Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçlar niyə tökülür?
Saçlar niyə tökülür?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2834
Səs ver:
Saç gözəlliyin əsas elementlərindən sayılır. Lakin, son zamanlar saç tökülməsi və keçəlləşmə problemi ilə üzləşənlərin sayı artmaqdadır. Saç tökülməsi qadın və kişilərin sağlamlığı ilə bağlıdır. Mütəxəssislər gündə 50-100 ədəd saç telinin tökülməsini normal hesab edirlər. Həddindən artıq miqdarda saç itkisi və saçlarda gözlə görülən seyrəlmə meydana gələrsə, həkimə müraciət edilməlidir.

Başın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir. Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar olur.

Sağlam insanda saçların təxminən 90 faizi davamlı uzanma halındadır. Bu böyümə mərhələsi 2-6 il qədər davam edə bilər. Geri qalan yüzdə 10 fazi 2-3 ay qədər davam edən "istirahət mərhələsi”ndə gözləyir. Bu "istirahət mərhələsi” nəticəsində saçlar tökülür, tökülən saç köklərindən yeni saçlar böyüməyə başlayır və dövr bu şəkildə davam edir. Saç tökülmələrinin çoxu da məhz bu normal saç böyümə dövründən qaynaqlanır.  Saç tökülməsinin səbəblərini bilmək həm şüurlu davranaraq əvvəlcədən gecikmədən  bəzi tədbirlər almanızı təmin edəcək, həm də bir problem yaşadığınızda doğru müalicə təyininə sizi yönləndirəcəkdir.

Qadınlar.biz xəbər verir ki, saç müxtəlif səbəblərdən tökülə bilər. Məsələn qışın soyuq günlərində başıaçıq gəzərkən saç köklərinin əzələləri soyuqlayır. Bu isə saçın surətlə tökülməsi ilə nəticələnir. Eyni zamanda kip baş geyimlərindən də istifadə etmək məsləhət deyil, çünki baş sıxıldıqda qan dövranı və saç köklərinin qidalanması sistemi pozulur. Təsadüfi deyil ki, kip hörülmüş sıx yığılmış düzümlər saçın tökülməsinə səbəb olan amillərdəndir. Bəzən saç tökülməsi bütün orqanizmin yaxud hansısa bir orqanın xəstəliyi ilə bağlı olur. Belə olan təqdirdə mütləq həkimə müraciət etmək və müalicə almaq lazımdır.

Saçların tökülməsinin ən əsas və daha çox təsadüf edilən səbəbləri - irsi meyllik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları və s. ola bilər. Ağır, xüsusən də, infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.

Kişilərdə saç tökülməsi daha çox hormonal problemlərdən qaynaqlanır. Bu zaman hormonların toksik təsiri başlayır. Follikulyar tük kökü ətrafında mikrosirkulyasiya pozulur, qidalanma zəifləyir. Bunun qarşısını almaq üçün onun müalicəsinə gecikmədən başlamaq lazımdır. Çünki, saç tökülməsinə səbəb olan fermentlər, normalda 3 - 4 il olan saçın həyat müddətini 1 - 2 ilə endirir. Buna görə, yeni saçların meydana gəlmə müddəti qısalır, normal tüklər getdikcə daha nazik tüklərlə əvəz olunur. Son mərhələdə saç tökülür, dazlıq əmələ gəlir. Kişilərdə saç tökülmələrinin qarşısını almaq üçün həkimin məsləhəti ilə lokal müalicələr, uyğun vitaminlər və əlavə olaraq stressi azaldacaq dərmanlar seçilir, hormon müalicəsi isə xüsusi vəziyyətlər xaricində həkimlər tərəfindən yazılmır.

Qadınlarda saçların tökülməsinə səbəb olan əsas amillərdən biri  stress ya da gərginlik  ola bilər. İlk əlamətləri saçların  incəlməsi və təpədən yavaş-yavaş başlayan tökülmələrdir. Ancaq qadınlarda kişilərdə müşahidə olunan tam bir keçəlliyə nadir rast gəlinir. Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər, xroniki proseslər, endokrin problemlər, qan azlığı və digər amillər səbəbindən də baş verə bilər. Bundan əlavə,saç tökülməsinə müxtəlif yoluxucu xəstəliklər, bədxassəli şişlərin müalicəsində istifadə edilən ximiyaterapiya, şüalanma, həmçinin, vitamin A çatışmazlığı  səbəb ola bilər.

Bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi, müvafiq tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s. ola bilər.

Saç tökülməsinin qarşısını almaq üçün məsləhətlər:

Mütləq saç tipinizə uyğun şampun istifadə edin;

Saçınızı 3 gündə 1 yuyun;

Əgər jele, saç kremi, saç köpüyü kimi məhsullardan istifadə edirsinizsə, gecə yatmazdan əvvəl saçlarınızı mütləq yuyun;

Sıx dişli daraq istifadə etməyin, taxta daraq istifadə edin, bu həm də saçınızdakı elektriklənməyin qarşısını alar;

Əgər saçlarınız çox cansız və hətta əllərinizlə toxunduqda belə tökülürsə, bu vitamin və mineral əksikliyindən də ola bilər. Həkim məsləhəti ilə bunun qarşısını almaq üçün vitaminlərdən istifadə edə bilərsiniz;

Saçınızı yuduqdan dərhal sonra qurutmaq üçün saç fenindən istifadə etməyin və nəmliykən daramayın, çünki nəmli saç daha dayanıqsızdır, saçınızın töıülməsinə və qurumasına səbəb olur;

Gərəksiz və təsadüfi edilən pəhrizlər də saçlarınız tökülməsinə səbəb olur. Saçlarınızın sağlam görünüşü üçün sağlam və balanslı qidalanmaq lazımdır.

Saç tökülməsinin çoxsaylı müalicə metodları mövcuddur. Müalicə kompleks şəkildə xəstəliyin əmələ gəlmə səbəbi nəzərə alınmaqla aparılır.

Müalicə metodlarına aiddir.

Dərman müalicəsi-hormonoterapiya,vitaminoterapiya, sedativ preparatlar.

Fizioterapiya-saç dibinin masajn olunması, darsonval, ozonoterapiya.

Saç üçün tonik, şampun və maskalar.

Xalq təbabəti-gənəgərçək, badam, qoz yağı, bal və yumurta sarısı və s. maskalar.

Cərrahi üsul vasitəsilə saç əkilməsi.

Vitaminoterapiyada adətən tərkibində vitaminlər mikroelementlər aminturşular və s. olan preparatlardan, sedativ müalicədə isə yüngül bitki tərkibli sakitləşdirici preparatlardan istifadə olunur.

Fizioterapiyada xalq təbabəti tonik və maskalarla yerli müalicə üsulları tük follekullarının qan dövranının və qidalanmasının yaxşılaşmasına xidmət edir.

Saş tökülməsi problemi ilə qarşılaşmamaq üçün onlara yaxşı qulluq etmək lazımdır.


Şərhlər:
Baxılıb: 2834
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz