Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların yağlı olmasının səbəbləri
Saçların yağlı olmasının səbəbləri
Göndərən: Qlamurr
Şərhlər: 16
Baxılıb: 1361
Səs ver:
Dərimizin üzərində çoxlu sayda piy vəziləri var.

Piy vəziləri xüsusi sekret - dəri piyi ifraz edir ki, bu piy dərini yumşaldır, onun elastikliyini təmin edir, qurumasının qarşısını alır, dəridə bakteriyaların, göbələklərin, virusların çoxalmasına mane olur. İnsan yaşlandıqca dəri piyinin ifrazı azalır, məhz bu səbəbdən yaşlı insanların dərisi və saçları quru olur.

Bəzi insanlarda dəri az miqdarda piy ifraz edir, bu halda dəri daha quru olur. Digərlərində isə əksinə, dəri həddən artıq miqdarda piy ifraz edir ki, bu, dərinin çox yağlı olmasına səbəb olur.

Baş dərimiz də çoxlu miqdarda piy ifraz edir. Bu, saçların elastik, hamar və sağlam olması üçün lazımdır. Baş dərisi lazım olandan az miqdarda piy ifraz etdikdə saçlar çox quru olur, qırılır, tökülür. Lakin bəzən insan hiss edir ki, onun saçları çox tez yağlanır. Belə insanlar hər gün, hətta gündə 2 dəfə saçlarını yumağa məcbur olur. Piyin daim hiperproduksiyası kəpəyin, yağlı seboreyanın əmələ gəlməsinə səbəb olur, saçlar korlanır, nazikləşir, tökülür.

Saçların həddən artıq yağlılığının səbəbləri müxtəlif ola bilər:

- İrsiyyət. Bu, əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.


- Hormonal pozulmalar. Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

- Düzgün olmayan qidalanma. İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s.) saçların tez yağlanmasına səbəb olur.

- Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir. Ucuz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, gel və s. vasitələrdən tez-tez istifadə edilməsi, fen və s. - bütün bu amillər saçların daha tez yağlanmasına səbəb olur.

- Stresslər, xüsusilə uzun sürən xroniki stresslər saçların daha tez yağlanmasına səbəb ola bilər.
 


Şərhlər: 16
Baxılıb: 1361
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
menim bu saclarim da 2 gunden bir cirklenir!
20 iyul 2015 15:35
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
Saclarim qisda daha cox yagli olur onunda sebebini bilirem papaq qoyuruq deye yaglanir. Indi elede yaglanmir normaldi. Saclarin yaglanmasinin bir sebebide irsiymis bunu bilmirdim ama hormonal pozulma ve duzgun qidalanmamadan oldugunu bilirdim. Istifade etdiyimiz sampunlardan da cox sey asilidi here oz sacina gore sampun secmelidi menim saclarim hem biraz yagli hem de buruqdu hemise buruq saclar ve yagli saclar ucun sampun aliram sampunumu deyisen kimi eks tesirini hemin deqiqe gosterir. melumat ucun tesekkur.
20 iyul 2015 13:59
# 15
...AdaDunyam``
sacim cox yagli deyil,yuyandan 4-5 gun sonra yaglanir
20 iyul 2015 12:56
# 14
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
ayka
saclari tez-tez yuyanda cox tez yaglanir
20 iyul 2015 09:20
# 13
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Dosta_inam
Saclarim yaglanan deyil, son, zamanlar quruluq hiss edirem, tesekkur.
20 iyul 2015 05:23
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
2 3 GÜNƏ YAĞLANIR SAÇLARIM
20 iyul 2015 02:00
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
tatyana
basqa sebebleri bilirdim,amma stresden sac yaglandigini bilmirdim,stres ve sac ne elaqesi
20 iyul 2015 01:52
# 10
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
vipbetul
ele problemim yoxdu
19 iyul 2015 23:53
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NeL
Saçim çox tez yağLanir:((
19 iyul 2015 23:50
# 8
Laliçqaa
Hergun yuyuram. Dehset tez yaglanir
19 iyul 2015 23:38
# 7
VIP
Saclarım yaglanandı xoşum gəlmir necə şampun yoxlamışam yaglılıga qarşı təsiri olmur
19 iyul 2015 21:45
# 6
Başımın üstündə Allah,yanımda ailəm olsun.
ALONE
saclarim 3gun olan kimi yaglanir xosum gelmir ona gorede her gun yuyuram
19 iyul 2015 20:59
# 5
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
Zeynep_Fatih
Men saclarim da yaglidi
19 iyul 2015 20:47
# 4
qanadli melek
Qiwda saclarim cox tez yaglanirdi her gun yuyurdum indi ele deyil uc gun yumasam durur
19 iyul 2015 20:15
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
rəmsə
Mənim saçlarım həddindən artıq qurudu.Burda da yazıldığı kimi quru saçların da mənfi tərəfləri var,tez qırılır,tökülür.
19 iyul 2015 19:32
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Saclarim cox tez yaglanir hardasa her gun yuyuram
19 iyul 2015 19:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz