Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhurların saçlarına qulluq sirləri
Məşhurların saçlarına qulluq sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2072
Səs ver:
Qadınlar saçların sağlam görünməsi üçün bir çox üsullara əl atır, daim gözəl görünməyə çalışırlar. Xüsusən də məşhur ulduzların saçına həsrətlə baxır və onlardan nümunə götürməyə çalışırıq. Bəs onlar saçını tez-tez fenin və saç boyalarının zərərverici təsirinə məruz qoymasına baxmayaraq, saçlarının belə gözəl görünməsinin səbəbi nədir?

Qvinet Peltrou
Ulduz öz bloqunda zeytun yağından istifadənin incəliklərini izah edir. Saçlarının belə gözəl görünməsinin əsas sirri yarım fincan zeytun yağıdır. O, zeytun yağını saç dibinə və dərisinə masaj edərək çəkir. Bir gün ərzində saçlarını yumur. Ertəsi gün saçlarını şampunla yuyanda sonra solğun saçları yenidən həyata qayıdır.

Nomi Lenoir
Buruq saçlarına zeytun yağı və yumurta sarısıyla maska düzəldib bunu gecə boyu saçlarında saxlayır. Ulduz saçlarının yumşaqlığını bu maskaya borclu olduğunu deyir.

Nikol Kidman
Avstraliyalı aktrisa kürən saçlarının rəngini zoğal suyunda olan təbii qırmızı piqmentlərlə qoruyurmuş.

Ancelina Coli
Seksual ulduz saçlarına həcm vermək üçün saç köklərinə toz halında kirşan töküb darayırmış.

Skarlett Yohansson
Aktirsa "Merlin Monro" olduğu dövrlərdə saçının platin rəngini qorumaq üçün tətbiq etdiyi metodu hələ də istifadə edir. O, saçlarını şampunladıqdan sonra çəkib şi yağı çəkirmiş, bir müddət saxladıqdan sonra saçlarının lap yumşaq olduğunu və rəngini uzun müddət qoruduğunu deyir.

İnes de la Fressange
Bir butulka suyun içinə üç xörək qaşığı ağ sirkə tökün və şampunlayıb yaxaladığınız saça çəkin. Bu maska saçları inanılmaz dərəcədə parlaq edir.

Frdrique Bel
Dərhal sönən həcmsiz saçları üçün jenşen suyu istifadə edən məşhur bu üsulun saç tellərinə möhkəm həcm verdiyini deyir.

Jizel Bundxen
Şampundan sonra istifadə etdiyi məhsulların saçından tamamilə yuyulmadığını deyən model saçındakı rəng itkisinin azlığını buna bağlayır.


Şərhlər:
Baxılıb: 2072
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz