Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların tökülməsinin səbəbləri və müalicəsi
Saçların tökülməsinin səbəbləri və müalicəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1259
Səs ver:

Güclü, sıx saçlar ənənəvi olaraq sağlamlığın, cavanlığın və gözəlliyin simvolu hesab edilir. Məhz bu səbəbdən saçlarımızın tökülməsi bizi tez-tez məyus edir.

Gəlin saç tökülməsinin ən yayılmış səbəblərinə, müdafiə və müalicə metodlarına birgə diqqət edək.

Az hərəkətli həyat tərzinə görə saç tökülməsi

Saçların köklərinin qan təchizatının birbaşa olaraq ümumi maddələr mübadiləsindən asılı olduğu haqda çox az adam bilir.

Sağlam həyat tərzi aparan insanın orqanizmində qanın miqdarı və keyfiyyəti, həm tük follikulininin qidalanmasına zəmanət verir, həm də baş dərisinin tüklü hissəsinin normal işini təmin edir.

Məlumdur ki, yağ vəzilərinin həddən artıq çox ifrazı sürətli saç tökülməsinə səbəb olur. Bu vəzilərin az ifraz olunması isə – saç strukturunun keyfiyyətinin pisləşməsinə gətirib çıxarır (saçlar tutqunlaşır və tez sınmağa başlayır).

Bu halda hipodinamiya ilə mübarizə üçün qaçış və sürətli yerimə kimi idman növündən istifadə etmək olar.

Balanslaşdırılmamış qidalanmanın səbəb olduğu saç tökülməsi

Saçların normal inkişafı və artması üçün A, C və B qrupunun vitaminlərinə ehtiyac duyulur. Bundan başqa saçlarımıza maqnezium, yod, selen, fosfor və dəmir kimi maddələr də lazımdır.

Təzə tərəvəzlər və meyvələr, göy-göyərti, ət məhsullarından ibarət normal qida rasionu zamanı saçlar kifayət qədər vitamin və mikroelement alır.

Lakin bir sıra vəziyyətlər var ki, bu zaman əlavə vitamin qəbulu olmalıdır, məsələn hamiləlik, keçirilmiş xəstəliklər, xroniki iltihabi proseslər.

Daimi stressin səbəb olduğu saç tökülməsi

Daimi əsəb gərginliyi tüklərin follikulininin qidalanmasını pozur. Belə ki, əsəb sonları orqanizm üçün yalnız məlumat mənbəyi deyil, həm də bir sıra dəri strukturu üçün qidalı kanal sayılır.

Düzgün rəftar olunmayan saçların tökülməsi

Bir çox saç düzümləri saçları daim dartılmış vəziyyətdə saxlayır. Buna görə saçların kökləri zədələnir.

Vaxtaşırı saç düzümlərinizi dəyişsəniz və müalicəvi maskalardan istifadə etsəniz bu kimi qüsurlardan qaça bilərsiniz.

Saçlar üçün uyğunsuz quluq vasitələrinə görə yaranan saç tökülməsi

Çox vaxt saç tökülməsi şampunun, gellərin, saç maskalarının məhz sizə uyğun olan analoqu ilə dəyişilməsindən sonra yaranır. Məsələ ondadır ki, bu vasitələrin tərkibinə həm bitki, həm də kimya mənşəli bir çox müxtəlif maddələr daxil olur. İstənilən komponentə sizin orqanizminiz yerli iltihabi proses ilə reaksiya verə bilər və nəticədə saç tökülməsi problemi yaranacaq. Əgər siz belə xoşagəlməz hadisə ilə rastlaşmısınızsa, bu zaman həkim-allerqoloqa müraciət edin. Adətən belə hallarda səbəbi dəqiq müəyyən etməyə icazə verən xüsusi dəri prosedurları təyin olunur. Bu gələcəkdə saçlarınızın tökülməsinin qarşısını alacaq.

Oral kontraseptivlərin qəbulundan sonra başlayan saç tökülməsi

Qadınlarda saçların artması və tökülməsi birbaşa olaraq orqanizmdə qadın və kişi hormonlarının nisbəti ilə bağlıdır. Bir halda ki, oral kontraseptivlər hormonal preparatlardır, onlardan istifadə zamanı belə problemlər ilə qarşılaşa bilərsiniz. Əgər bu preparatların qəbulu fonunda saçlar daim tökülürsə, bu zaman həkim ginekoloq-endokrinoloqla məsləhətləşməyiniz lazımdır.

Kimyaterapiya, göbələkşəkilli xəstəliklər, bəzi dərman vasitələri də həmçinin saçların tökülməsinə səbəb ola bilər.



Şərhlər:
Baxılıb: 1259
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz