Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda erkən Saç tökülməsi problemi
Qadınlarda erkən Saç tökülməsi problemi
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1300
Səs ver:
Saç xarici görünüşün vacib amillərindəndir. Saçların seyrəlməsi dermatoloji xəstəlikdən daha çox psixososial problem hesab edildiyindən və çox rast gəlindiyindən, günümüzdə kifayət qədər aktualdır. Tibdə Alopesiya(dazlıq) adı altında bir neçə saç problemləri cəmləşir. Androgenetik Al., Al. Areata (ocaqlı dazlıq), Al. Totalis, Traksion Al. və s.

Bunlardan ən çox aktual olan Androgenetik Alopesiyadır (AGA). Kişi və qadınlarda saç tökülməsi müxtəlif sahələrdə baş verdiyindən, müvafiq olaraq kişi və qadın tipli saçtökülmə ayırd edilir. Insanlar əksər halda problemi müxtəlif şampunlar, gellər, sabunlar istifadə etməklə həll etməyə çalışsalar da effekt müşahidə olunmur. Bu səbəbdən, məqalədə məsələnin mahiyyətini aydınlatmağa, bəzi stereotipləri "sındırmağa" çalışacağam.

AGA-nın mexanizmi bütün dünyada sonuna qədər aydın olmasa da, bəzi ABS və Avropa alimlərinin genişmiqyaslı çalışmalarında səbəb dəqiqləşdirilib. Səbəb tük follikullarını qidalandıran kapilyarların kiçilməsi, atrofiyası və sayca azalmasıdır. Nəticədə tük follikulu oksigen və qida aclığı keçirir. Zamanla tüklər kövrək və teztökülən xarakter əldə edirlər. Kapilyarların bu süqutuna səbəb, androgenlərə (kişi hormonları) qarşı bəzi insanlarda tük follikulunun genetik olaraq həssas olmasıdır. Prosesin biokimyəvi mexanizminə toxunmadan, qeyd olunmalıdır ki, bütün hallarda problemin həlli mərhələli və zamanalicidir. Dünyaca qəbul olunmus standartlara görə, AGA -nın müalicəsi ilk mərhələdə saç tökülməsinin qarşısını almaq, sonrakı mərhələdə isə həyatda qalan tük follikullarından yeni tüklərin inkişafına çalışmaqdır. Müalicə istiqaməti qanda 1)androgenlərin miqdarını bir qədər endirmək, 2)qanda mühüm mikroelementləri və vitaminləri normallaşdırmaq, 3)yeni kapilyarların əmələgəlməsini stimullaşdımaq istiqamətində olmalıdır.

1-ci istiqamət əksər hallarda kişi pasientlərə tətbiq olunan üsuldur. Bunun üçün 5-alfa reduktaza fermentinin blokatoru olan preparatlar həb və mezoinyeksiyalar şəklində istifadə edilməlidir. Mezo inyeksiyalar kurslarla ayda iki dəfə olunduğu halda, həblər 40-42 yaşlara qədər qəbul edilməlidir.
2-ci istiqamət. Bunun üçün (Sink, Mis, Dəmir, Selen başda olmaqla) bir sıra mikroelement və (biotin, tiamin, askorbin başda olmaqla) vitamin tərkibli həblər periodik kurslarla ildə iki dəfə qəbul olunmalıdır. Eyni zamanda həblərin qəbulu iki dəfə azaldılaraq, müalicəyə eyni maddələrin mezoinyeksion formaları da ayda iki dəfə yerli olaraq tətbiq edilə bilər. Buna klinisist həkimlər arasinda şərti olaraq "kokteyl" deyilir.

3-cü istiqamət. Bunun üçün hazırda qızıl standart hesab edilən Piperidinil tərkibli dermatotrop vazodilatatorların tətbiqidir. Gündə iki dəfə losyon şəklində saçlı dəriyə damızdırılmaqla, müalicə 40-42 yaşlarına qədər davam etdirilir. Elmin son nailiyyətlərindən olan, çox effektiv iki metoddan birincisi mezoroller terapiyasıdır. Bu üsulla saçlı dəriyə süni olaraq mikrozədələr yetirilir. Nəticədə zədə bərpası prosesində tük follikulu yeni kapiyar qazanmış olur. Ikinci yeni metod isə PRP-injection (Platelet Rich Plasma) terapiyasıdır. Estetik dermatologiya industriyasında rezonansa səbəb olan bu metod əvvəllər yalnızca travmatologiya-ortopediya sahəsində tətbiq edilirdi. Geniş miqyaslı və uzun müddətli elmi araşdırmaların nəticəsi olaraq PRP metodu tam təbii, pasientin öz qanindan hazırlanan müalicəvi ekstraktın saçlı dəriyə mezoinyeksiyası yolu ilə tətbiq olunan çox effektiv metod olaraq qəbul edilmişdir. Bu iki prosedurun kombinasiyalı tətbiqi isə effekti ikiqat artırmaqdadır.

Artıq yuxarıda qeyd edilənlərdən də məlum olduğu kimi, AGA heç bir şampun, sabun, "türkəçarə yaxmalar"la qarşısı alına bilinən problem deyilmiş...

Dr. Emil Muradxanlı
Hal-hazırda "Salutem Dermatoloji Klinikası" dermatoveneroloq işləyir. 
 
Tel.: (+994 55) 663-81-82
 
 
Qeyd: Əziz xanımlar, Həkimlərimizin endirimindən yararlanmaq istəyirsinizsə həkimlərimizə müraciət edərkən Qadinlar.Biz saytından gəldiyinizi MÜTLƏQ bildirin!


Şərhlər: 13
Baxılıb: 1300
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Niquw Abdulayeva
Sukur daha bu cur problemim yoxdur

Sukur daha bu cur problemim yoxdur
12 avqust 2015 02:25
# 13
Catwoman666
Mən də bir zamanlar saç tökülmə problemi ilə rastlaşmışdım.

...666...
12 avqust 2015 01:51
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Sacım tökülür.Səbəbin bilmirəm,bəlkədə burda yazılanlardandı
12 avqust 2015 00:43
# 11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
lale.veliyeva19
hər bir qızın baş bəlasıdı saç tökülməsi bezmişəm artıq))) 18
11 avqust 2015 21:38
# 10
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Dosta_inam
Evveller sacim tokulurdu, cox sukur duzeldi.
11 avqust 2015 21:29
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
meni_gozle
menimde saclarim cox tokulur
11 avqust 2015 19:04
# 8
BARBI
Mende mekteb vaxti cox tokulurdu. Hal hazirda ise tokulmur. Maskalardan istifade edirem
11 avqust 2015 18:44
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
KRALİCEM
Off sac tokulmesi dehsetdi gorum imkanladirib bioksen alacam gorum ne gosderir
11 avqust 2015 18:12
# 6
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
...AdaDunyam``
Sitat: Ayla_hemidova
Menimde saclarim cox tokulur.Evde tuk temizlemekden bezmisen



caaan,senin gunundeyem mendeagla
11 avqust 2015 16:53
# 5
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
İnci
Menim 18yasina dek 1horuklerim olurdu ki gel goresen ama ondi o horuyun 5de 1 ancaq qalib
11 avqust 2015 15:34
# 4
Her gulusun arxasında bır keder vardır
aLoNe AnGeL
Əvvəllər belə problemim olurdu sonra düzgün Şampuanla hər şey yoluna girdi indi hər şey normaldı Çox şükür...
11 avqust 2015 14:46
# 3
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ayka
hec kese gostermesi mawallah menim sacim cox qalindir goz deymesin...
11 avqust 2015 14:11
# 2
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
vipbetul
heleki ele prablem yasamiram
11 avqust 2015 13:59
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz