Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün qulluqla çətin daranan saçlara son!
Düzgün qulluqla çətin daranan saçlara son!
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1201
Səs ver:
Çətin daranan saç dedikdə təbii ki çox tez dolaşan və dolaşığı çətin açılan saçlar başa düşülür.Əminəm ki,bu cür saçlara sahib olan hər bir qadın artıq "çətin daranan saçlar” dedikdə nəyi nəzərdə tutduğumu özü ilk dəfədən anladı.Yəqin ki, bu vəziyyəti daha gözəl ifadə edən ikinci bir söz ola bilməzdi.

Çətin daranan saçlar həm də uzundursa onlara qulluq bir qadın üçün kabusa çevrilə bilər.Bu duş qəbul etdikdən sonra əlində daraqla keçirilən saysız hesabsız dəqiqələr,vaxt itkisi,yolunmuş,qopmuş və qırılmış saç telləri və saçqıranlar deməkdir.Hətta çox zaman getdiyin gözəllik salonlarında saç ustasının saçların qarşısında necə əlacsız qaldığını özün görəcəksən.Ya da əlacsız qalmayacaq,darağı alacaq əlinə və cumacaq saçlarına,saçlarını yolduqca özün baş götürüb qaçmaq istəyəcəksən.Gerisi qalıb saç ustasının vicdanına. :)

Çətin daranan saçlar iki cür ola bilər.Saçın öz növünə görə çətin daranan saçlar və yanmış saçlar.Birinci qisim saçlar adətən bütövlükdə quru və ya dibi yağlı ucları quru saçlar,olduqca incə tellərə malik olan uzun saçlar,təbii buruq saçlardır.İkinci qrup isə özlüyündə asan daranan lakin müxtəlif  ehtiyatsızlıqlara bağlı olaraq yanmış,əsasən çox boya,açma,refle işlərinə məruz qalmış saçlardır.İstənilən saç əgər həqiqətən yanıbsa nə dərəcədə yanmasından asılı olaraq həm yaş həm də quru olan zaman çətin daranacaq.

Saçların çətin daranması hər daranmada saçlarınızın böyük ölçüdə qırılması və üstəgəl qoparaq tökülməsi deməkdir.Bu çox qısa zamanda saçqıranların yaranmasına,saç uclarının nazikləşməsinə,saçın seyrəkləşməsinə,köhnəlməsinə,hətta qırılmalar çox baş verdikdə saçın gec uzanmasına da səbəb ola bilər.Təbii ki, bunlar saçın dolaşmasından və daranmasının çətinlik dərəcəsindən asılı olaraq az və ya qabarıq dərəcədə nəzərə çarpan nəticələrə gətirib çıxarır. saclarnasiltaranmali Təbii ki saçın uzunluğu artıqca qulluq daha da çətinləşir.Daramaq get-gedə zəhlətökən və vaxtaparan olmağa başlayır.Bir çox qadınlar saçlarını uzatmaq istəsə də çətin daranan saçlara sahib olduqları üçün saçlarını uzatmaqdan çəkinirlər. Bəzənsə hətta qısa saçlarda belə həddən çox haçalanmalara və qırıqlara rast gəlinir.Ancaq doğru qulluqla ən çətin daranan saçlar belə saçqıransız,qırılma və qopmalardan uzaq şəkildə istədiyiniz qədər uzadıla bilər.Sadəcə hər bir qadının öz saçlarını düzgün tanıması lazım gəlir.

Saçların çətin daranmasının əsas səbəbi saç tellərinin quruluğudur.Bunun da çox sadə bir açıqlaması var.Quru saç telləri öz elastikliyini və axıcılığını itirdiyi,bəzənsə hətta codlaşdığı üçün daha tez dolaşır və darayan zaman darağın dişləri də saçları qırıb keçəcək.

Mən uşaqlıqdan bəri uzun saçları sevirəm.Hətta çox yaxşı xatırlayıram ki, cəmi iki yaşımdan uzun saçlı qadınları digərlərindən daha gözəl hesab edirdim.Məncə uzun saçlar istisnalar xaricində bütün qadınların gözəlliyinə gözəllik qatır.Xüsusən də gənc yaşlarda. Ancaq çətin darandığı üçün bir çox qadınlar uzun saçlarından əl çəkməli olur.Bəzilərini isə inanılmaz dərəcədə saçqıranlı uzun saçlarla görəndə heyfslənirəm,belə saçqıranlı uzun saçlar çox xoşagəlməz görünür.Saçqıranları qulaq səviyyəsinə qədər qalxmış uzun saçların nə gözəl görüntüsü var nə də onları uzun saxlamağın bir mənası.Qısa və saçqıranlı saçlardan isə heç danışmağa belə dəyməz.Hətta bəzən bu cür saçqıranlara saçların orta hissəsində də rast gəlinir.Çətin daranan saçlara düzgün qulluq etməyi öyrəndikdən sonra eyni zamanda saçqıranlarınızın artıq artmadığını özünüz də böyük ölçüdə müşahidə edəcəksiniz.

Onda keçək çətin daranan saçlara qulluq qaydalarına.Özümdən örnək gətirmək üçün demək istəyirəm ki, mənim saçlarım inanılmaz dərəcədə dolaşan,dibi yağlı ucları olduqca quru saç tipinə aiddir və əksər saç tellərim az qala yeni doğulmuş körpə uşaq saçı qədər incədir.Bu səbəbdən son dərəcə tez dolaşan və bir dəfə dolaşdığı zaman daraqla açılması çətin,bəzənsə mümkünsüz olan olduqca uzun saçlardır.Təkcə saç uclarımı kəsdirərkən təcrübəli saç ustaları belə saçlarımı 5 dəqiqəyə kəsib 30 dəqiqə də saçlarımı daramağa sərf edirlər.Nəmli olduqda saçlarımı daramaq mümkünsüz olduğu üçün ustalar uşaqlıqda saçlarımı həmişə quru halda kəsməyə məcbur olurdular.Bu da mənim saçlarıma uyğun yeganə kəsmə üsulu idi.

Daha öncə də qeyd etdiyim kimi saç tellərim son dərəcə incə olduğu üçün əvvəllər duş qəbul etdikdən sonra keçə kimi bir-birinə dolaşmış saçlarımı 30-40 dəqiqə tək-tək əllərimlə ayıraraq dolaşığını açmağım lazım gəlirdi.Daraqla zədələmədən daramaq mümkün olmadığı üçün əvvəlcə qollarım yorulub taqətdən düşənədək əllərimlə "darayıb” sonra ehtiyyatla daraqdan istifadə edirdim.Eynilə aşağıdakı şəkildə olduğu kimi.Ola bilsin ki, bu mənzərə sizin də çoxlarınıza yaxşı tanışdır. sac_e78fd42e-4f11-4cf3-b904-02c9cc475639_1

Yəqin ki, artıq necə çətin daranan saçlara sahib olduğum sizə daha da aydın oldu.Ancaq mənimki kimi son dərəcə çətin daranan saçları belə asan daranan etməyin yolları var imiş.Nəhayət uzun illərin təcrübəsi nəticəsində saçıma uyğun gələn düzgün qulluq metodlarını özüm üçün tək-tək aşkarladım.Əslində bunlar hamımızın bildiyi lakin gözdən qaçırdığımız,bəzən əhəmiyyətsiz saydığımız bəzənsə tətbiq etməyə tənbəllik etdiyimiz şeylər idi.Ancaq əgər siz hələ də çətin daranan saçlarınızla necə yola gedəcəyinizi öyrənməmisinizsə onda siz də mənim saçlarıma qulluq üsullarımı öz saçlarınıza tətbiq edib sevindirici nəticələr əldə edə bilərsiniz.Beləcə saçlarınız daha itaətkar,hamar,asan daranan,parlaq,saçqıransız,baxımlı və sağlam görüntüyə qovuşacaq.Üstəlik saçlarınıza qulluq etmək artıq sizə əziyyətli gəlməyəcək və siz də mənim kimi tez-tez saçlarınızın necə gözəl olmasıyla bağlı təriflər eşidəcəksiniz.

Qeyd edim ki, mən saçlarımda boyadan istifadə etmədiyim üçün saçımda yanıqlar yoxdur.Əgər sizin saçınız açma və boyama prosedurlarına görə yanma varsa ilk olaraq məsləhət görürəm ki, saçlarınızı mümkün qədər tez-tez kəsdirib bu yanıq hissədən bir an öncə qurtulasınız.Çünki öz daxili nəmini tamamilə itirmiş olan yanıq saçların yenidən əvvəlki vəziyyətinə qayıtması heç cür mümkün deyil.Ancaq yenə də saçlarınızın ucunu kəsdirməməkdə qəti qərarlısınızsa onda eyni qulluq metodları ilə siz də saçlarınızın çətin daranmasının və bundan sonra daha artıq zədələnməsinin qarşısını ala bilərsiniz.

Əvvəlcə deyim ki, çətin daranan saçlar üçün qulluq ardıcıllığı çox önəmlidir.Mərhələləri davamlı və ardıcıl tətbiq etdikdə bunlar artıq sizin üçün vərdiş halını alacaq.Daranmanın əvvəlkinə nəzərən asanlaşdığını və qırılmaların azaldığını gördükcə əvvəlki qulluq üsulunuza qayıtmaq istəməyəcəksiniz.İlk olaraq saçınızın xüsusi qulluq tələb etməsi gerçəyi ilə barışın və bilin ki, sizin təxmin etdiyinizin əksinə bu qulluq sizin işinizi daha da asanlaşdıracaq.Olduqca uzun saçlarda belə.

Keçək addım-addım saçlarınıza qulluq qaydalarına:

İLK ADDIM – duş qəbul etmədən öncə saçlarınızı hələ quru ikən darayın.
Bu zaman (və təbii ki, digər bütün daramalarda) mütləq saç tipinizə uyğun daraqlardan istifadə edin.Saçlarınızı duş qəbul etməzdən öncə darayaraq dolaşıqları açdığınız üçün saçlarınızı yuyarkən də daha az dolaşacaq.

İKİNCİ ADDIM – Saç tipinizə uyğun olan şampunlardan istifadə edin.
Müşahidələrimə əsasən onu deyə bilərəm ki, xanımlar şampun seçimlərinə çox zaman diqqətsiz yanaşır və öz saç tiplərinə uyğun şampunları seçmirlər.Öncə də qeyd etdiyim kimi çətin daranma quru və yorğun saçların əlamətidir.Qurumuş saç telləri üçün şampun seçərkən təbii ki, nəmləndirici xüsusiyyətlərə malik şampunlardan istifadə etmək vacibdir.

ÜÇÜNCÜ ADDIM – Çalışın hər yuyulmadan sonra saçlarınızın uclarına balzam çəkib durulayasınız.
Bir çox xanımlar saçları tökməsindən şikayətləndiyi üçün saçlarına balzam tətbiq etməkdən çəkinir.Ancaq balzam saçları parlaq və axıcı etdiyi üçün saçlar üçün olduqca önəmlidir.Xüsusən də çətin daranan saçlarda.Saçların balzamdan tökülməsinin səbəbi isə yanlış istifadədən qaynaqlanır.Belə ki, balzam sadəcə saç uclarına istifadə üçün nəzərdə tutulub,şampun kimi saç diblərinə tətbiq etmək isə doğru deyil.

DÖRDÜNCÜ ADDIM – Saçlarınızı yuduqdan sonra qurutmadan daramayın (buruq saçlarda isə əksinə nəmli olduğu zaman daramaq daha məqsədə uyğundur).

Çünki çətin daranan saçları nəmli ikən daradıqda yuyulmanın və suyun təsiri ilə yumşalıb həssaslaşmış saçlar müdafiəsiz olduqları üçün daha da tez zərər görür.

BEŞİNCİ ADDIM – Qurutduğunuz saçlara daramadan öncə saç tipinizə uyğun seçdiyiniz mayeləşdirilmiş keratinli saç kremini tətbiq edin.
Bu saçlarınızın asan daranması üçün ən vacib addım olacaq.Maye saç kremləri saçları yağlandırmadığı və ağırlaşdırmadığı üçün rahatlıqla istifadə edə bilərsiniz.Saç kremləri sayəsində saçlarınız darayarkən daha axıcı və yumşaq olacaq.Digər vaxtlarda saçlarınızı daramağa sərf etdiyiniz vaxtın 3-5 dəfə azaldığını,saçlarınızın zədələnmədiyini,qırılma və yolunma baş vermədiyini,saçqıran yaranmadığını özünüz hiss edəcəksiniz.

Həcər İsmayılova


Şərhlər: 9
Baxılıb: 1201
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka
saclarim qalin ve qivrimdir cimende darayiram amma quruyandan sonra seheri gun qalxanda cetin olur sonra duzelir amma
20 avqust 2015 10:31
# 9
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Catwoman666
Saçlarım çətin daranmır.

...666...
20 avqust 2015 01:01
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Saclarimi daramaqda bir problem yasamiram
19 avqust 2015 19:21
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
MODABAZ
Menim saclarim uzun qalindii ona gorede cetinlik cekirem ama sac kremi vururam
19 avqust 2015 16:50
# 6
Heyata daim gulmek lazimdii
vipbetul
saclarim asan daranir
19 avqust 2015 16:06
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bebiw
menim
saclarim uzunnnndu deye cetindi daramaq 124
19 avqust 2015 14:02
# 4
sowu
♥ KaMa ♥
mənimdə saçım belədir.. 28
19 avqust 2015 12:03
# 3
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
xeyalperest
bele bir problemim yoxdu
19 avqust 2015 10:09
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Minmde saclarimi darama problemim var. saclarim hedden artiq dolasir cox eseblesirem.
19 avqust 2015 09:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz