Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saç tökülməsini artıran səhvlərimiz
Saç tökülməsini artıran səhvlərimiz
Göndərən: Nazlı_qız
Şərhlər: 22
Baxılıb: 1581
Səs ver:
Sağlam saçlara malik olmaq istəyirsinizsə, şampunla deyil, sabunla yumalısınız. Saçlarını tez- tez kəsdirməlisiniz ki, tökülməsin. Tökülməməsi üçün saçlarınızı yığmalısınız.

Sağlam və baxımlı saçlar qadın kişi fərqi qoyulmadan hər kəs üçün əhəmiyyət daşıyır.  Təəsüf ki, biz mütəxəssis fikrindən çox yaxın dostumuzun verdiyi məsləhətə inanır və ona riayət edirik. Ehtiyatlı olun, çünki el arasında doğru bilinən lakin saçlarımıza xeyirdən çox ziyan verən məsləhətlərdə vardır.

Türkiyə Acıbadam Universiteti, Dermotoloji uzman, Dr. Selda Yıldırım Tar saça qulluqla bağlı əhali arasında doğru bilinən 9 səhvlə bağlı araşdırma aparıb.

Səhv 1. Şampun yerinə sabun istifadə etmək
Amma əslində bəzilərimiz şampun yerinə sabun istifadə etməyi doğru bilirik. Əslində isə sabunun şampundan üstünlüyü yoxdur. Tam əksinə şampunun pH-ı saça uyğundur. Lakin, təbii tərkibə malik olan, tərkibində zeyyun yağı olan sabunlar ziyanlı deyillər. Amma burda əsas sabunun keyfiyyətli olmasından çox sizin saçınızın quruluşu böyük əhmiyyətə malikdir. Məsələn: sabun təbii tərkibə malik olsa da, saçınız uyğun gəlmədiyindən saçınızın köklərinə və dərisinə ziyan vura bilər. Bu zaman qaşıntı, saç tökülməsi baş verə bilər.

Səhv 2. Saçları tez-tez yuyulması
Əslində saçları tez-tez yumaq doğru deyil. Çünki, saç dərisinin üzərində lipid təbəqəsi vardır və hər gün yuyulduqda bu təbəqə özünü bərpa edə bilmir. Beləliklə saç dərisinin quruması baş verir, mikro çatlar əmələ gəlir. Belə dəri xətəliklərə qarşı müdafiəsiz olur. Uzun müddət yumamaq da düzgün deyil. Çünki, saçlarımıza yapışan toz və kirlər uzun müddət təmizlənmədikdə saçın quruluşuna təsir edir və onu solğunlaşdırır. Belə saçların kökü çox yağlandığından saçımıza sığal çəkdikdə belə saç tökülməsini hiss edə bilərik.

Səhv 3. Saçları toplamaq saç tökülməsinin qarşısını alır
Tam əksinə saçlarda fiziki gərginlik yaratmaq, dartmaq lazım deyil. Gündəlik həyatda istifadə etdiyimiz at quyruğu saç düzümü saçı uzun müddət gərilmiş halda saxlayır. Bu çox vaxt alopesiya adlı xəstəliyə- saç tökülməsinin xüsusi növünə gətirib çıxarır. Xüsusui ilə anaları qız uşaqlarının saşını rəngli rezin sancaqlarla sıx dartılmış halda yığması saç tökülməsin səbəb olan əsas səbəblərdən biridir.

Səhv 4. Saşları tez- tez qısa kəsdirmək
Əslində tez- tez saç kəsdirmək saç uzanmasına bir o qədər də təsir etmir. "Saçımı kəsdirsəm saç tökülməsinin qarşısını ala bilərəm"- fikri yanlışdır.

Səhv 5. Təmiz olsunlar deyə saçları isti su ilə yumaq
Əslində saçları yuyarkən isti sudan istifadə etmək doğru deyil. Tam əksinə isti su saçın dərisini qurudur, strukturunu pozur, dəri qabıq qoyur, qaşınma verir.

Səhv 6. Eyni bir şampunu istifadə etməyin heç bir zərəri yoxdur
Əslində ən çox edilən səhvlər arasında məhz bu fikir dayanır. Evdə olan, hamının istifadə etdiyi ortaq şampun heç də hamının saçının strukturuna uyğun gəlməyə bilər. Belə ki, yağlı saçlar üçün yağlanmanın qarşısını alan şampunlar, quru saçlar üçün isə nəmləndirici şampunlar doğru hesanb olunur. Bunun əksi saç dərisinə, saçın köklərinə mənfi təsir göstərir.

Səhv 7. Çox köpüklənməyən şampun yaxşı təmizləmir.
Əslində çox köpüklənən şampunlara diqqət etmək lazımdır. Əgər şampun çox köpük verirsə, deməli tərkibində kimyəvi maddələr daha çoxdur. Bitki tərkibli  şampunlar köpük əmələ gətirmədən də saçları yaxşı təmizləyirlər. Buna görə də şampun alanda onun gözəl qoxulu, yaxşı köpüklənməsini əsas götürməkdənsə tərkibinə, bitki tərkibli olmasını əsas götürün.

Səhv 8. Saç kremləri saçı dökür.
Əslində saç kremlərinin tərkibi saçın quruluşuna uyğun hazırlanır. Buna görədə düzgün seçilən krem saç tökülməsinə səbəb olmaz, tam əksinə zədələnmiş saçları bərpa etməyə yardımçı ola bilir. Saç kremlərini daha çox uzun saçlarda istifadə etməyiniz məsləhətdir.

Səhv 9. Papaq qoymaq saçları tökür
Əslində hər fəslə uyğun papaq qoymaq başımızın dərisini, istidən, soyuqdan,yağışdan, küləkdən, çirkli havadan qoruyur. Buna görədə "papaq taxmaq saçlara ziyandır”- fikri tamamilə səhvdir. Amma diqqətli olmaq lazımdır: papaq dar, sintetik liflərdən hazırlanmış olmamalıdır. Dar papaq başımızda qan dövranını pozur və nəticədə saçın oksgenlə təmin olunmama problemi ortaya çıxır.
Əziz xanımlar və bəylər, saçımıza düzgün qulluq etməyə çalışaq. Unutmayaq ki, insanın ən böyük düşməni əsəbləşməkdir. Onda bu qaydaların əhəmiyyəti kəskin azalır. Hər kəsə bu mübarizədə uğurlar.


Şərhlər: 22
Baxılıb: 1581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
saçlarım tökülür ama burdakılar mənə aid deyil saçlarımı hörürəm uzundur deyə bəlkə onçun tökülür )))
10 avqust 2015 19:16
# 22
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
yasemin
Çoox faydalı meslehetlerdir çoox teşekkürler… meselen 7-cini bilmirdim mende deyirdim təzəlikcə şampunlar niyə az köpüklənir bilmiş oldum….
10 avqust 2015 19:13
# 21
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
VIP
Sacım dəhşət dərəcədə tökülür.Mən hec sabundan istifadə etmirəm,yalnız şampun vururam.Tez tez yumag hecdə başın dibini qurudmur.Mənim sacımın kökləri yaglıdı,tez tez yuyuram quru olsun olmur
10 avqust 2015 18:58
# 20
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
sacim saqlamdi
10 avqust 2015 11:41
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Niquw Abdulayeva
Menim sacim tokulmur yaxsidi raziyam saclarimdan

Menim sacim tokulmur yaxsidi raziyam saclarimdan
10 avqust 2015 02:32
# 18
SENI SENSIZ SEVDIM
cox gozel xeber oldu..faydali melumatlar elde etdim,,tesekkur
10 avqust 2015 01:33
# 17
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Milawka18
Əvvələr daha çox tökülürdü saçlarim amma indi düzəlibdi
10 avqust 2015 00:09
# 16
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Zeynep_Fatih
Sacim dehwet tokulur((((
10 avqust 2015 00:03
# 15
İnci
Menim sacim dehset tokulur hetda qaynanangilin yatagindan bele tapmaq olur
9 avqust 2015 23:34
# 14
Her gulusun arxasında bır keder vardır
...AdaDunyam``
saclarim su kimi axir 18 1818
yazilanlarin hamisina riayet edirem,yene de cox tokuluraglaagla
9 avqust 2015 23:16
# 13
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Catwoman666
Saçlarım əvvəllər tökülürdü, amma indi yox.

...666...
9 avqust 2015 22:09
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Melek5
Xeber ele menim ucun idi ele bilki,evvel cox tez-tez tokulurdu duzu ele indide tokulur tam yerinde oldu ele oyrenmeyim
9 avqust 2015 22:04
# 11
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Tomris Müslümova
Həə mənim elədiyim tək bir səhv var oda qışda forstanıb papaq qoymuram qalan hər şey qaydasınsaı məndə
9 avqust 2015 21:49
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
my_angel
Saçlarım "yaralı" bölgəmdir.( Və saç tökülməsi ilə üzləşirəm. Demək,isti su ilə yumaq olmaz. Bundan sonra bu qaydalara əməl etməyə çalışaram. Təşəkkürlər.
9 avqust 2015 21:09
# 9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Fialka
Demək olar ki, qeyd olunanlar haqqında məlumatım var və riayət edirəm nədə olsa illərin təcrübəsi)) sadəcə müxtəlif cür yağlardan istifadə edirəm hərdən)
9 avqust 2015 20:43
# 8
amaril
Cox sag olun
9 avqust 2015 20:15
# 7
♥ KaMa ♥
isti su ilə yuyurdum saçımı 26
9 avqust 2015 19:45
# 6
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
BARBI
Saclarim artiq evvelki qeder tokulmur. Coxlu maskalar ve yaglardan istifade edirem
9 avqust 2015 19:42
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayka
men bunalrin hec birini etmirem yeni duzgun qaydalara riayet edirem ona gore sacim tokulmur yeqin 124 alkis
9 avqust 2015 19:30
# 4
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Dj_Vampir
Tewekkur saclarima yeterince qulluq edirem
9 avqust 2015 19:27
# 3
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
tatyana
Cox faydalidi xeberdi,mende sacimi hemise isti suyla yuyuramki temiz olsun
9 avqust 2015 19:17
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
ALESSANDRA
ay ne yaxsiki bu xeberi hazirlamisiz
melumatlanmış olduk 08
9 avqust 2015 19:06
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz