Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçqıran
Saçqıran
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3780
Səs ver:
Saç uclarının qırılmasını necə önləmək olar?
Saçınızı qısa kəsdirməmisinizsə yəqin ki, qabarıq görünüşlü, qırıq, quru saç ucları probleminin nə olduğunu bilirsiniz. Verəcəyimiz məsləhətlər sizə bu problemdən qurtaracaq.

Saçlar yararsız şampunlar, fenlə saç qurutmaq və kimyəvi rənglənmə ucbatından qırılır. Saç ucları yanlış rəftara ən çox məruz qalan hissədir.

Zədələnmiş saçlar üçün şampuna və saça qulluq məhsulları saçların bəslənməsini təmin edər. Saçlarınızdakı tək problem qırıq uclardırsa, belə saçlar üçün xüsusi şampun köməyinizə çatacaq.

Şampunu bərabər miqdarda su ilə qarışdırın, daha sonra quru saçın yalnız diblərinə çəkin. Köpükləndirmək üçün çox az miqdarda sudan istifadə edin və daha sonra yaxalayın. Durulama suyundakı şampun saçın uclarını təmizləməyə çatacaq.

Qırıq saç uclarını örtmək
Qırıq saç ucları üçün xüsusi qulluq məhsullarına silikon yağı daxildir. Bu, qırıq saç uclarını incə pərdə kimi təbəqəylə örtəcək, qırıq saç uclarını müvəqqəti bərpa edər. Nəticədə saç daha sağlam olar və çox qabarıq görünməz. Ancaq bunu saçınızı hər şampunla yuduqdan sonra etmək olmaz. Saçınıza hər üç yumadan bir qulluq etmək daha yaxşı nəticə verər. Daha çox silikon əlavə etmək saçınızın ağırlaşmasına və ya yapışqanlaşmasına səbəb ola bilər. Qırıq saç ucu qulluq məhsulundan yalnız bir və ya iki damcı tətbiq etməyiniz yetər.

Saçlarınızın ucundan kəsdirin
Satışda olan keyfiyyətli məhsullar sayəsində artıq saçlarımız daha az qırılır. Bununla yanaşı, saçlarınızın uzun müddət qabarmaması üçün gözəllik salonlarındakı mütəxəssislərə müraciət edə bilərsiniz. Saç ustaları qırıq saç uclarını üstdəki saçın altına gizləyəcək xüsusi metodlardan istifadə edə bilər.

Saçı uclarından bir santimetr kəsdirmək yaxşı fikirdir. 8-10 həftədən bir saç uclarını kəsdirsəniz, saçınız uzanmağa davam edəcək. Çünki saç ayda 1 və ya 1.5 sm uzanır. Nizamlı olaraq saç uclarınızdan kəsdirərək daha dolğun və daha sağlam saçlarınız olmasını təmin edərsiniz.

Qırıq saç ucları üçün vasitələr
Nizamlı olaraq qırıq saç ucları problemiylə qarşılaşırsınızsa, yüksək keyfiyyətli məhsullara ehtiyacınız var. Keyfiyyətsiz, ucuz daraq və ya metal uclu fırçadan istifadə etməyin. Bunların yerinə təbii (at tükündən) fırça və gerçək buynuz və ya taxtadan düzəldilmiş daraqdan istifadə edin. Bunlar çox yaxşı nəticələr verir.


Şərhlər:
Baxılıb: 3780
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz