Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zədələnmiş saçları bərpa etməyin yolu
Zədələnmiş saçları bərpa etməyin yolu
Göndərən: yasemin
Şərhlər: 14
Baxılıb: 1615
Səs ver:
Gözəl saçlarınız müxtəlif səbəblərdən zərər görübsə, demək bu xəbər məhz sizlər üçündür. Saçlarınızın əvvəlki gözəl halına qayıtmaq üçün edilməsi lazım olanları bu xəbərdə tapa bilərsiniz. Elə isə buyurun, oxuyun.

Düzləşdirici fenlərdən az istifadə edin.
Bilirəm ki, bir çoxumuz maşalara və saç düzləşdiricilərə çox bağlıyıq. Amma saçı məhv edən səbəblərdən ən birincisi elə budur. Düzləşdirici fenlərdən bacardıqca az istifadə etməliyik. Saçları təbii halına buraxmaq lazımdır. Beləcə, saçlarımızın təbii halıyla da nə qədər gözəl olduğunu fərq edəcəyik. Əgər həqiqətən özünə güvənirsənsə, saçlarını özünün qurumasına icazə ver. Ən sağlam saç təbii halda, fensiz quruyan saçdır.

Saç nəmləndiriciləri
Saçınıza saç nəmləndiriciləri tətbiq edə bilərsiniz. Saçlar üçün nəmləndirici maskalar var ki, onların da tərkibinə mayonez, yumurta və ya zeytun yağı vurmaq lazım gəlir. Bir çox xanımlar isə saçı bu maskadan təmizləmək üçün çox vaxt sərf edir və bu üsuldan yorulur. Nəzərinizə çatdırım ki, bunun alternativ bir yolu da var. Saçınıza ən uyğun olan bir nəmləndiricini seçib saç şampununuzla qatıb yuya bilərsiniz. Arqan tərkibli nəmləndiricidən istifadə edə bilərsiniz. Amma bunu 30 dəqiqə saçda saxlamaq lazım gələcək.

Şampundan az istifadə et.
Əvvəllər hər gün saçlarımı şampunla yumağı vərdiş etmişdim, sonradan gördüm ki, bu, sadəcə saçlarıma zərər verir. Artıq çöldəykən çox tərləməyəndə və iş günlərim istisna olmaqla saçlarımı əsla şampunla yumuram. Şampunlardan uzaq durun və saçlarınızı təbii losyonlarla təmizləyib öz formasına düşməyi təmin edin. Mən belə edirəm və indiki saçlarım çox təmiz və sağlamdır.

Doğru fırça istifadə edin.
Çox sıx dişli fırçadan istifadə etsəniz, saçlarınızı qırar və bu da sadəcə saçlarınıza zərər verər. Mən yumru uclu fırça istifadə edirəm və beləcə, saçlarımı hər gün darasam da, onlara zərər verməmiş oluram. Siz də bunu sınayın.

Kokos yağını sınayın.
Bəli, bilirəm, saçlarınızı bərpa etmək üçün yağ istifadə etmək məcburiyyətində deyilsiniz demişdim, amma kokos yağından istifadə etmək qətiliklə bir problem yaratmaz. Kokos yağının içindəki komponentlər qətiliklə saçlarınızın qabarmasına səbəb olmaz, çox istifadə etməyə ehtiyac yoxdur. Mən sadəcə bir miqdarı ovcuma vurub tətbiq edirəm, saç köpüyündən heç bir fərqi yoxdur. Ovcumda yumru dairələr çəkərək saç diblərinə yedirirəm və ən çox baxıma ehtiyacı olan saç uclarını isə iki əlimin arasına alır və ovuşdururam. İnanın ki, bu, saça mükəmməl bir parlaqlıq verir. Bu kiçik və sadə hərəkətlər saçlarım üçün çox gözəl nəticələr verir.

Süni məhsullardan xilas ol.
Bir aylığına saç jelesi, sprey ya da köpük istifadə etməməyi sına. Əgər saçınıza nəsə vurmağa məcbursunuzsa, bu ya nəmləndirici, ya da istilikdən qoruyan bir şey olmalıdı. Jelelər, saç spreyləri və köpüklər süni kimyəvi məhsullardan başqa bir şey deyil və bunlar saçı qurudur, zərər verir. Təbiilik hər zaman daha yaxşıdır.

Qidalanmana diqqət et.
Bunu deməliyəm, çox təəssüf ki, pəhriz saxlamaq da saçlara təsir edir. Saçların sağlamlığını qorumaq üçün orqanizmin müəyyən bir miqdar zülala və yağa ehtiyacı var. Saç quruluşu, forması onu gücləndirən zülallardan meydana gəlir. Sağlam yağlar isə saçın parlaqlığını, nəmliyini və dolğunluğunu təmin edir. Doğru və sağlam qidalanmanın gözəl saçlar üçün bir şərt olduğunu unutmayın.
Saçlarınızı gecə yumağı tövsiyə edirəm, beləcə, saçlarınızı səhər formaya salmazdan əvvəl ona dincəlməyə və qurumağa vaxt vermiş olarsınız. Bu tətbiq ən azından saçlarınızın nəfəs almasını təmin edir. Unutma ki, yaş ya da yeni qurudulmuş saça maşa və ya saç düzləşdirici alətlərdən tətbiq etmək daha çox zərər verər. Əgər saçınıza bir müddət süni məhsullar vurmasanız, onlar özbaşına qaydasına düşəcək.


Şərhlər: 14
Baxılıb: 1615
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
sukur saclarimda bele prablem yoxdu sekile baxdim irpelendim cox pis gundedi bu qizn saclari.saclarim ucun kecen ile qeder her cur maskadan istifade edirdim,hem tokulurdu deye hemde uzatmaq ucun,ona gorede zedelenmeyib.bacardigim qederde fenden cox az istifade edirem,saclarimi qurutmuram yuyuram elecede buruq buruq qalir,bunlardan bildiyim meslhetler var idi lazim olsa istifade edecem tesekkurler.
26 iyun 2015 04:39
# 14
ayka95
menim en cox istifade etdiyim duzlesdirici fendi
25 iyun 2015 22:48
# 13
MODABAZ
Menn sac kremii vururamm
25 iyun 2015 20:58
# 12
Heyata daim gulmek lazimdii
sadecə mən
Bu həyatda başıma gələn ən gözəl şey saçlarımdı deyəcək qədər,gözəldi saçlarım. 124 tşklər faydalı xəbər idi.
25 iyun 2015 20:58
# 11
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
yaz_yamuru
Menim saclarimda sacqiran vaar :(((
25 iyun 2015 19:49
# 10
qanadli melek
Saclarimi cox fenleyirem ama tez tezde maskalar edirem yenede razi deyilem qurudu qirilir saclarim
25 iyun 2015 19:04
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aliceWOnDer
Saclarimdan cox raziyam, bir azda uznasa super olar..
25 iyun 2015 18:52
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Catwoman666
saclarim o qeder de zedeli deyil. amma bacardigim qeder saclarimin qeydine qaliram
25 iyun 2015 18:47
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
hazal♡
Sacima azda olsa qulluq edirem.
Her bir aydan bir kesdirem
25 iyun 2015 18:43
# 6
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
rəmsə
Saçlarımdan narazıyammmmmmm18Çünki həm çox qurudu,həm çox elektriklənir,həm də ucunda az da olsa saçqıranlar var.Düzləşdiricilərdən filan istifadə etməsəm olmur axı 27 .
25 iyun 2015 18:17
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
saclarim saglamdir.hec bir zedelenme problemi yoxdur
25 iyun 2015 18:14
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
teri meri
təşəkkürlər faydalı xəbərdi mənim saçım niyə bilmirəm şişib busa heç xoşuma gəlmir
25 iyun 2015 18:07
# 3
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
vipbetul
saclarimi oz yaqiyla berpa edirem
25 iyun 2015 18:03
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Demək olar çoxunu edirəm ama ən əsasıda yada bir dəfə ucundan kəsdirirəm mütləq
25 iyun 2015 18:02
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz