Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların düzgün yuyulma qaydaları
Saçların düzgün yuyulma qaydaları
Göndərən: Sabrina
Şərhlər: 17
Baxılıb: 1695
Səs ver:
Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır.

Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və s. Saçları yağlı olanlar saçları normal və quru olanlara nisbətən, onları daha tez-tez yuyurlar. Qış aylarında saçlar daha tez çirklənir, çünki baş örtükləri baş dərisini "normal nəfəs almağa” qoymur ki, bunun da nəticəsində dəri daha çox piy ifraz edir. Saçlarını yığmaq üçün hər gün müxtəlif vasitələrdən (gellər, muslar, laklar) istifadə edənlərə saçlarını hər gün yumaq məsləhət görülür, çünki bu vasitələr saçları ağırlaşdırır ki, bu da onların keyfiyyətinə pis təsir edir. Saçların gündəlik yuyulmasında məhz bu məqsəd üçün nəzərdə tutulmuş yumşaq şampunlardan istifadə etmək lazımdır (bu barədə qablamanın üzərindəki qeydləri oxuyun).

Saçları isti su ilə yumaq olmaz, ancaq soyuq su ilə də yumaqdan çəkinmək lazımdır. Saçları yuyarkən suyun temperaturu təxminən 36-37° C olmalıdır. Saçlar nə qədər çox yağlı olsalar, onların yuyulması üçün istifadə edilən su da bir o qədər sərin olmalıdır.

Saçları yuyarkən başın dərisini bərk sürtmək olmaz, yuyucu hərəkətlər yumşaq və yüngül olmalıdır.

Heç bir halda nəm, kifayət qədər qurudulmamış saçlarla yatmaq olmaz. Yaş saçlar quruyarkən dəri uzun müddət ərzində soyuyur. Nəticədə dəridə qan dövranı və saçların qidalanması da pisləşir. Bütün bunlar saçların inkişafına pis təsir edərək onların daha güclü şəkildə tökülməsinə səbəb ola bilər.

Saçların yuyulması üçün vacib olan tələblərdən biri suyun yumşaq olmasıdır. Cod su saçların yuyulması üçün yararlı deyil. Saçların cod su ilə yuyulması onları nəinki təmizləmir, hətta onların zədələnməsinə səbəb olur! Cod su saçları təmizləyə bilməz. Onun tərkibində olan kalsium, maqnezium duzları sabun və dəri piyi ilə birləşərək suda həll olmayan çöküntülər əmələ gətirir. Bu çöküntülər də boz-ağ rəngli yapışqan qatla saçları örtür. Nəticədə saçlar bir-birinə yapışır, quruduqda isə quru və bərkimiş olaraq asanlıqla qırılırlar. Mənzillərimizə gələn və tərkibində bir sıra zərərli qarışıqlar (xlor, ağır metalların duzları və s.) olan su da, adətən, cod olur. Saçlar suyun tərkibində olan zərərli maddələri dərimizə nisbətən daha asanlıqla özlərinə hopdurur. Məhz buna görə iri şəhərlərin sakinləri saç problemləri ilə daha çox üzləşir və keçəlləşmədən daha çox əziyyət çəkirlər.

Beləliklə, saçların yuyulması üçün yalnız yumşaq sudan istifadə etmək lazımdır. Saçları qaynadılmış su ilə yumaq daha yaxşıdır. Əgər bunun üçün kifayət qədər vaxtınız olmazsa, suyun yumşaldılması üçün ona aşağıdakı tərkibləri əlavə etmək olar: çay sodası (1 litr suya 1 çay qaşığı), naşatır spirti (2 litr suya 1 çay qaşığı), boraks (2 litr suya 1 çay qaşığı) və ya qliserin (1 litr suya 1 çay qaşığı). Ən pis halda saçları kran suyu ilə yuyub sonra mütləq yumşaq su ilə yaxalamaq lazımdır.

Saçların yaxalanmasını onun möhkəmlənməsi ilə bir yerdə aparmaq olar. İstənilən tip saçların daha parlaq olması üçün onları turşu tərkibli su ilə yaxalamaq lazımdır. Sarısaç qadınlar üçün aşağıdakı tərkib məsləhət görülür: 1 litr suya ½ limon şirəsi. Tündsaçlı qadınlar üçün - 1 litr suya 1 xörək qaşığı 6%-li sirkə.

Bəs saçları nə ilə yumaq lazımdır? Ancaq şampunla! Hətta ən yaxşı sabun da baş dərisində və saçlarda olan qoruyucu su-lipid təbəqəni məhv edir. Nəticədə saçlar xeyli dərəcədə quru olur və daha asanlıqla qırılırlar. Bundan başqa, sabun cod su ilə qarışdıqda saçların üzərində boz tutqun ərpin əmələ gəlməsinə də səbəb olur. Heç bir halda saçları paltar sabunu ilə yumaq olmaz! O, saçlar üçün çox zərərlidir.

Sampunlar saçların yuyulması üçün bu gün ən yaxşı yuyucu vasitə hesab olunur. Ancaq şampun seçərkən xeyli ehtiyatlı olmaq lazımdır. İlk növbədə şampunu fərdi saç tipinizə görə seçmək tövsiyə olunur. Ancaq normal saçları "bütün saç tipləri üçün” sampunlarla yumaq olar. Quru və yağlı saçları mütləq ancaq bu tip saçlar üçün nəzərdə tutulan şampunla yumaq lazımdır. Əgər sizin saçlarınız qurudursa, onların yuyulması üçün "quru saçlar üçün” olan istənilən şampundan istifadə etmək də tam şəkildə düzgün deyil. Axtara-axtara "öz” şampununuzu tapmaq lazımdır. İstifadə edilən şampunları tez-tez dəyişmək olarmı? Əgər siz saçınıza tam şəkildə uyğun gələn şampun seçmisinizsə, ondan istədiyiniz müddət ərzində istifadə edə bilərsiniz. Şampunu ancaq saçlarınız, məsələn, daha yağlı və ya daha quru olduğu halda dəyişmək olar.

Saçları bu qaydalara əsasən yumaq lazımdır:

1. Saçların daranması. Saçları yumağa başlarkən, xüsusən də saçlar uzun olduqda, öncədən onları yaxşıca daramaq lazımdır.

2. Saçların ilıq su ilə tam isladılması.

3. Saçlara şampun sürtülməsi. Saçları kifayət qədər nəmləndirdikdən sonra ovuclarınıza bir qədər (çox yox!) şampun tökərək onları birbirinə sürtərək yavaş-yavaş və səliqə ilə başın dərisinə çəkin. Heç bir zaman şampunu bilavasitə başınıza tökməyin və saçların yuyulmasında lazım olduğundan artıq şampun istifadə etməyin!

4. Təzyiq edilmədən saçların ilkin yuyulması. Ovuclarınızla şampunu köpükləndirərək onunla saçlarınızı yuyun. Bu zaman saçların zədələnməməsi üçün onları möhkəm ovxalamayın.

5. Saçların ilıq su ilə yaxalanması. Birinci sabunlamadan sonra, həll olmuş çirk hissəciklərinin yuyulmaqla xaric edilməsi üçün saçları təmiz su ilə yaxşı yaxalamaq lazımdır.

6. Saçların "təkrar" sabunlanması. Şampunu bir daha başa çəkərək köpükləndirin. Saçların şampunla təkrar yuyulması vacibdir. Belə ki, ilkin yuyulma zamanı onların üzərindən toz və çirk xaric olunur və yalnız ikinci dəfə məhz onların özünün yuyulması baş verir.

7. Başın əsas yuyulmasını onun masajı ilə birgə etmək olar.

8. Saçların yaxalanması. Saçlarınızı çox diqqətlə yuyun və yaxalayın ki, çirk və şampunun qalıqlarından tamamilə təmizlənsin.

9. Saçların son yaxalanması. Bu bənd saçlarını cod su ilə yumağa məcbur olanlar üçündür. Saçlarınızı yaxşı-yaxşı yuduqdan sonra, onları əvvəlcədən hazırlanmış yumşaq su ilə yaxalayın (suyun yumşaldılması haqqında yuxarıda oxuya bilərsiniz).

10. Saçların qurudulması. Saçları yuyub qurtardıqdan sonra onları səliqə ilə dəsmalla sıxıb qurutmaq lazımdır. Bu zaman bir qədər qızdırılmış dəsmaldan (xüsusən də qış aylarında) istifadə etmək daha məqsədəuyğundur. Əgər istilik tələb edən xüsusi müalicəvi vasitədən istifadə etmirsinizsə, saçları uzun müddət dəsmalın içində saxlamayın. Nəmliyin saçlara uzun müddət ərzində təsir etməsi zərərlidir. Eyni zamanda onları isti fenlə, peçin quru istiliyi və ya isti günəş altında qurutmaq da çox zərərli hesab edilir. Bu halda saçlar həddindən artıq quruyur, kövrək, davamsız olur, öz parıltılığını itirir və onların qidalanması da pozulur. Saçları fenlə qurudarkən onun istiliyi çox olmamalı və qurudulması uzun müddət davam etməməlidir. Üz dərisinin, fenin havasının təsirindən həddindən artıq qurumaması üçün, öncədən üzün dərisinə krem vurmaq yaxşı olar. Hər dəfə imkan olduqca, saçları yuduqdan sonra açıq havada qurutmağa çalışın.


Şərhlər: 17
Baxılıb: 1695
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
bunlarin coxuna emel edirem mende evvel saclarimi qaynar su ile yuyrdum sonra bu haqda oxudum qaynar suyla yox iliq suynan yudum qaynar su sacin derisini yandir hem kepek emele getiri hemde deri yanir saca cox ziyan olur.tesekkur.
20 may 2015 00:58
# 17
konka84
bəyəndim
18 may 2015 19:39
# 16
cinqosh
çox əla məlumatlardımən də saçlarımı bir-iki şərti çıxmaqla elə yazıldığı kimi yuyuram.təşəkkürlər.
18 may 2015 12:47
# 15
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Nur k-off
he menim saclarim yaglidir
18 may 2015 11:01
# 14
SVETA
Catwoman666
bu haqda melumatim yeterince var cunki bir ara yaman cox maraqlanirdim saclarla)
18 may 2015 10:13
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
neri
saclarimi cox sevirem burdakilarada emel edrm saclatima qulluhda edrm
18 may 2015 08:16
# 12
Sert
vipbetul
saclarimi duzgun yumaqi bilirem
18 may 2015 01:01
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Baharim ol
Burda yazilanlara emel edirem.en cox usaq samunlarindan istifade edirem.birde gicitken vazgecilmezimdir.Cox gozle effekt verir
17 may 2015 23:42
# 10
Ama yenede
Tomris Müslümova
Sitat: wirinka dəcəlka
Men heftede de 3 defe sacimi yuyuram. Mende sac qiran coxduu. Basqa problem yoxdu. Tewekurler xebere gore)))))

ayda 1 defe unudan 4-5 sm kesdirin
17 may 2015 23:38
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayka
men duzgun edirem saclarim saglam gur qivrimdir

sacindaki wampunu yaxwi yumadiqda bawina bit ve yasrike duwe bilir mama demiwdi ki yaxwi yu yoxsa bele olar ordan bilirem heftede bir defe yuyuram tez-tez yuyanda tez-tez yaglanir sacc
17 may 2015 22:25
# 8
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
guler19
Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçlarım ipək kimidi həmdə tez uzanandı əməl edirəm burdakı qaydalara tşklər
17 may 2015 21:43
# 7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
WiRiN BaLaM
mende burdaki kimi edirem saçlarim uzundur 2 defe şanpunlayiram...gündədə yumuram 3 4 gündən bir
17 may 2015 21:04
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
teri meri
Çox faydalı məsləhətlərdi.bunların hamısını demək olar ki bilirdim.təşəkkür
17 may 2015 20:55
# 5
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Sacimi her gun yuyuram cox tez yaglanir . Yazilannara calisdiqca emel edirem
17 may 2015 20:35
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
deyilenlerin her birini noqte vergulune kimi edirem,bu melumat mende coxdan vardi.sacimi onceden yuyuramki sulu yuyanda tokulur,cunki dibleri yumsaq olur deye tokulmesi asan olur...qatiq suyu,gicitken,sirke (1 litre 4-5 damci qarisdirib )-bularla saci yumaq olduqca faydalidir.qatiq tez uzadir yumsaldir parladir (duzdur,biraz qoxusu gelir evde olan gunleri ede bilersiz) sirke kepeyi yox edir tex uzadir saglam edir,gicitkendeki suyunu qaydaib saci onla yumaq neye desez faydalidi...tesekkurler :)
17 may 2015 19:52
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Saçlarım əzəldən uzun olub buna görə məktəb vaxtlarında hamının bir sualı olurdu necə yuyursan deyə)) elə bil çox çətin bir işdi ))nəsiə burda qeyd olunan bütün məsləhətlər haqqında məlmumatım var çoxdan əməl edirəm nəticəsidə qane edir yəni problemim yoxdu şükür saçla bağlı) təşəkkür.
17 may 2015 19:46
# 2
ALESSANDRA
maraqlı idi bu qaydaların hamısına əməl edirəm))) 124
17 may 2015 19:26
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz