Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölkələrdə saç baxımı
Ölkələrdə saç baxımı
Göndərən: Little girl
Şərhlər:
Baxılıb: 887
Səs ver:
Yaşadıqları bölgələrin fərqli suyu, havası, nəm səviyyəsi kimi amillərdən dolayı qadınlar dünyanın bir çox yerlərində fərqli məhsullar istifadə edir. Dünya qadınları təbii, parlaq və dolğun saçlara qovuşmaq üçün hansı baxım üsullarından istifadə edir?

Kolumbiya: Kolumbiyalı qadınlar saçların mükəmməl yumşaqlığı üçün iki yumurta ağı ilə bir avokadonun yarısını əzib qarışdırdıqdan sonra saçlara sürtür və 15 dəqiqə gözlədikdən sonra şampunla yuyurlar.

Argentina: Argentinalı qadınlar saçların gözəlliyini uzunluğu ilə ölçürlər. Saç uzunluğu üçün isə aloe-veralı şampunlar istifadə edirlər.

Quyana: Cənubi Amerikadakı Quyana xanımları üçün əsas olan isə parlaq və uzun saçlara sahib olmaqdır. Buna görə Omega 3-lə zəngin olan sardalya balığını bol yeyirlər.

Meksika: Meksikalı qadınlar saç feni istifadə etməzlər. Saçlarını dəsmala sarıyıb quruyana qədər elə gözlədirlər. Bu üsul düz və yumşaq saçlara sahib olmaq üçün olduqca effektlidir.

İtaliya: Həftədə bir dəfə bir qaşıq saf zeytun yağı içən İtalyanlar, bu üsulla saçların elektriklənməsinin qarşısını alır və saçların nəm balansını qoruyur.

Kanada: Soyuq duş kanadalı qadınların bir nömrəli xilasedicisidir. Soyuq su, saçlara təbii parlaqlıq verir və işığı əks etdirərək saçların gözəl görünməsinə kömək edir.

İspaniya: İspaniyalı qadınlar saç deyincə ağıllarına boyalar və çox bəlli olmayan sarı tonlar gəlir. Tünd saçlarında elə də çox bəlli olmayan sarı tonların istifadəsini sevərlər.

Şotlandiya: Quru çobanyastığı çayı istifadə edərək sarı saçların solğun görünməsini əngəlləyirlər. Quru çobanyastığını bir neçə dəqiqə qaynadın. Soyudub quru saçlarınıza tətbiq edin.

Çin: Çinli qadınların sirləri çox sadədir: Sadəcə yemək yemək. Əlbəttə, söhbət ənənəvi Çin yeməklərindən gedir. Yeməklərin tərkibindəki otlar, zəncəfil, çiyələk toxumu və susam yağı bədən və saç üçün olduqca effektlidir.

Ruminya: Ruminyalı qadınlar saç yumşaldıcılarına bir yemək qaşığı bal əlavə edib saçlarının daha yumşaq və parıltılı olmasına nail olurlar.

Misir: Misirdə saç nəmləndirmənin bir nömrəli yolu Hind yağı və əzilmiş sarımsaqdır. Bunları qarışdırıb gecə yatmadan əvvəl saçlarınıza çəkib səhərə kimi saxlayın. Sarımsaq qoxusu sizi narahat etməsin deyə qarışıma bir neçə damcı lavanda yağı əlavə edə bilərsiz. Səhər yumşaq və nəmli saçlarla oyanacaqsız.

Hindistan: Hindistanlı qadınlar saçlarına espressolu baxım edirlər. Çay yarpaqları və qəhvə çəyirdəkləri ilə saçlarını boyayırlar.

Avstraliya: Sahili və dənizi çox sevən avstraliyalılar, dalğalı saçlarını dənizin dalğalarına borcludur. Dənizə girdikdən sonra saçlarını dərhal yumaq yerinə duzlu suyun saça təbii şəkil verməsini gözləyirlər. Darmadağın dalğalı saçlara bu yolla qovuşurlar.

Tayland: Hindistan qozunu südün içərisindən çıxararaq yağı ayrılana qədər odda qaynadıb yağını götürüb soyudurlar. Əldə etdikləri yağı saç yumşaldıcı olaraq istifadə edirlər. Saçlara əlavə həcm və yumşaqlıq qazandırır.

Vyetnam: Saç qırılmalarını əngəlləmək üçün nilufer çiçəyinin yarpaqlarını istifadə edən qadınlar, yarpaqları suyun içində saxlayıb ortaya çıxan suyu saç təmizləyicisi olaraq istifadə edirlər. Bu formul saçlara parlaqlıq qazandırır.

Yeni Zelandiya: Yeni Zelandiya yetişən Manuka ağacının çiçəyindən bal əldə edirlər. Bu bal saçlara nəm və yumşaqlıq qazandırır.

Yaponiya: Saçların gözəlliyi üçün yüz illərdir şimşir bir daraqdan istifadə edirlər. Saçlar bu daraqla bir dəfə darandıqdan sonra parlaq və ipək kimi görünür.


Şərhlər:
Baxılıb: 887
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz