Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yağlı saçlara qulluq
Yağlı saçlara qulluq
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 3950
Səs ver:
Saçlar niyə yağlanır?
Əslində yağlı saç yoxdur, saçın dərisi yağlı olur və bu yağ saçları da yağlandırır. Düz saçlı insanlarin dərisindən ifraz olunan yağ gün ərzində saçlara sürətlə yayılır, buruq saçlı insanlarda isə yağ saçlara doğru az yayılır.
Yağlı saçlar necə müalicə edilməlidir?
Xüsusilə yağlı saç dərisinin sağlamlığını qazanması üçün istifadə ediləcək şampunun çox diqqətlə seçilməsi lazımdır. Yağlı saçı müalicə etməyin yolu saçın dərisindəki yağdan azad olmaqdır.
Yağlı saçlar üçün istifadə edilən şampunların tərkibində yağı təmizləmək üçün aktiv maddələr var. Bu maddələr yağı və sudakı kiri uzaqlaşdırırlar.

Saçlar nə vaxt yuyulmalıdır?

Bir çox adam şampunların saçlı dərini deyil, saçları yuduğunu düşünür. Əslində şampunlar saçlı dərini təmizləmək və saçın sağlamlığını qorumaq üçün icad edilib. Buna görə də şampun seçimi saçın dərisinə uyğun edilməlidir.
Yağlı saçın tez-tez yuyulması əslində saç dərisindəki yağ hüceyrələrini daha çox işə salır ki, bu da daha çox yağlanmağa səbəb ola bilir. Həddindən artıq yağ ifrazatı olan saçlar bir gündə, hətta bir neçə saatda yağlana bilir. Amma saçlar gün ərzində bir dəfədən artıq yuyulmamalıdır.

Yağlı saçlar necə yuyulmalıdır?

Həddindən artıq yağlı saçları yuyarkən saçlara şampun vurmazdan əvvəl saçlı dərini iki dəfə yumaq lazım ola bilər. Bilməlisiniz ki, əgər şampun başınızda köpüklənirsə, demək dəridəki yağ artıq başınızdan uzaqlaşdırılıb. Saçı uzun olan qadınlar şampunu barmaqlarla saçın dərisinə masajla tətbiq etməlidirlər.
Yağlı saçlar üçün hansı şampunlardan istifadə edilməlidir?
Saça qulluq məhsullarının saçı yağlandırmadan saçın toxumasını inkişaf etdirib qırılmasını və dərinin də qurumasının qabağını alması, nəmləndirici təsir yaratması lazımdır. Şampun seçimi əhəmiyyətli amildir. Müxtəlif saç tiplərinə görə istehsal edilən fərqli şampunlar var. Yağlı saçlar üçün olan şampunlar az nəmləndirici və qüvvətli şampunlardır. Məhsul seçərkən yağ, silikon, lanolini özündə cəmləməyən şampunları seçin.
Saç kremindən istifadə edilməlidirmi?
Saç kremi və nəmləndiricisi olan, ikisi bir arada məhsullarından yağlı saçlarda istifadə etməyin. Onsuz da yağ ən yaxşı qoruyucudur. Saça çəkilən nəmləndiricilər yalnız dəridən ifraz olunan yağın asanca saçda yayılmasına səbəb olar. Əgər saç kremindən istifadə ediləcəksə, yuyandan sonra yüngül saç kremini yalnız saç uclarına vurmaq olar.

Saçlar necə formaya salınmalıdır?
Saçı tez-tez fırçalamaq və daramaq da saçların yağlanmasını sürətləndirər. Fırçalama əməliyyatı yağ vəzlərini də aktivləşdirir. Əlavə olaraq saçları mümkün olduğu qədər az yığmaq lazımdır. Saçın uyğun və asan bir formada kəsilməsi onun gün ərzində düzəldilməsini asanlaşdıracaq və yağlanmasının da qarşısını ala bilərcək. Saçlarınızla çox oynamayın.
Yağlı saçın zərərləri nələrdir?
Həddindən artıq yağlanmanın qabağı  alınmasa, saçların tökülməsinə səbəb ola bilər. Əlavə olaraq pitrosporium adlı göbələyin sayını artıraraq saçlarda kəpəklənməyə səbəb olar. Buna görə də yağlanmanın qarşısı alınmalı və saça uyğun qulluq tətbiq edilməlidir.


Şərhlər:
Baxılıb: 3950
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz