Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların süni uzadılması nə dərəcədə ziyansızdır?
Saçların süni uzadılması nə dərəcədə ziyansızdır?
Göndərən: Wiyinka
Şərhlər: 23
Baxılıb: 828
Səs ver:
Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.

Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı-yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi (antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır.

Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları, duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.

Saçların uzadılmasını isti və ya soyuq üsulla edirlər. Bu zaman 200-dək saç dəstini əlavə etmək olar. Uzadılma üsulundan asılı olaraq uzadılan saçlar 6 ayadək qala bilər.

Saçların isti üsulla uzadılması zamanı artırılan saç dəsti qadının özünün 1 saç dəsti ilə, əridilmiş keratinlə (qətran şəkilli maddə), xüsusi isti kəlbətindən istifadə edilməklə birləşdirilir. Birləşdirilmə yerinə xırda lövhəcik forması verilir ki, o da sonra saçların arasında gizlədilir.

Saçların soyuq üsulla uzadılması zamanı saçların dəstələri birbiri ilə xüsusi yapışqan və ya kiçik metal sıxaclar vasitəsi ilə birləşdirilir. Yapışqanla birləşdirilmənin üsullarından biri saçların lentlə birləşdirilməsidir. Bu zaman xüsusi lentin üzərinə bərkidilmiş süni saç dəstləri qadının öz saçlarına birləşdirilir.

Əlavə edilən saçları yalnız kosmetik salonda, ən yaxşısı isə onları uzadan ustanın özü tərəfindən çıxarmaq lazımdır. Süni saçları çıxardıqdan sonra öz saçlarınızı kosmetik maskalarla yaxşı-yaxşı qıdalandırın.


Şərhlər: 23
Baxılıb: 828
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Saçlarım normal uzunluqdadı,istəsəm lap uzada da bilərəm,ancaq suni şəkildə yox,təbii şəkildə....o cür "gözəlləri" mən gözəl saymıram,gözəllik təbii olmaqdı....
18 aprel 2015 12:36
# 23
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Yusif Ulker
ziyandi insanin oz saci her birsey den gozeldi mene de ehtiyez yoxdu oz saclarim duzdu hec kese de tovsiye vetmirem.....
18 aprel 2015 07:39
# 22
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Dosta_inam
menim saçlarim uzundur ehtiyac yoxdur suni uzatmağa,qisa olsa idi yene etmezdim,çünki suniliyi sevmirem,öz saçlarim gözeldir.
18 aprel 2015 06:46
# 21
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
NeL
Ehtiyac yoxdu teşekkür
18 aprel 2015 02:39
# 20
NERGIZ LOVE
Men eletdirmerem hec vaxt
18 aprel 2015 01:54
# 19
SENI EBEDI QELBIME YAZDIM///
Antikvar
Onsuzda saclarim uzundu.Qisa bele olsaydi suni vastelerden istifade etmezdim.Ziyanlidi sonra hansi fesadlara yol acacagi her birimize melumdu.
18 aprel 2015 00:47
# 18
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
GULTEKIN MEMMEDOVA
Saçlarım belimnen asagidi. Saçlarım qis a olsa bele qaynaqdan ustun bilerem
17 aprel 2015 23:34
# 17
111222
vipbetul
oz saclarimin tebi halini cox sevirem uzunda sac isdesem uzadaram daha bu cur suni yollardan isdifade etmerem
17 aprel 2015 23:04
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
saclarim ne cox uzun deyil ne de qisa deyil isteidyim kimidi normal uzunluqda. bele seylere qarsiyam men. ne qeder vacibdir ki suni yolla uazdilsn sac. ele godek qalasi deyil ki uzanacaq dana hemde hemin deyqe bilinir tebii sac hansidi suni yolla uzadilan sac hansidi hemise sadelikden ve tebiilikden yanayam.tek sacda yox umumiyyetle bedenin her bir yerind enese suni olan seylere qarisyam. tesekkurler
17 aprel 2015 22:03
# 15
Rakella
hec yeri yoxdu sacdan secilir pis gorsenir mugenni denizin saclarindan sonra bu seylere daha cox nifret eledim ne gune qoyub ozunu
17 aprel 2015 21:39
# 14
Impossible is not a word,it's just a reason for someone not to try
Luna-90
Zehlem bu tip sac uzatmaqdan gedir elebil sacda kepek var ele pis gorunur sacda .elememisem elemek fikrimde yoxdu
17 aprel 2015 21:11
# 13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aliceWOnDer
Etiyac yoxdu sacım uzundu
17 aprel 2015 21:01
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Tomris Müslümova
sacim xeyli uzundu qaynaga zada ehtiyac yoxdu 124 bookiz
17 aprel 2015 20:23
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Saclarim qisadi uzatmagida dusunmurem cunki uzun sacin baximi cox cetindir hemdeki sevmirem uzun saclar
17 aprel 2015 20:03
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Meleknur
Menim sacim uzundu lazim deyil bir defe bacimin niwanindan evvel kesdirmiwdim sacimi bilseydim kesdirmezdim sonra bacimin niwani oldu onda da cit cit qoymuwdular sacima at quyrugu eletdirmiwdim geweyde yarawirdi gozele ne yarawmaz ki 124
17 aprel 2015 19:55
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Zeynep_Fatih
Cox ziyandi
17 aprel 2015 19:34
# 8
Catwoman666
Menim ehtiyacim yoxdu ssac uzatmaga sacim cox uzun idi lap qisa kesdirim indi sacim normal uzunluqdadir
17 aprel 2015 19:26
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Saçlarım uzundu və uzanmağa da davam edir
17 aprel 2015 19:22
# 6
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Ziyanlidir
17 aprel 2015 19:21
# 5
SVETA
FISTIK
Tebii sacim uzundu hec ehtiyacim yoxdur. saci godek olanlarada tofsiyem koku sizdedi isteseniz tebiiyi yolada uzada bilersiz.
17 aprel 2015 19:14
# 4
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
WiRiN BaLaM
menim saclarim yeterince tebii uzundur,,qisa olsa bele bele sunu saclarla uzatmaram
17 aprel 2015 19:13
# 3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
aytil
cox ziyandi men heckime tovsiyye etmerem tebii sac yaxsidir
17 aprel 2015 19:05
# 2
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Fialka
Düzdü indi çoxları saçlarını süni şəkildə uzadır ancaq nə dərəcədə keyfiyyətli olur, orası sual altındadı, şükür mənim ehtiyacım yoxdu təbbi şəkildə uzundu ancaq ehtiyac olsaydıda belə etməzdim, səbəb sünilik sevmirəm nə saçda nə də başqa bir yerdə))
17 aprel 2015 19:04
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz