Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uzun və cəlbedici saçların sirri
Uzun və cəlbedici saçların sirri
Göndərən: aliceWOnDer
Şərhlər: 13
Baxılıb: 1755
Səs ver:
Bəzi qadınlar üçün uzun saç görünüşündə ən önəmli nöqtədir. Lakin uzun və sağlam saçlara sahib olmaq heç də asan deyil. Bunun üçün bəzi şeylərə diqqət etmək mütləqdir.

Qidalanmaya diqqət et
Sağlam qida, saçlarınız üçün çox əhəmiyyətlidir. Saç hüceyrələrində bərpa rolunu oynayan proteindir. Ət, süd məhsulları, soya və qoz-fındıq, yalnız əzələləri gücləndirməklə kifayətlənmir, həm də saçların sürətli inkişafına kömək edir.

Su, saçlarına həyat verəcək
Bədəndə kifayət qədər suyun olmaması, orqanizmdə, maddələr mübadiləsini zəiflədir. Bədənin normal işləməsi üçün siz, gündəlik 6-8 stəkan təmiz su içməlisiniz. Ancaq bundan sonra saçlarınız parlaq və güclü ola bilər.

Saçqıranlardan azad olmaq
Müntəzəm olaraq saçlarınızın uclarını kəsdirin. Bu zaman saçlarınızda heç bir saçqıran olmayacaq. Saçlarınız bərabər uzanacaq. Unutmayın, nə qədər keyfiyyətli şampun olsa da, bu problemi yalnız saç ustası həll edə bilər.

Saçların yuyulması mühümdür
Dərimiz kimi saçların da qoruyucu təbəqəsi olur. Həddindən artıq saçların

yuyulması, bu təbəqənin zəifləməsinə gətirib çıxarır. Həftədə, 2-3 dəfədən artıq saçları yumaq olmaz. Əks halda, saçlarınız solğun və cansız görünəcək.

Qidalandırıcı maskalar et
Dərimiz kimi saçlarımızı da qidalandırmağı unutmamalıyıq. Qidalandırıcılar saçların sağlam görünməsini təmin edir.

Düzgün daramağı bacar
Saçlarımızı darayarkən çox diqqətli olmalıyıq. Nəm halda saçları əsla daramaq olmaz. Bu saçların zədələnməsinə gətirib çıxarır. Saçları, kökdən uca doğru yox, ucundan kiçik hissələri daramaqla kökə çataraq daramaq lazımdır. Belə olduğu halda saçlar çox zədələnmir.

Saç cihazlarından düzgün istifadə et
Saçlarınızın sağlamlığı üçün fendən, düzləşdiricidən və s. uzaq durmaq lazımdır.

Bunlar, yalnız saça zərər verə bilər. Bu səbəbdən lazım olmadıqca, bu alətlərdən istifadə etməyin. Ağır saç düzümlərinə üstünlük verməyin.


Şərhlər: 13
Baxılıb: 1755
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
Saçlarım yetəri qədər uzun və həcimlidi....qısa saç xanımlar faydalana bilər bu cür məsləhətlərdən ..
22 iyul 2015 18:02
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
saçlara necə qulluq etmək lazım olduğunu bilirəm, lakin uzun saç istəmirəm artıq. Normal qısa saç sevirəm.

...666...
22 iyul 2015 14:49
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Bebiw
saclarim uzundur mende hem atam qoymur kesmeye hemde ozumde istemerem sac insanin gozelliyidir
21 iyul 2015 22:51
# 11
sowu
xeyalperest
Meslehetlere emel etmeye calişacam maskadan başqa
21 iyul 2015 22:21
# 10
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
adsiz-a
saclarima qulluq edirem amma uzanmir hemde dehsetli derecede tokulur bele qetse Iraq Iraq kecel qalacam(((((
21 iyul 2015 20:57
# 9
teri meri
Çalışdığım qədər fendən uzaq dururam çünki saçımın təbii parlaqlığını və yumşaqlığını itirmək istəmirəm
21 iyul 2015 20:42
# 8
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Saclarim cox tez uzanir. Hec bir vasiteden istifade etmirem
21 iyul 2015 20:34
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayka
saclarim tez uzanir ve yeterince saglamdir
21 iyul 2015 20:16
# 6
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Dosta_inam
Saclarima lazimi qeder qulluq edirem, ve uzundur, saglamliga qaldiqda ise, biraz saclarimda quruluq emele gelib, onuda masqalarla hell etmeye calisiram, tesekkur.
21 iyul 2015 20:03
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Saclarım uzundu amma cox tökülür
21 iyul 2015 20:03
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
saclarim yaxsidi calisdiqim qederde fenlerden kimyevi maddelerden uzaq oluramki saclarim oz tebiliyini suxluqunu saxlasun
21 iyul 2015 19:51
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Saclarim qisadi baximina diqqet edirem
21 iyul 2015 19:20
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Qeyd olunan məsləhətlər doğrudur. Uzun saça daha çox diqqət etmək lazımdır nəinki qısa saça))
21 iyul 2015 19:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz