Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçlarımız nəyə görə tökülür və qarşısını necə alaq?
Saçlarımız nəyə görə tökülür və qarşısını necə alaq?
Göndərən: Zeynuş
Şərhlər:
Baxılıb: 3242
Səs ver:
Saç gözəlliyin əsas elementlərindən sayılır. Lakin, son zamanlar saç tökülməsi və keçəlləşmə problemi artmaqdadır. Saç tökülməsi həm kişi, həm də qadının arzulamadığı bir sağlamlıq problemidir. Mütəxəssislər gündə 50-100 ədəd saç telinin tökülməsini normal hesab edirlər. Həddən artıq miqdarda saç itkisi və saçlarda gözlə görülən incəlmə meydana gələrsə, ən qısa zamanda həkimə müraciət edilməsini lazımdır. Mütəxəssislərin verdikləri məlumata görə, sağlam bir insanda saçların təxminən 90%-i davamlı uzanma halındadır. Bu böyümə mərhələsi 2-6 il qədər davam edə bilər. Geri qalan yüzdə 10 qisim isə, 2-3 ay qədər davam edən "istirahət mərhələsi”ndə gözləyir. Bu "istirahət mərhələsi” nəticəsində saçlar tökülür, tökülən saç köklərindən yeni saçlar böyüməyə başlayır və dövr bu şəkildə davam edir. Saç tökülmələrinin çoxu da məhz bu normal saç böyümə dövründən qaynaqlanır. Saç tökülməsinin səbəblərini bilmək həm şüurlu davranaraq əvvəlcədən gecikmədən bəzi tədbirlər almanızı təmin edəcək, həm də bir problem yaşadığınızda doğru müalicə təyininə sizi yönləndirəcəkdir.

Saç tökülməsi kişilərdə daha çox rast gəlinir. 25 yaşına qədər kişilərin 25%-i, 50 yaşındadək kişilərin 50%-i bu problemdən əziyyət çəkir. Kişilərdə saç tökülməsi, alının iki yanında və təpədə ola bildiyi kimi, tamamilə bütün başı da əhatə edə bilər. Qadınlarda isə tökülmə daha çox, saçların seyrəkləşməsi şəklində özünü göstərir.

Saçların tökülməsinin ən əsas və daha çox təsadüf edilən səbəbləri – irsi meyllik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları və s. ola bilər. Ağır, xüsusən də, infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.Qadınlarda: Saçların tökülməsinə səbəb olan əsas amillərdən biri stress ya da gərginlik ola bilər. İlk əlamətləri saçların incəlməsi və təpədən yavaş-yavaş başlayan tökülmələrdir. Ancaq qadınlarda kişilərdə müşahidə olunan tam bir keçəlliyə nadir rast gəlinir. Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər, xroniki proseslər, endokrin problemlər, qan azlığı və digər amillər səbəbindən də baş verə bilər. Bundan əlavə,saç tökülməsinə müxtəlif yoluxucu xəstəliklər, bədxassəli şişlərin müalicəsində istifadə edilən ximiyaterapiya, şüalanma, həmçinin, vitamin A çatışmazlığı səbəb ola bilər.

Bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi, müvafiq tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s. ola bilər.

Saç tökülməsinin qarşısını almaq üçün məsləhətlər:

· Mütləq saç tipinizə uyğun şampun istifadə etməlisiniz.

· Saçınızı ortalama 3 gündə 1 yuyun.

· Əgər jele, saç kremi, saç köpüyü kimi məhsullardan istifadə edirsinizsə, gecə yatmazdan əvvəl mütləq yumalısınız.

· Sıx dişli daraq istifadə etməyin, taxta daraq istifadə edin, bu həm də saçınızdakı elektriklənməyin qarşısını alar.

· Əgər saçlarınız çox cansız və hətta əllərinizlə toxunduqda belə tökülürsə, bu vitamin və mineral əksikliyindən də ola bilər. Həkim məsləhəti ilə bunun qarşısını almaq üçün vitaminlərdən istifadə edə bilərsiniz.

· Saçınızı yuduqdan dərhal sonra qurutmaq üçün saç fenindən istifadə etməyin və nəmliykən daramayın, çünki nəmli saç daha dayanıqsızdır, saçınızın töıülməsinə və qurumasına səbəb olur.

· Gərəksiz və təsadüfi edilən pəhrizlər də saçlarınız tökülməsinə səbəb olur. Saçlarınızın sağlam görünüşü üçün sağlam və balanslı qidalanmaq lazımdır.

Beləliklə, sadaladığımız kimi, saçların tökülməsinin bir neçə səbəbləri ola bilər. Lakin, bu səbəbləri bilmədən düzgün müalicə yolu təyin etmək olmaz. Buna görə də, saç tökülməsinin səbəbini öyrənmək önəmlidir. Həddindən artıq saç tökülməsi, saç köklərində zəiflik və saç tellərində incəlmə şikayətləriniz olduğu halda, dermatoloqa müraciət etmək


Şərhlər:
Baxılıb: 3242
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz