Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçları üzümlə sürətli uzadın
Saçları üzümlə sürətli uzadın
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 1231
Səs ver:
Üzüm bədəni və zehni gücləndirir, unutqanlıqla mübarizə aparır, sinirləri sakitləşdirir, yorğunluğu aradan qaldırır, qəbizliyin qarşısını alır və böyrək daşlarını salmağa yardımçı olur. Bundan başqa, üzüm saçlar üçün də çox faydalı meyvə sayılır.

Belə ki, saçlarının sürətlə uzatmasını istəyənlərə mütəxəssislər üzüm maskasından istifadə etməyi tövsiyə edirlər. Əsl vitamin anbarı olan üzüm saçların sürətlə uzanmasını təmin edir.

Yay aylarında süfrələrin əvəzolunmaz meyvələrindən biri olan üzümün tərkibindəki flavanoidler saçları sağlam və sürətli uzadır.

Üzümlə saç maskası

Xüsusən üzüm tumlarının preslənməsi ilə əldə edilən üzüm çəyirdəyi yağı baş  dərisi üçün çox effektlidir. Ancaq üzüm çəyirdəyi yağınız yoxdursa, üzümdən də istifadə etmək olar.

Saç uzatmaq üçün kimyəvi tərkibli şampunlardansa, təbii bitkilərdən hazırlanan maskalar daha effektli təsir göstərir. Üstəlik, saçlara əks təsir göstərmir. Üzüm maskasını hazırlamaq çox asandır.

Lazım olan vasitələr:
Yarım kq. üzüm
Həvəngdəstə

Hazırlanması və tətbiqi: Üzümləri həvəngdəstədə püre konsistensiyasına gələnə qədər əzin. Tumlarını təmizləməyə ehtiyac yoxdur. Üzümləri tamamilə püre konsistensiyasına gətirdikdən sonra hamama keçin və üzüm püresini baş dərisinə, saç diblərinə və saç uclarına qədər masaj edərək çəkin.

Maskanı çəkəndən sonra saçlarınızı bir dəsmalla və ya şalla bağlayın. Təxminən 20 dəqiqə gözləyin və saçlarınızı yuyun. Saçları nəmləndirən şampundan istifadə etməyi unutmayın. Üzüm maskasını həftədə 2 gün etmək olar. Bir ay ərzində mütəmadi olaraq etsəniz, saçların tez uzanacağını və əvvəlkindən daha sağlam olduğunu müşahidə edəcəksiniz.

Üzümün saçlara faydalarını belə sıralamaq olar:
Üzüm saçları çox tez uzadır, saçların təbii görünüşünü və parlaqlığını qaytarır.  
Saç diblərini gücləndirir.
Üzümün faydalarından biri də saç tökülmələrinin qarşısını almasıdır.
Üzüm həm saçları, həm də dərini gözəlləşdirir.


Şərhlər: 10
Baxılıb: 1231
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sevgi dunyam
saclarim uzundur ve qalindir amma yene uzatmaq isdeyirdim cox sagolun twk
21 avqust 2015 23:46
# 10
Mezun 11a...2016
Catwoman666
Saclarimi uzatmaq yox bir az kesdirmek isteyirem
16 iyul 2015 19:10
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Sacim uzundur, ama uzumle uzatmagi ilk defe oyrendim.
13 iyul 2015 06:14
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
mende cox tez uzaniree ele kesdirdikden 1hefte sora goruremki colkam uzanib....amma maska edirem arada bir kepeye qarshi fso
tshk
13 iyul 2015 05:44
# 7
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
xeyalperest
Heyifdi axi o uzumler
12 iyul 2015 21:17
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
vipbetul
sacimi uzatmiram
12 iyul 2015 21:00
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Uzumun deriye faydasini bilirdim ama sac ucunde faydaliymiw
12 iyul 2015 19:41
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
my_angel
Saçlarım uzundur. Üzümlə uzatmağı da ilk dəfədir bildim. Təşəkkürlər.
12 iyul 2015 19:24
# 3
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
aliceWOnDer
Sacim uzund, amma bir az da uzun olmagini isteyirem..
12 iyul 2015 19:11
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Saclarim cox tez uzanir ehtiyac yocdur
12 iyul 2015 19:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz