Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Buruq saçlara diqqət
Buruq saçlara diqqət
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 3556
Səs ver:
Buruq  saçları olanlar yaxşı bilirlər  ki,  onlara qulluq etmək  heç  də  asan  deyildir. Elektriklənməyən, baxımlı görünən, parlaq buruqlara  sahib olmaq üçün  onlara  hər  zaman  yaxşı qulluq  etmək  lazımdır. Düzgün  seçilmiş  şampun, uyğun  sac  kremi, düzgün  baxım  vasitələrini  istifadə  etmək  əhəmiyyətlidir.Sizlərə , hər  kəsi  qısqandıran saçlara  sahib olmanız üçün  buruq  saçlara  xüsusi  baxım ipuclarını  təqdim edirəm.

Yuyarkən əvvəl saç kremi, sonra şampun istifadə edin.
Ümumiyyətlə, saçlara  yumadan öncə  şampun sonra  saç  kremi  istifadə  edilməlidir. Amma  bu  qayda  buruq  saçlar  üçün  tam  əksinədir. Buruq  saçlara sahib olanlar, saçlarını yuyarkən saçlarını yaxşıca islatdıqdan sonra diblərinə  dəyməyəcək  şəkildə  kremləməlidirlər. Təxminən iki dəqiqə gözləyib bol suyla durulamaq  lazımdır. Ardınca  saçları  bir-birinə  qarışdırmadan, zərif   hərəkətlərlə şampuanlamalıdırlar. Bu  sayədə  buruq  saçlar daha asan daranacaq və  elektriklənməyəcək. Buruq saçlar üçün ideal saç  yuma aralığı isə  bir gündür. Saçları bir gün arayla yumaq  saç sağlamlığını qorumaq və  asan  şəkilləndirmək  üçün  idealdır.

Bitki  tərkibli  şampunları seçin.
Buruq  saç  təmizliyi üçün mütləq bəsləyici və nəmləndirici xüsusiyyətə sahib məhsullar seçilməlidir. Quru, yağlı ya da normal  quruluşa  sahib saçların hər  biri  üçün  xüsusi çıxarılmış şampunlar seçilməli və bunları istifadə etmək vərdiş halına gətirilməlidir. Xüsusilə, buruq saçlar üçün  tərkibində  zənginləşdirilmiş  bitki  kökləri  sayəsində  buruq və dalğalı saçları köhnəlməyə qarşı qoruyan və elektriklənməyi azaldaraq hamarlaşdıran şampunlar seçilməlidir. Bitki  tərkibli  şampunlar, saçları təmizləyərkən saçların sağlam və gözəl olması üçün lazımlı qulluğu   təmin edir.

Durulama  suyu soyuq olmalıdır.

Şampunlanmış saçı durulamaq üçün istifadə edilən suyun soyuq olması, saçların parlaq və yumşaq olmasını təmin edər. Soyuq  su  saçın ən  üst  layını örtər  və  elektriklənməsinin  qarşısını  alar. Saçları yüngül  nəmli  şəkildə qurutduqdan sonra, axırda soyuq  hava  tutaraq  fenləmək  də faydalı olacaq. Saçı tamamilə qurutmaq  da  çox əhəmiyyətlidir. Çünki  saçlarda nəm qalsa, həddindən  çox  buruqlaşmağa səbəb olacaq və saçın təbii görünüşünü pozacaq.

Bütün bunları etdikdən sonra, saçların qalıcı bir şəkildə dalğalı dayanması və daha parlaq görünməsi üçün  saçlara maşa tətbiq oluna bilər.  Qurudulan saçların parça parça maşaya dolayıb  bir neçə  saniyə  gözlədilməsii, daha yumşaq və  düz  bir  görünüş  üçün  kifayətdir.


Şərhlər:
Baxılıb: 3556
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz