalanma
Qidalardan alacağınız vitaminlər, minerallar, proteinlər və yağlar saçlarınızı bəsləyir. Əsasən C vitamini, riboflavin və biotin saç uzanmasında əsas rol oynayır. Əlavə olaraq A, D, E və K vitaminləri bədəninizin inkişafı üçün çox önəmlidir. Saçlarınızın tez uzanması üçün yeməli olduğunuz qidalar bunlardır: Kök, tuna balığı, fındıq, badam, və yaşıl tərəvəzlər.

7. Saçlarınızı kimyavi maddələrdən qoruyun
Fen və düzləşdirici kimi isti cisimlərdən, rəng, refle, saçın rənginin açılması saçların qırılmasına, tökülməsinə və ölməsinə səbəb olan amillərdir. Saçlarınızın sağlamlığı üçün bu sayılan amillərə ara verin və ya yalnız məcbur qaldığınız təqdirdə etməyə çalışın.


Şərhlər:
Baxılıb: 2040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz