Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Limon ilə dəri gözəlliyi
Limon ilə dəri gözəlliyi
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3456
Səs ver:
Dəriniz üçün sərinlədici və canlandırıcı bir təsir edər
 
Altı ədəd limonu, qabıqları ilə birlikdə halqa şəklində dilimləyin. Dərin bir qabı soyuq su ilə doldurun və içinə dilimlediyiniz limonları atın. Limonların qabıqları yumşalana qədər ən az biriki saat gözlədin. Müddət tamamlandıqdan sonra limonları əlinizlə möhkəmin və duş suyunun içinə limonları və hazırlanan suyu əlavə edin. Əgər limonların suda gözlədilmə müddəti sizin üçün çox uzun isə, o zaman limonların suyunu sıxın və limonlarla birlikdə duş suyuna qatın. Hazırladığınız limon duşunun içində 20 dəqiqə qalmanız kafi olacaq. Bu xüsusi duş üçün qan dövranınızı sürətləndirərkən, iç bucaqçı limon qoxusu da günə dinamik başlamanıza köməkçi olacaq.
 
Dəri üçün limon peelingi
 
Limonun ehtiva etdiyi turşular dəriyə eyni zamanda peeling vəzifəsi edə bilər. Dirsək, düz və dabanlarda  yaranan sərt dəriləri sizə indi verəcək olduğumuz limon resepti ilə yumşaldaraq, hamar görünməsini təmin edə bilərsiniz. Bir şorba qaşığı limon suyu ilə iki şorba qaşığı balı batıq atəşdə yüngülcə istilədin. Oddan alındıqdan sonra bir müddət soyumasını gözləyin. Hazırlanan qarışıq soyuduqdan sonra quruyan və çatlayan dərinin üstünə çəkin. 20 dəqiqə gözlətdikdən sonra peeling etdiyiniz bölgəni su ilə təmizləyin. Son olaraq təmizlədiyiniz bu bölgəni limon qabıqlarıyla ovalının. Bu əməliyyat sonunda dərinin təzə görünüşü sizi belə çaşdıracaq.
 
Limonla təmizləmə losyonu
 
Limon yağlı dərilər üçün ideal bir təmizləyicidir. Çünki limonun möhkəmləşdirici bir təsiri vardır. Tərifini verdiyimiz üz losyonu, yüzdəki qara nöqtə və sızanaqlara qarşı ən ideal losyondur. Bunun üçün 30 ml. limon sununu 30 qr. bal və 200 ml. damızdırılmış suyla qarışdırın və bu qarışığı bir qab  şüşəsinin içinə qoyun. Hazırladığınız bu losyonu səhərlər və axşamları, bir pambığa damladaraq üzünüzə çəkin. Beləcə həm təmiz həm də canlı bir dəriyə sahib olacaqsınız. Ancaq üzünüzə bu qarışı sürdükdən sonra ən az iki saat günəşə çıxmamağa diqqət edin. Əks halda üzünüzdə ləkələr meydana gələr.
 
Limonla dəyişik üz maskaları
 
- Az yağlı qatığa 5 damla limon suyu qatın. Üzünüzü təmizlədikdən sonra bu maskanı sürün və 15 dəqiqə gözləyib yuyun.
- Avokado"nun yarısını püre halına gətirin, içinə bir çay qaşığı limon suyu qatın və bir yumurta ağını yaxşıca çırpdıqdan sonra əlavə edin. Dəriniz quru isə bir neçə damla badam yağı da qoyun. Qarışığı yüzünüzə və boyunuza tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra su ilə təmizləyin.
- 100 qr. yulaf əzməsi, 1 limon suyu və bir yumurta ağını qarışdırdıqdan sonra ortaya çıxan qarışığı, maska halında üzünüzə çəkin. 10 dəqiqə gözləyin. Bu maska dərinizi dartacaq.
 
/Mənbə.Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 3456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz