Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların canlı və gözəl olması üçün bunlara diqqət edin
Saçların canlı və gözəl olması üçün bunlara diqqət edin
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 4949
Səs ver:
Qədimdə saç həm təmizlik, həm də paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr isə qadınlara müxtəlif şəkildə saç düzülüşünə malik olmağa imkan verir.
Məlumata görə saçlar daha çox yay aylarında qulluğu sevir. Bu baxımdan saçları günəşdən, duzdan, qumdan və xlordan qorumaq lazımdır. Həmçinin saç üçün hazırlanmış xüsusi qoruyucu məhsullardan (UV filtrli qoruyucu və s.) istifadə etmək məsləhətdir.
Saçlara qulluq üçün onları yumaq da lazımdır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır.
Saça düzgün qulluğun sadə vasitələrini aşağıdakı kimi təsnifləşdirmək olar:
* saçı çox isti su ilə yumayın:
* qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin:
* hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin:
* saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın:
* saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir:
* saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun:
* saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin:
* saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin:
* unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır.
Saçları yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.
Şampun seçimi də önəmlidir. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin.
Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.
Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız.
Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.
Saç düzümünü seçmək isə sizin öz zövqünüzdən asılıdır.


Şərhlər:
Baxılıb: 4949
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz