Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quru saçlar üçün 10 tövsiyə
Quru saçlar üçün 10 tövsiyə
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 828
Səs ver:
Saç boyaları, saç fenləri, ətraf mühit saçların qurumasına və qırılmasına səbəb olur.

1. Nəmləndiricidən istifadə edin
Saç balzamlarının çoxunun üzərində nəmləndirici xüsusiyyəti olduğu yazılsa da, belə məhsullar çox vaxt saçları nəmləndirmir, sadəcə, yumşaldır. Elə bu səbəbdən də təbii vasitələrdən istifadə etməyiniz daha məsləhətdir. Məsələn, arqan yağı, təbii zeytun yağı, qliserin kimi vasitələr saçlarınızı yumşaldıb elektriklənməsinin və qırılmasının qarşısını alacaq.

Saç pəhrizi
Yedikləriniz saçlarınıza da öz təsirini göstərir. Avokado, qızıl balıq və zeytun yağı kimi qidalar saçlarınızın daha sağlam görünməsini təmin edir. Ona görə də, tərkibində doymamış yağlar olan qidalar yeyin.

Kokos yağı
Quru saçların ən yaxşı dostu kokos yağıdır. Saçlarınızı yuyub dəsmalla qurulayın. Bir neçə damcı kokos yağını ovcunuzda isidib yaş saçlara çəkin. Bir müddət gözləyib saçınızı durulayın. Saç fenindən istifadə etməyin, qoyun saçlarınız təbii halda qurusun.

İpək yastıq üzü
Yastıq üzü alarkən onun ipək parçadan olmasına fikir verin. Çünki digər parçalardan hazırlanan yastıq üzləri saçların qırılmasına səbəb olur.

Kimyəvi boyalardan uzaq durun
Saçınızın rəngini dəyişdirmək istəyəndə təbii tərkibli boyalardan istifadə edin. Rəngi müəyyənləşdirərkən  3 ton açıq və 3 ton tünd çalarlara üstünlük verin. Qarabuğdayıların saçlarını sarıya və ya sarışınların qaraya boyatması yanlışdır. Çünki bu zaman saçlar həddən artıq kimyəvi təsirə məruz qalaraq quruyur, korlanır.

Saç maskasını özünüz hazırlayın!
Hazır aldığınız maskaların tərkibi kimyəvi maddələrlə doludur. Bu maddələr həm saçlarınızı korlayır, həm də sağlamlığınızı təhlükəyə atır. Saç maskasını ev şəraitində özünüz hazırlasanız, daha yaxşı olar.

Şampundan hər gün istifadə etməyin!
Saçlarınızı hər gün yumaq istəməyiniz normaldır. Çünki yay aylarında isti havanın təsiri ilə saçlar tez çirklənir. Ona görə də, ya təbii tərkibli şampunlardan istifadə edin, ya da saçlarınızı 2-3 gündən bir şampunla yuyun. Mütəxəssislərin fikrincə, saç həddən artıq yağlı olmadıqda onu ilıq su ilə yumaq kifayətdir, şampuna ehtiyac yoxdur.

Saç feninin temperaturunu aşağı endirin!
Saçlarınızı burmaq və ya düzləşdirmək üçün saç fenlərindən istifadə edirsinizsə, diqqətli olun. Çünki həmin alətlər saçların ən böyük düşmənidir. Əgər saçınıza  forma verməyin başqa üsulunu tapa bilmirsinizsə, heç olmasa, saç fenlərinin temperaturunu aşağı dərəcəyə qoyun. Maksimum hədd 180 dərəcədir.

Hava şəraitinə diqqət edin!
Həddən artıq soyuq və ya isti hava saçların qurumasına səbəb olur. Belə günlərdə quru saç tipinə sahib olanlar xüsusi məhsullardan istifadə etməlidirlər. Təbii tərkibli quru yağlar ən yaxşı seçimdir. Ancaq saçları ətraf mühitin təsirindən qoruyan saç spreylərindən də istifadə etmək olar.

Qırıqları kəsdirin!
Saçınızdakı qırıqları təmizlədin, hətta mümkündürsə, saçınızın ucundan 5 santimetr kəsdirin. Hər 6-8 həftədən bir saçlardakı qırıqları təmizlətmək saçın həm daha tez uzanmasını, həm də sağlam görünməsini təmin edəcək.


Şərhlər:
Baxılıb: 828
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz