Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçlarınızı düzgün darayın
Saçlarınızı düzgün darayın
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 1412
Səs ver:
Saçların sağlam və parlaq olması üçün keyfiyyətli bahali kosmetik vasitələr və gündəlik salon prosedurları bəs etmir.
Nə qədər inanılmaz olsa da, saçların sağlam olması üçün ilk əvvəl onların düzgün daranması vacibdir. Belə ki, bu prosedur gündəlik bir prosedur olduğuna,görə onun necə baş verməsindən çox şey asılıdır.

Daranma prosesinin saçlarınıza ziyan deyil, xeyir gətirməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır:

Ən başlıca qayda saçların sulu və nəm halda daranmasının qadağan olduğunu bilməkdir. Bu halda onlar sudan ağırlaşaraq asanlıqla zədələnir və qırılırlar. Ümumiyyətlə isə mütəxəsisslər saçları yuyulduqdan 8 saat sonra darnmasını məsləhət görürlər. Buna səbəb o zaman ərzində onların təbii yaxmasının təzələnməsi və bərpa olmasıdır.
Əgər saçlarınız qısadırsa, onları dibdən uca daramaq, uzun saçları isə uclarından başlayaraq dibə  qədər daramaq lazımdır. Bir çox trixoloqlar saçları darayıb sonradan uzərindən (dibdən-uca) sığal çəkmək lazım olduğunu iddia edirlər. Bu prosedur ən az 40 dəfə edilməlidir(bir darayib, bir sığal çəkmək). Bu prosedur gündə 2 dəfə edilməlidir.

Niyə bu qədər çox? Düşünəcəksiniz...

Belə ki, saçlar darandıqda baş massaj olunur, bu isə baş dərisinin qan dövranın yaxşılaşması deməkdir, qan dövranı yaxşılaşdıqda isə soğanaqları aktivləşdirərək saçların uzanmasına səbəb olur. Bundan əlavə saçların dibdən uca düzgün daranması və sığallanması piy vəzilərinin işini stimullaşdırır, dəri piyinin bütün uzunluq boyu eyni qaydada bölüşdürülməsi saçların sağlamlığını təmin edərək, onları elastik, möhkəm və parlaq edir. Həmçinin saçlar darandıqda üzərində və saç dibinə qonan  tozlardan azad olurlar.

Sonda isə çox önəmli olan bir məsləhət... Əgər saçlarınızın sağlam olmasını istəyirsinizsə o zaman yaş saçlarla yatmayın.


Şərhlər:
Baxılıb: 1412
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz