Bakıda hava
USD 1.0501 AZN
EUR 1.1906 AZN
RUB 0.0165 AZN
TRY 0.4244 AZN
Söhbət otağı
Saçların düzgün yuyulma qaydaları
Saçların düzgün yuyulma qaydaları
Müəllif: Anar Mammadov
Şərhlər: 25
Baxılıb: 2913
Səs ver: +10
Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır.

Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və s. Saçları yağlı olanlar saçları normal və quru olanlara nisbətən, onları daha tez-tez yuyurlar.

Qış aylarında saçlar daha tez çirklənir, çünki baş örtükləri baş dərisini "normal nəfəs almağa” qoymur ki, bunun da nəticəsində dəri daha çox piy ifraz edir. Saçlarını yığmaq üçün hər gün müxtəlif vasitələrdən (gellər, muslar, laklar) istifadə edənlərə saçlarını hər gün yumaq məsləhət görülür, çünki bu vasitələr saçları ağırlaşdırır ki, bu da onların keyfiyyətinə pis təsir edir.
Saçların gündəlik yuyulmasında məhz bu məqsəd üçün nəzərdə tutulmuş yumşaq şampunlardan istifadə etmək lazımdır (bu barədə qablamanın üzərindəki qeydləri oxuyun).

Saçları isti su ilə yumaq olmaz, ancaq soyuq su ilə də yumaqdan çəkinmək lazımdır. Saçları yuyarkən suyun temperaturu təxminən 36-37° C olmalıdır. Saçlar nə qədər çox yağlı olsalar, onların yuyulması üçün istifadə edilən su da bir o qədər sərin olmalıdır.

Saçları yuyarkən başın dərisini bərk sürtmək olmaz, yuyucu hərəkətlər yumşaq və yüngül olmalıdır.

Heç bir halda nəm, kifayət qədər qurudulmamış saçlarla yatmaq olmaz. Yaş saçlar quruyarkən dəri uzun müddət ərzində soyuyur. Nəticədə dəridə qan dövranı və saçların qidalanması da pisləşir. Bütün bunlar saçların inkişafına pis təsir edərək onların daha güclü şəkildə tökülməsinə səbəb ola bilər.

Saçların yuyulması üçün vacib olan tələblərdən biri suyun yumşaq olmasıdır. Cod su saçların yuyulması üçün yararlı deyil. Saçların cod su ilə yuyulması onları nəinki təmizləmir, hətta onların zədələnməsinə səbəb olur! Cod su saçları təmizləyə bilməz. Onun tərkibində olan kalsium, maqnezium duzları sabun və dəri piyi ilə birləşərək suda həll olmayan çöküntülər əmələ gətirir. Bu çöküntülər də boz-ağ rəngli yapışqan qatla saçları örtür. Nəticədə saçlar bir-birinə yapışır, quruduqda isə quru və bərkimiş olaraq asanlıqla qırılırlar. Mənzillərimizə gələn və tərkibində bir sıra zərərli qarışıqlar (xlor, ağır metalların duzları və s.) olan su da, adətən, cod olur. Saçlar suyun tərkibində olan zərərli maddələri dərimizə nisbətən daha asanlıqla özlərinə hopdurur. Məhz buna görə iri şəhərlərin sakinləri saç problemləri ilə daha çox üzləşir və keçəlləşmədən daha çox əziyyət çəkirlər.

Beləliklə, saçların yuyulması üçün yalnız yumşaq sudan istifadə etmək lazımdır. Saçları qaynadılmış su ilə yumaq daha yaxşıdır. Əgər bunun üçün kifayət qədər vaxtınız olmazsa, suyun yumşaldılması üçün ona aşağıdakı tərkibləri əlavə etmək olar: çay sodası (1 litr suya 1 çay qaşığı), naşatır spirti (2 litr suya 1 çay qaşığı), boraks (2 litr suya 1 çay qaşığı) və ya qliserin (1 litr suya 1 çay qaşığı). Ən pis halda saçları kran suyu ilə yuyub sonra mütləq yumşaq su ilə yaxalamaq lazımdır.

Saçların yaxalanmasını onun möhkəmlənməsi ilə bir yerdə aparmaq olar. İstənilən tip saçların daha parlaq olması üçün onları turşu tərkibli su ilə yaxalamaq lazımdır. Sarısaç qadınlar üçün aşağıdakı tərkib məsləhət görülür: 1 litr suya ½ limon şirəsi. Tündsaçlı qadınlar üçün — 1 litr suya 1 xörək qaşığı 6%-li sirkə.

Bəs saçları nə ilə yumaq lazımdır? Ancaq şampunla!
Hətta ən yaxşı sabun da baş dərisində və saçlarda olan qoruyucu su-lipid təbəqəni məhv edir. Nəticədə saçlar xeyli dərəcədə quru olur və daha asanlıqla qırılırlar. Bundan başqa, sabun cod su ilə qarışdıqda saçların üzərində boz tutqun ərpin əmələ gəlməsinə də səbəb olur. Heç bir halda saçları paltar sabunu ilə yumaq olmaz! O, saçlar üçün çox zərərlidir.

Sampunlar saçların yuyulması üçün bu gün ən yaxşı yuyucu vasitə hesab olunur. Ancaq şampun seçərkən xeyli ehtiyatlı olmaq lazımdır. İlk növbədə şampunu fərdi saç tipinizə görə seçmək tövsiyə olunur. Ancaq normal saçları "bütün saç tipləri üçün” sampunlarla yumaq olar. Quru və yağlı saçları mütləq ancaq bu tip saçlar üçün nəzərdə tutulan şampunla yumaq lazımdır. Əgər sizin saçlarınız qurudursa, onların yuyulması üçün "quru saçlar üçün” olan istənilən şampundan istifadə etmək də tam şəkildə düzgün deyil. Axtara-axtara "öz” şampununuzu tapmaq lazımdır. İstifadə edilən şampunları tez-tez dəyişmək olarmı? Əgər siz saçınıza tam şəkildə uyğun gələn şampun seçmisinizsə, ondan istədiyiniz müddət ərzində istifadə edə bilərsiniz. Şampunu ancaq saçlarınız, məsələn, daha yağlı və ya daha quru olduğu halda dəyişmək olar.

Saçları bu qaydalara əsasən yumaq lazımdır:

1. Saçların daranması. Saçları yumağa başlarkən, xüsusən də saçlar uzun olduqda, öncədən onları yaxşıca daramaq lazımdır.

2. Saçların ilıq su ilə tam isladılması.

3. Saçlara şampun sürtülməsi. Saçları kifayət qədər nəmləndirdikdən sonra ovuclarınıza bir qədər (çox yox!) şampun tökərək onları birbirinə sürtərək yavaş-yavaş və səliqə ilə başın dərisinə çəkin. Heç bir zaman şampunu bilavasitə başınıza tökməyin və saçların yuyulmasında lazım olduğundan artıq şampun istifadə etməyin!

4. Təzyiq edilmədən saçların ilkin yuyulması. Ovuclarınızla şampunu köpükləndirərək onunla saçlarınızı yuyun. Bu zaman saçların zədələnməməsi üçün onları möhkəm ovxalamayın.

5. Saçların ilıq su ilə yaxalanması. Birinci sabunlamadan sonra, həll olmuş çirk hissəciklərinin yuyulmaqla xaric edilməsi üçün saçları təmiz su ilə yaxşı yaxalamaq lazımdır.

6. Saçların "təkrar" sabunlanması. Şampunu bir daha başa çəkərək köpükləndirin. Saçların şampunla təkrar yuyulması vacibdir. Belə ki, ilkin yuyulma zamanı onların üzərindən toz və çirk xaric olunur və yalnız ikinci dəfə məhz onların özünün yuyulması baş verir.

7. Başın əsas yuyulmasını onun masajı ilə birgə etmək olar.

8. Saçların yaxalanması. Saçlarınızı çox diqqətlə yuyun və yaxalayın ki, çirk və şampunun qalıqlarından tamamilə təmizlənsin.

9. Saçların son yaxalanması. Bu bənd saçlarını cod su ilə yumağa məcbur olanlar üçündür. Saçlarınızı yaxşı-yaxşı yuduqdan sonra, onları əvvəlcədən hazırlanmış yumşaq su ilə yaxalayın (suyun yumşaldılması haqqında yuxarıda oxuya bilərsiniz).

10. Saçların qurudulması. Saçları yuyub qurtardıqdan sonra onları səliqə ilə dəsmalla sıxıb qurutmaq lazımdır. Bu zaman bir qədər qızdırılmış dəsmaldan (xüsusən də qış aylarında) istifadə etmək daha məqsədəuyğundur. Əgər istilik tələb edən xüsusi müalicəvi vasitədən istifadə etmirsinizsə, saçları uzun müddət dəsmalın içində saxlamayın. Nəmliyin saçlara uzun müddət ərzində təsir etməsi zərərlidir. Eyni zamanda onları isti fenlə, peçin quru istiliyi və ya isti günəş altında qurutmaq da çox zərərli hesab edilir. Bu halda saçlar həddindən artıq quruyur, kövrək, davamsız olur, öz parıltılığını itirir və onların qidalanması da pozulur. Saçları fenlə qurudarkən onun istiliyi çox olmamalı və qurudulması uzun müddət davam etməməlidir. Üz dərisinin, fenin havasının təsirindən həddindən artıq qurumaması üçün, öncədən üzün dərisinə krem vurmaq yaxşı olar. Hər dəfə imkan olduqca, saçları yuduqdan sonra açıq havada qurutmağa çalışın.


Şərhlər: 25
Baxılıb: 2913
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ayka
bayaq oxudum bəli
25 oktyabr 2014 22:30
# 25
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Offline
love_Leman
tşkr
21 avqust 2013 09:29
# 24
heart kamillleeeeeeeeeeeeerrrrr heart
Offline
MƏCİDOVA
bele xeberler cox olsa ele olar
16 avqust 2013 18:41
# 23
Offline
Nano12
twk
16 avqust 2013 12:15
# 22
oxumaq oxumaq yene oxumaq
Offline
sadow76
sacim quru olduguna qore yaglardan istifade edirem saclarim yumsaqdi
16 avqust 2013 08:49
# 21
Offline
aylin24
lazimli xeberdi
14 avqust 2013 19:26
# 20
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
Offline
anamin sirini
lazimli melumatdi
14 avqust 2013 19:15
# 19
SENİ SEVMEYİ SEVDİM !
Offline
Nigulya
Saclar hakkında bılırrm
14 avqust 2013 01:28
# 18
Qızlar nehayet 6ay sonra aranıza dondum menı unutmayanlar yazsın sayt 1az gorkemını deyıwıb deye men helekı heckımı tapa bılmırem coox darıxmıwam sızler ucun(((o qeder weyler yawadım ama wukur ındı ayaqdayam guclu 1qız olaraq aravıza tekrar dondum.
Offline
Yerazka :)
ne yaxwi dediz ayda men her defe sacimi yuyanda yaw yaw yatiramki wiwmesin qewey burulsun pisdie sacimin matiriali aciq qoyanda cox wiwir pis gune duwur fen de vurmaq istemirem uzunndu hayifdi vallah hec bilmirem neyleyim agla
13 avqust 2013 22:23
# 17
Какой Привет Такой Ответ! ;)
Online
ZehraguLu
LAZIMLI MELMATDI TESEKKURLER
13 avqust 2013 20:28
# 16
BESİYİ SALLAYAN ELLER DUNYANİ İDARE EDİR...
Offline
Gunesli
cox saxoun qizim ucun bunlari edecem 124
13 avqust 2013 17:36
# 15
Offline
S_E_M_A
Melumata gore minetdaram
13 avqust 2013 16:52
# 14
Oyuncaqları buraxıb ürəklərlə oynayalı oyunların adı sevgi qaldı
Offline
Qara Goz
cox saqolun twk
13 avqust 2013 16:25
# 13
Offline
vipbetul
oxumadim
13 avqust 2013 15:14
# 12
dost ishiqda kolgesi dushen deyil.qaranliqda ishiq salandir
Offline
Necla
lazimli xeberdir.tsk
13 avqust 2013 15:12
# 11
___◕◕◕◕◕
_◕◕◕.....◕◕◕
◕◕◕........◕◕◕◕◕◕
◕◕◕.........◕◕◕...◕◕◕
_◕◕◕.........◕◕.....◕◕◕
__◕◕◕.................◕◕◕
____◕◕◕.............◕◕◕
______◕◕◕.....◕◕◕
_______◕◕◕◕
Offline
A Love Story
melumata gore tesekkurler
13 avqust 2013 15:12
# 10
Bax belə sevdim səni. Biraz qısqanc biraz dəli,ama sevdim səni.
Əslində istəmədən sevdim.
Offline
Deniz_24
cox tesekkur men saclarimi hemise vehsicesine yuyuram e daha ele etmeyecem 125 124
13 avqust 2013 14:38
# 9
Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə. girl_cray
Offline
DUYQU
mellumata gore tewekkuler
13 avqust 2013 14:20
# 8
KONE NIKIM BAKINKA-ANGEL 20
..Biri ak biri kara. Kız güzel oğlan zampara.
Derler imkansız unut bu yolu.
Bakarsın aşk olur, olmayacak bir anda."
Offline
umid qigilcimi
menim sacim vizdi.( herden mene viz viz basda deyirler)
13 avqust 2013 14:10
# 7
Birinin yatarken etdiyi duada yer almaq heyatda ola bileceyim en gozel yerdir.
Online
BARBI
men 2 defe yuyuram hemise qaynar suynan yuyuram.
13 avqust 2013 14:05
# 6
Offline
Wiyinka
bilirdim..thanks
13 avqust 2013 13:50
# 5
♔ KrAL KiM OLuRSa OLsuN ♔

♔ KrALiçA HəMiŞə MəNəM..!! ♔



✰FasHioNisTKa✰
pilka parfum suslu
Offline
Ayti86
Cox uzun saclarim var. Sukur normal sacdi yeni yagli/quru deyil. Heftede 2 yada 3 defe yuyuram. Tez tez yuyulan sac daha tez yaglanar.
13 avqust 2013 13:37
# 4
~~ `Home is, wherever YOU are my Love `~~
Offline
Narın yağış
bunlari bilirdim yene de twk
13 avqust 2013 13:34
# 3
Mənə nə qədər pislik etsəniz də, pis gününüzdə sizə əl uzadacağam.
Çünki, mən siz deyiləm..
Offline
Nuray
hmm bildim ))
13 avqust 2013 13:30
# 2
Life's better with friends! Hərden qacmalisan ki, bilesen! Kim seninle birlikde qacir kim addimlarini yavasladir! Və kimlər sene cata bilmeyeceyini dusunub arxasini donub gedir!
Offline
Susana
Vatim olanda oxuyacam .
13 avqust 2013 13:29
# 1
Allahim bizi qovusdur amin!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Azərbaycan qadınının zövq aldığı məşğuliyyəti? (SORĞU)

Modanı izləmək / Dəblə geyinmək
Serialları izləmək
Telefondan asılmaq
Açıq-saçıq geyinmək
Kitab oxumaq

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz